Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1684/2025 26.09.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, nzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax Rayon Polis şöbəsinin Yol patrul xidmətinin baş inspektoru X3 və polis kapitanı X1 iştirakları ilə, xx.xx.1993-cü ildə Qəbələ rayonu, Laza kəndində anadan olmuş, ailəli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu, Laza kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, şəxs Şəxs xx.xx.2025-ci il tarixdə narkotik vasitələrin təsiri altında sürücülük hüququ olmadan “NİSSAN LATİO minik” markalı, ** NQ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Bununla da, şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək narkotik vasitələrin təsiri altında sürücülük hüququ olmadan avtomobil idarə etdiyini, polis əməkdaşları onu saxlayarkən sürücülük vəsiqəsinin vaxtı bitdiyi üçün adını səhv dediyini, əməlindən peşman olmasını bildirmiş və barəsində yüngül, həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax rayon Polis şöbəsinin Yol patrul xidmətinin baş inspektor polis leytenantı X3 məhkəmə iclasında çıxış edərək, Şəxs xx.xx.2025-ci il tarixdə narkotik vasitələrin təsiri altında sürücülük hüququ olmadan avtomobili idarə etmiş və polis əməkdaşlarına özünü Ümid kimi təqdim etdiyini bildirmiş, sonrada isə onun adının Tamerlan olduğunu bildirmiş və onun barəsində həbslə bağlı qərarın qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax rayon Polis şöbəsinin X8 Bölməsinin inzibati təcrübə üzrə baş inspektoru, polis kapitanı X4 məhkəmə iclasında çıxış edərək, Şəxs xx.xx.2025-ci il tarixdə narkotik vasitələrin təsiri altında sürücülük hüququ olmadan avtomobili idarə etmiş və polis əməkdaşlarına özünü Ümid kimi təqdim etdiyini bildirmiş, sonrada isə onun adının Tamerlan olduğunu bildirmiş və onun barəsində həbslə bağlı qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis şöbəsinin Yol patrul xidmətinin baş inspektor X2 çıxış edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə gecə saatlarında Şəxs idarə etdiyi “NİSSAN LATİO minik” markalı, ** NQ *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa işıqların yanmadığı üçün saxlandığı zaman onun sürücülük hüququ olmadan idarə etdiyini və tibbi müayinə sürücünün narkotik vasitələrin təsiri altında olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə narkotik vasitələrin təsiri altında sürücülük hüququ olmadan “NİSSAN LATİO minik” markalı, ** NQ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 2663 №-li, xx.xx.2025-ci il tarixli alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs THC (marixuana) müsbət aşkar edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 334-1.1-ci maddəsinə əsasən əqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM-32.1.1), məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 26 sentyabr 2025-ci il tarixdən saat 16:25-dən hesablansın. Qərarın icrası Yevlax Rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aybəniz Babayeva
Məhkəmə qərarları › İş №3(039)-1684/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1684/2025
26.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver