Məhkəmə qərarları › İş №3(039)-1683/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1683/2025

26.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1683/2025 26.09.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ X10 Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, Yevlax rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Yevlax şəhərində anadan olmuş, ali təhsilli, Yevlax rayonu Yəldili kənd orta məktəbinin direktoru vəzifəsində çalışan, Azərbaycan Respublikasının Respublikasının vətəndaşı, Yevlax şəhəri, Firdovsi küçəsi ev 7-da qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 00:00 radələrində Yevlax şəhəri, Firdövsi küçəsində, yolda səs küy salaraq nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis Şöbəsinin polis sahə rəisi X3 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, 26 sentyabr 2025-ci il tarixdə saat 00:00 radələrində növbədə olarkən birbaşa rəhbəri zəng edərək, ünvan 1 ünvanında dava-dalaş olması ilə bağlı şikayət daxil olduğunu bildirmiş, hadisə yerinə gedilməsi barədə göstəriş vermişdir. Hadisə olan evə yaxınlaşarkən Şəxs küçədə telefonla danışdığını görmüşlər. Şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər, şəxsin sərxoş olubolmaması ilə bağlı müaynə aparmışlar və daha sonra yaşadığı evə gətirərək orda yaşayanların izahatını almışlar. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, ünvan 1 ünvanında atası, ögey anası Nuridə, keçmiş həyat yoldaşı Günel Baxşəliyeva və azyaşlı övladları ilə birlikdə yaşayırlar. Günel Baxşəliyeva ilə 1-2 həftədir, boşansalar da, eyni evdə yaşayırlar. Bununla əlaqədar evdəkilərin ona qarşı münasibəti qərəzlidir. 26 sentyabr 2025-ci il tarixdə saat 00:00 radələrində yaşadığı evə gəlmişdir. Həmin gün bir məclisdə iştirak etmiş, az miqdarda alkoqollu içki qəbul etmişdir. Lakin ayıq olmuşdur. Həmin saatda uşaqların oyaq olduğunu görüb keçmiş həyat yoldaşına irad bildirmişdir. Daha sonra bacısı ilə telefonla danışarkən də uşaqların gec yatmasını bildirəndə həyat yoldaşı Günel bacısı təhqir etmiş, onunla dava-dalaş aparmağa başlamış, daha sonra atası və ögey anası onların səslərinə gəlmişdir. Hadisə evin içində olmuş, bir neçə dəqiqə davam etmişdir. Sonra evdən çıxıb marketə gedərkən polis əməkdaşları ona yaxınlaşmış və onu müayinəyə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 çıxış edərək bildirmişdir ki, ünvan 1 ünvanda yerləşən mənzil ona məxsusdur, iki mərtəbəlidir. Aşağı mərtəbədə o və yoldaşı Nuridə yaşayır. Yuxarı mərtəbədə oğlu və onun ailəsi yaşamışdır. Lakin indi Orxan və Günel boşanmışdır. Bu səbəbdən sözləri düz gəlmir, dava-dalaşları düşür. xx.xx.2025-ci il tarixdə Bakıdan həkim müayinəsindən gəldikdən sonra evlərində istirahət edərkən saat 00:00 radələrində oğlu Orxanın və onun keçmiş həyat yoldaşı Günelin səslərini eşitmişlər. Təlaşlanaraq yuxarı mərtəbəyə çıxarkən onların dalaşdıqlarını görmüşlər, onları sakitləşdirməyə çalışmışlar. Sonra oğlu Orxan evdən çıxıb getmişdir. Hadisənin böyüməsindən ehtiyat edərək polisə zəng edərək oğlunun yaşadığı evdən münaqişə yaratdığını bildirmişdir. Onlar yaşlı və xəstədirlər, sakitçilik istəyirlər. Bir daha belə hallara yol verməyəcəksə, Orxandan heç bir şikayəti yoxdur. Əlavə olaraq məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, hadisə Günel və Orxanın qarşılıqlı sözlü dalaşmasından ibarət olmuşdur və evin içərisində baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 şahid X4 izahatına uyğun izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 00:00 radələrində Yevlax şəhəri, Firdövsi küçəsində səs küy salaraq nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. 1214 №-li, xx.xx.2025-ci il tarixli sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs yüngül dərəcəli sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə, iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddələrində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs yevlax şəhəri, Firdovsi küçəsində ictimai qaydanı pozması faktını təsdiq edən heç bir mötəbər sübut göstərilməmiş, şahid izahatlarında da bu fakt təsdiq edilməmiş və məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə evin içində keçmiş həyat yoldaşı Günel Baxşəliyevanın ünvanına təhqiramiz ifadələrin işlətməsi və uşaqlara uşaqlara qayğı göstərməsi, yəni başqa sözlə desək keçmiş ər-arvad arasında şəxsi münasibətlərin pozulması nəticəsində baş vermiş hadisə xırda xuliqanlıq kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiasına görə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq kimi qiymətləndirilərək inzibati məsuliyyətə səbəb olur. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində ictimai qaydanı pozan, habelə maddənin dispozisiyasında qeyd olunan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar