Məhkəmə qərarları › İş №3(039)-169/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-169/2024

09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-169/2024 09.04.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, İsmayılov Gündüz Ehtibar oğlunun katibliyi, Yevlax rayon prokurorunun müavini X10 Yevlax rayon Polis X7 müstəntiqi, polis mayoru X4, Müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili X11, təqsirləndirilən şəxs X5 iştirakı ilə, 06 yanvar 1996-cı ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və qanunla müəyyən olunmuş qaydada götürülməmiş, Mingəçevir şəhəri, V.Hüseynov küçəsi ev 2/45, mənzil 18-də qeydiyyatda olmaqla Yevlax rayonu Əkşəm kəndində yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X5 barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair Yevlax rayon Polis X7 müstəntiqi, polis mayoru X4 vəsatətinə və Yevlax rayon prokuroru, baş ədliyyə müşaviri Ceyhun Almasovun təqdimatına toplanmış ilkin sübutlarla birlikdə məhkəmənin binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X12 barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair Yevlax rayon Polis X7 müstəntiqi, polis mayoru X4 vəsatəti əsasında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yevlax rayon prokuroru, baş ədliyyə müşaviri Ceyhun Almasov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X12 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimatın və vəsatətin məzmunundan görünür ki, X12, qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda ayrı-ayrı bükümlərdə təmiz çəkiləri 6,16 qram və 41,26 qram olmaqla cəmi 47,42 qram qurudulmuş marixuananı, 3 ədəd sellofan bükümlərdə və 1 ədəd kağız bükümdə olmaqla uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri – 0,175 qram, 0,382 qram, 0,958 qram və 0,137 qram olmaqla ümumi çəkiləri 1,652 qram psixotrop maddə olan metamfetamini əldə edərək əlində olan sellofan torbada saxlamış, Yevlax rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 04 aprel 2024-cü il tarixdə saat 18:00 radələrində Yevlax rayonu Havarlı kəndi ərazisində Pərvin Abdullayev qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək həmin günü saat 18:50-dən 19:50-dək olan müddət ərzində Yevlax RPŞ-də müdafiəçinin iştirakı ilə və video çəkilişlə Pərvin Abdullayevin üzərinə keçirilmiş şəxsiaxtarış nəticəsində onun əlində olan sellofan torbanın içərisindən 2 ədəd bükümlərdə təmiz çəkiləri 6,16 qram və 41,26 qram olmaqla cəmi 47,42 qram qurudulmuş marixuana, 3 ədəd sellofan bükümlərdə və 1 ədəd kağız bükümdə olmaqla uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri – 0,175 qram, 0,382 qram, 0,958 qram və 0,137 qram ümumi çəkiləri 1,652 qram psixotrop maddə olan metamfetamin və 1 ədəd işlək vəziyyətdə olan elektron tərəzi aşkar edilərək qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Eyni zamanda Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və qanunla müəyyən olunmuş qaydada götürülməmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis X7 müstəntiqi, polis mayoru X13 vermiş olduğu vəsatətin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün kifayət qədər prosessual əsaslar vardır. Belə ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri, ağırlığı və ictimai təhlükəlilik dərəcəsi, törədilmə üsulu və dərəcəsi, onun cinayət qanunu ilə nəzərdə tutulmuş eyni və digər xarakterli əməlləri yenidən törədə biləcəyi ehtimallarına kifayət qədər əsas verir. Eyni zamanda təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi istintaqın tezliyinin və obyektivliyinin təmin edilməsi ilə yanaşı, həm də təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqandan gizlənməsinin qarşısını almaq məqsədi də daşıyır. Bu ehtimalın qalması isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 155.1.1ci maddəsində təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçmənin prosessual hüquqi əsası kimi təsbit olunmuşdur. Beləliklə təqsirləndirilən şəxs X6 istinad edilən əməlin ağırlığını, xarakterini və törədilmə şəraitini, onun istintaq orqanının çağırışlarından yayına biləcəyi, cinayət qanunu ilə nəzərdə tutulan əməli yenidən törətmək ehtimallarını və 2 ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunduğunu nəzərə alıb barəsində həbs qətimkan tədbirinin seçilməsi zəruri olduğundan təqdimatın və vəsatətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Yevlax rayon prokurorunun müavini X17 təqdimatı müdafiə etdiyini və təqsirləndirilən şəxsin barəsində verilmiş vəsatət və təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında X12 əməlindən səmimi olaraq peşman olduğunu bildirərək, barəsində verilmiş təqdimatın və vəsatətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında vəkil X18 çıxışında hüquqlarını müdafiə etdiyi şəxsin barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 04 aprel 2024-cü il tarixli protokoldan görünür ki, X12 04 aprel 2024-cü il tarixdə saat 18:00-da tutulmuşdur; cinayət işi başlama və icraata götürmək haqqında 05 aprel 2024-cü il tarixli qərardan görünür ki, faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddələri ilə cinayət işi başlanılmışdır; Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 06 aprel 2024-cü il tarixli qərardan görünür ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X21 Bölməsinin 05 aprel 2024-cü il tarixli 3-16-16-2-17/341 nömrəli rəyindən görünür ki, Yevlax rayon sakini X5 üzərindən aşkar olunmuş marixuanaya bənzər kütlə yazısı, adlar və imzalar yazılmış zərfin içərisindəki üzəri yapışqan lentlə sarınmış 01 ədəd sellofan bükümdə təmiz çəkisi 6,16 qram və X5 əlindəki sellofan torbadan aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlə yazısı, adlar və imzalar yazılmış 01 ədəd sellofan torbanın içərisindəki üzəri yapışqan lentlə sarımış 01 ədəd sellofan bükümdə təmiz çəkisi 41,26 qram olan bitki mənşəli kütlə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Üzərində Yevlax rayon sakini X5 üzərindən aşkar olunmuş marixuanaya bənzər kütlə yazısı, adlar və imzalar yazılmış zərfin içərisindəki üzəri yapışqan lentlə sarınmış 1 ədəd zərfin içərisindəki 3 ədəd şəffaf sellofan bükümdə və 1 ədəd kağız bükümdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0.175 qr 0,382 qr, 0,958 qr və 0,137 qr, ümumi çəkiləri - 0,652 qram maddələr kustar üsulla hazırlanmış psixatrop maddə metanfetamindir. Marixuanların ümumi çəkisi – 47,42 qr - tədqiqata sərf edilib 0,20 qr,(hər ob. 0,10 qr) qalıq 47.22 qram. Metanfetaminlərin ümumi çəkisi – 1,652 qr - tədqiqata sərf edilib 0,200 qr,(hər ob. 0,50 qr) qalıq 1.452 qram Məhkəmə vəsatət vermiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib hesab edir ki, təqsirləndirilən şəxs X12 barəsində həbs qismində qətimkan tədbiri seçilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə görə qətimkan tədbiri cinayət işi üzrə icraatda şübhəli və ya təqsirləndirilən şəxsin qanuna zidd davranışının qarşısını almaq və hökmün icrasını təmin etmək məqsədi ilə və həmin Məcəllənin 155.1-ci maddəsində nəzərdə tutulmuş hallarda onların barəsində seçilən prosessual məcburiyyət tədbiridir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinə görə, hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törədildikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsasların olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması şəxsin azadlıq və şəxsi toxunulmazlıq hüququnun pozulması kimi qiymətləndirilmir. Maddənin mənasına görə şəxsin barəsində həbsin seçilməsi üçün onun hüquq pozuntusu törətdiyinə dair əsaslı şübhənin olması zəruridir, istənilən şübhə vicdanlı olmalıdır. “X14rşı” Avropa Məhkəməsinin Qərarında qeyd edilmişdir ki, şübhənin həqiqi və vicdanlı olması onun əsaslılığının zəruri elementlərindən birini təşkil edir. Şübhə yalnız o halda əsaslı sayıla bilər ki, şübhəli şəxsin güman edilən cinayətlə əlaqəsi olduğunu obyektiv olaraq göstərən faktlara və ya məlumatlara əsaslansın. Məhkəmə qeyd edir ki, cinayət təqibi üzrə toplanmış materiallar təqsirləndirilən şəxs X12 tərəfindən vəsatət və təqdimatda göstərilən hərəkətlərin edilməsi ehtimalına kifayət qədər əsas verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə əsasən həbs qismində qətimkan tədbirinin tətbiqinə bir qayda olaraq cəmiyyətin maraqlarının şəxsin azadlıq hüququndan üstün olduğu halda yol verilir, yəni bu halda şəxsin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur və cəmiyyət üçün təhlükəli olmaqda qalır. “Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2009-cu il tarixli 2 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 155.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri bir qayda olaraq iki ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə tətbiq oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs X6 istinad edilən cinayət əməlinin obyekti ictimai təhlükəslizlik və ictimai qaydanı təmin edən ictimai münasibətlər olmaqla yanaşı, qanunverici tərəfindən həmin cinayətin sanksiyasında yalnız azadlıqdan məhrum etmə növündə cəzanın nəzərdə tutulması, cəmiyyətin və dövlətin maraqlarının X5 azadlıq hüququndan üstün olmasına dəlalət edir. Eyni zamanda qeyd olunmalıdır ki, X12 3 (üç) ildən artıq müddətdə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən az ağır cinayətin törədilməsində təqsirləndirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.1-ci maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı qətimkan tədbiri qismində həbs seçilməsi barədə qərar qəbul edərkən məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətini böyük ictimai təhlükə törətməyən cinayət törətməsinə görə 2 (iki) ay həddində, az ağır cinayət törədilməsinə görə 3 (üç) ay həddində, ağır və xüsusilə ağır cinayət törətməsinə görə isə 4 (dörd) ay həddində müəyyən edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə görə həbs qətimkan tədbiri qismində bu Məcəllənin 155.1-155.3-cü maddələrinin tələblərini nəzərə almaqla seçilə bilər. Həmin Məcəllənin 155.2-ci maddəsinin tələblərinə uyğun olaraq qətimkan tədbirinin seçilməsinin zəruriliyi məsələsi həll edilərkən şübhəli və ya təqsirləndirilən şəxsə istinad edilən əməlin ağırlığı, xarakteri və törədilmə şəraiti ilə yanaşı onun şəxsiyyəti, yaşı, səhhəti, məşğuliyyət növü, ailə, maddi və sosial vəziyyəti, o cümlədən himayəsində şəxslərin və daimi yaşayış yerinin olması, əvvəllər cinayət törətməsi və digər əhəmiyyətli hallar nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X5 istintaq orqanının çağırışlarından yayına biləcəyi, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması czasına məhkum edilməsini, məhkumluğunun ödənilməməməsini və qanunla müəyyən olunmuş qaydada götürülməməməsini, cinayət qanunu ilə nəzərdə tutulan əməli yenidən törətmək ehtimallarını və 3 ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən az ağır cinayətin törədilməsində ittiham olunduğu nəzərə alınaraq X12 barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi barədə vəsatət və onun əsasında verilmiş təqdimat təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 154-159, 444-448 və 452-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X12 barəsində həbs qismində qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş X5 cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilsin. Həbsetmənin əvvəli 04 aprel 2024-cü il tarixdə saat 18:00-dan hesablansın. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Qərar elan olunduqdan sonra 3 gün müddətində qərar qəbul etmiş Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə və ya həbsdə saxlanma yerinin müdiriyyəti vasitəsi ilə (yalnız şikayət üçün) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər Hakim Ruslan Əlizadə AZƏRBAYCAN RESPUBLİKASİ YEVLAX RAYON MƏHKƏMƏSİ AZ-6600, Yevlax şəhəri, C.Cabbarlı küç. 9 Tel: (022336) 6-13-80, 6-31-76, 6-31-80, 6-47- 66 Faks: (02233) 6-47-66 Elektron ünvan 1 № 4(039)-13/2022 06 aprel 2024-cü il Yevlax rayon prokuroru baş ədliyyə müşaviri cənab Ceyhun Almasova Yevlax Rayon Polis Şöbəsinin rəisi polis polkovniki cənab Elnur Mehdiyevə Surəti: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasının rəisi ədliyyə polkovnik-leytenantı cənab Asif Quliyevə Surəti: Yevlax Rayon Polis Şöbəsi İB-nin müstəntiqi, polis kapitanı cənab Orxan Qasımova X25 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Yevlax Rayon Məhkəməsinin 29 yanvar 2022-ci il tarixli qərarı məlumat üçün birinci və dördüncü ünvanlara, icra edilməsi üçün isə ikinci və üçüncü ünvanlara göndərilir. Qoşma: hər ünvana qərarın surəti 03 vərəq. Hakim Ruslan Əlizadə İş № 4(039)-13/2022 QAPALİ MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Yevlax Rayon Məhkəməsi 06 aprel 2024-cü il Yevlax şəhəri Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon Polis X7 müstəntiqi, polis mayoru X19, müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili X11, təqsirləndirilən şəxs X5 iştirakı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən X5 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Yevlax rayon prokuroru, baş ədliyyə müşaviri Ceyhun Almasovun təqdimatına və Yevlax Rayon Polis X7 baş müstəntiqi X19 vəsatətinə toplanmış ilkin sübutlarla birlikdə Yevlax şəhərində Yevlax Rayon Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxıldı. İclas saat 11:30-da açıldı. Sədrlik edən məhkəmə iclasını açaraq, hansı vəsatətə və təqdimata baxıldığını elan etdi. Məhkəmə iclas katibi məruzə edərək bildirdi ki, məhkəmə iclasına Yevlax rayon prokurorunun müavini X17, Yevlax Rayon Polis X7 baş müstəntiqi X28, müdafiəçi X18 gəlmiş, təqsirləndirilən şəxs X12 isə gətirilmişdir. Sədrlik edən proses iştiraçılarının şəxsiyyətini və səlahiyyətlərini müəyyən etdi. Təqsirləndirilən şəxs: X12 - xx.xx.1999-cu ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2espublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Müdafiəçi: X18 - Yevlax şəhər Vəkil Bürosunun vəkili, xx.xx.2022-ci il tarixli 001480 №-li order əsasında iştirak edən. Müstəntiq: X28 - polis mayoru, Yevlax Rayon Polis X7 baş müstəntiqi vəzifəsində işləyən. Sədrlik edən məhkəmənin tərkibini və iclas katibini elan etdi. Sədrlik edən – hakim Əlizadə Ruslan Əliyar oğlu. Katib –Qasımov Nurlan Asif oğlu. Sədrlik edən proses iştirakçılarının hakim və məhkəmə iclas katibinə etiraz etmək hüquqları olduğunu izah etdi. Proses iştirakçılarının hakim və məhkəmə iclasının katibinə etirazları olmadı. Sədrlik edən təqsirləndirilən şəxsə onun Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah etdi. S/C Sədrlik edən-təqsirləndirilən şəxs: İzah edilmiş hüquq və vəzifələrim mənə aydındır. Əlavə və vəsatətim yoxdur. Sədrlik edən porses iştirakçılarına onların hüquq və vəzifələrini izah etdi. Proses iştirakçıları ayrı-ayrılıqda izah edilmiş hüquq və vəzifələrinin onlara aydın olduğunu bildirdilər. Məhkəmə araşdırılmasına başlandı. Sədrlik edən təqsirləndirilən şəxs barəsində olan ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən, prokurorun təqdimatını və müstəntiqin vəsatətini elan etdi. Sədrlik edən təqsirləndirilən şəxsdən vəsatət və təqdimatla tanış olub-olmamasını soruşdu. Təqsirləndirilən şəxs vəsatət və təqdimatla tanış olduğunu bildirdi. Məhkəmə danışıqlarına başlandı. Sədrlik edən X3na söz verdi. X3: Bildirirəm ki, X12 qəsdən satış məqsədi ilə qanunsuz olaraq 0,336 qram miqdarında narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində saxlamış, həmin narkotik vasitəni 06 yanvar 2022-ci il tarixdə saat 15 radələrində Yevlax şəhəri Ü.Hacıbəyov küçəsinin baş tərəfində olan şor kanalın yaxınlığında tanışı X8 15 manata satmış, Ramazan Mahmudov narkotik vasitənin qanunsuz dövrüyyəsində şübhəli bilindiyinə görə xx.xx.2022-ci il tarixdə, saat 15:00 radələrində Yevlax şəhəri H.Əliyev prospektində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin gün saat 16:15-dən saat 16:40-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibində Teymur Bəkirovun ona satmış olduğu 0,336 qram narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. İş üzrə 04 aprel 2024-cü il tarixdə, saat 14:05 radələrində X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. X5 həmin cinayəti törətməsi istintaq materialları ilə kifayət qədər sübuta yetirildiyindən o, 06 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün kifayət qədər prosessual əsaslar vardır. Belə ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri, ağırlığı və ictimai təhlükəlilik dərəcəsi, törədilmə üsulu və dərəcəsi, onun cinayət qanunu ilə nəzərdə tutulmuş eyni və digər xarakterli əməlləri yenidən törədə biləcəyi ehtimallarına kifayət qədər əsas verir. Eyni zamanda təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi istintaqın tezliyinin və obyektivliyinin təmin edilməsi ilə yanaşı, həm də təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqandan gizlənməsinin qarşısını almaq məqsədi də daşıyır. Bu ehtimalın qalması isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 155.1.1-ci maddəsində təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçmənin prosessual hüquqi əsası kimi təsbit olunmuşdur. Beləliklə təqsirləndirilən şəxs X6 istinad edilən əməlin ağırlığını, xarakterini və törədilmə şəraitini, onun istintaq orqanının çağırışlarından yayına biləcəyi, azadlıqda qalarsa cinayət prosesini həyata keçirən orqandan gizlənəcəyi, cinayət qanunu ilə nəzərdə tutulan əməli yenidən törətmək ehtimallarını və 2 ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunduğunu nəzərə alıb barəsində həbs qətimkan tədbirinin seçilməsi zəruri olduğundan təqdimatın və vəsatətin təmin edilməsini xahiş etdim. Sədrlik edən təqsirləndirilən şəxsə söz verdi. Təqsirləndirilən şəxs X12: Bildirirəm ki, mən özümü özünü qismən təqsirli bilirəm, üç azyaşlı uşağı olduğunu bildirərək barəmdə verilmiş təqdimatın və vəsatətin təmin edilməməsini xahiş edirəm. S/C-Sədrlik edən-təqsirləndirilən şəxs: Tutulduğum vaxtdan hal-hazıradək heç kim məni döyüb incitməmiş, mənə işgəncə verməmişdir. S/C- Bəli, iş materialları ilə tanış olmuşam. Sədrlik edən təqsirləndirilən şəxsin müdafiəçisinə söz verdi. X1 çıxışı: Hüquqlarını müdafiə etdiyim barəsində verilmiş vəsatət və təqdimatın təmin edilməməsini xahiş edirəm. Sədrlik edən cinayət işinin materiallarını tədqiq etdi. Sədrlik edən müşavirə otağına getdi, qayıtdıqda qərarı elan etdi, onun məzmununu, şikayət və protest vermək qaydası və müddətini, protokolla tanış olaraq, ona qeydlər vermək hüququ olduğunu izah etdi. Sədrlik edən məhkəmə iclasını saat 11:50-də bağlı elan etdi. Məhkəmə iclasının protokolu 06 aprel 2024-cü il tarixdə tərtib olunmuşdur. Sədrlik edən: Katib: AZƏRBAYCAN RESPUBLİKASİ YEVLAX RAYON MƏHKƏMƏSİ AZ-6600, Yevlax şəhəri, C.Cabbarlı küç. 9 Tel: (022336) 6-13-80, 6-31-76, 6-31-80, 6-47- 66 Faks: (02233) 6-47-66 www.yevlakhcourt.gov.az Elektron ünvan 2 № 4(039)-13/2022 06 aprel 2024-cü il Yevlax rayon prokuroru baş ədliyyə müşaviri cənab Ceyhun Almasova Surəti: Yevlax Rayon Polis Şöbəsi İB-nin müstəntiqi, polis baş mayoru cənab Qasım Əliyevə X5 barəsində barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə və təqdimata baxılması 06 aprel 2024-cü il tarixdə saat 11:30-da Yevlax Rayon Məhkəməsinin binasına təyin edilmişdir. Göstərilən tarixdə məhkəmə iclasında iştirakınız zəruridir. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar