Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-171/2024 24.04.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin YPX-nin inspektoru, polis serjantı X2 inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakları, Yevlax Rayon Dövlət X7 xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Dövlət X7 xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərar ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 40 manat məbləğində cərimə edilmişdir. Səlahiyyətli orqanın qərarına görə, X3 xx.xx.2024-cü il tarixdə saat 12:48-də Yevlax şəhəri H.Əliyev prospektində idarə etdiyi “Volkswagen Passat” markalı, ** HD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nişanlarının tələblərinə riayət edilməməsi qaydalarını pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutlmuş xətanı törətmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar çıxarılmış X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, AR DİN Yevlax Rayon Polis Şöbəsinin YPX-nin inspektoru, polis serjantı X2 xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. Lakin o, “Volkswagen Passat” markalı, ** HD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə heç bir inzibati xəta törətməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixində günorta saatlarında Yevlax şəhəri H.Əliyev prospektində Mahir aptekin qarşısında hərəktə başlayan zaman adının sonradan Anar Əliyev olduğunu öyrəndiyi yol patrul xidmətinin əməkdaşı ona yaxınlaşmış və nəqliyyat vasitəsini dayandırması barədə ona göstəriş vermişdir. Həmin şəxs ona yaxınlaşan zaman özünü və tutduğu vəzifəsini ona bildirməmiş, o, onun şəxsiyyəti bərasində məlumatları sonradan polis şöbəsinə yaxınlaşdıqdan sonra almışdır. Yol-patrul xidmətinin əməkdaşı X5 nəqliyyat vasitəsi ilə inzibati xəta törədiyi üçün təxminən 600 manat məbləğində inzibati cərimə olunduğunu və nəqliyyat vasitəsinin üzərinə həbs qoyulduğunu bildirərək, nəqliyyat vasitəsini cərimə meydançasına aparacağını bildirmişdir. O, inzibati cərimə olunduğu barədə məlumatı həmin vaxtı öyrənmişdir. Bu zaman Anar Əliyev ona bir sənədə qol çəkdirmiş və nəqliyyat vasitəsini cərimə meydançasına aparmaq üçün lazımlı olduğunu bildirmişdir. Bundan sonra X4 Passat markalı, ** HD *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini carimə meydançasına aparmışdır. Bundan sonra o, Yevlax RPŞ-nin DYPB-nə yaxınlaşıb barəsində olan inzibati cərimələr haqqında məlumat alan zaman sonuncu inzibati tanbəh vermək haqqında qərarın Yevlax RPŞ-nin YPX-nin inspektoru, polis serjantı X2 xx.xx.2024-cü il tarixində tərtib etdiyini öyrənmişdir. Bu zaman o, Anar Əliyevlə telefon vasitəsilə əlaqə saxlamış və onu həmin olduğu yerə çağırmışdır. Anar Əliyevdan nə üçün heç bir inzibati xəta törətmədiyi halda barəsində əsassız inzibati tənbeh vermak haqqında qərar çıxartdığını soruşmuş və həmin inzibati cəriməni ödəməyəcəyini bildirdirmişdir. Anar Əliyev heç bir fotoşəkil və ya videoçəkiliş ilə onun inzibati xəta törətməyi bərədə təqsirini sübuta yetirmədən, barəsində əsassız olaraq inzibati tənbəh vermək haqqında qərar qəbul etmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixində bir neçə dəfə 102 Xidmatinə müraciət etmiş, öz haqlı narazılığını bildirmişdir. Yevlax RPŞ-nin YPX-nin inspektoru, polis serjantı X5 heç bir inzibati xəta törətmədiyi halda onun bərəsində xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar tərtib etmişdir. Bela olan halda hamin inzibati xataya göra masuliyyəti o, daşımalı deyil və hesab edir ki, barəsində olan xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tanbeh vemə haqqında qərar lağv edilməlidir. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin YPX-nin inspektoru, polis serjantı X5 çıxış edərək şikayətin əsassız olduğunu bildirərək rəd edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 1) yol hərəkəti — xüsusi nəzərdə tutulmuş yollarda nəqliyyat vasitələrinin köməyi ilə və ya belə kömək olmadan hərəkət etmək, habelə sərnişin və yük daşınması üzrə fiziki və hüquqi şəxslərin tələbatlarını ödəmək prosesində yaranan ictimai münasibətlərin məcmusudur; 3) yol hərəkətinin təhlükəsizliyi — yol hərəkəti iştirakçılarının və cəmiyyətin yol-nəqliyyat hadisələrindən və onların nəticələrindən müdafiə olunma dərəcəsini göstərən yol hərəkəti vəziyyətidir; Həmin Qanunun 36-cı maddəsinin ( Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) İ. bəndinə əsasən (Yol hərəkətinin iştirakçıları) 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 2) yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 3) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; Məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün inzibati işin materiallarında mövcud olan sübutları məhkəmə araşdırması zamanı müqayisəli şəkildə tədqiq edib, bu sübutlarda bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixdə qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar və verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, X3 xx.xx.2024-cü il tarixdə saat 12:48-də Yevlax şəhəri H.Əliyev prospektində idarə etdiyi “Volkswagen Passat” markalı, ** HD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nişanlarının tələblərinə riayət edilməməsi qaydalarını pozması halı aşkar olunmuş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Beləki, X3 şikayət ərizəsində onun əsassız olaraq cərimə edilməsinin yolverilməz olduğunu bildirsə də, işin araşdırılan hallarından da görünür ki o, yol hərəkətinin təhlükəsizliyi ilə əlaqədar yol nişanlarına tabe olmalı, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməlidir. Ərizəçi məhkəmə prosesində şikayətinin dəlillərini əsaslılığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda qeyd edilən inzibati xətanın törədilməsi iş materiallarında olan sənədlər ilə təsdiq edildiyindən, inzibati qərar əsasında X1 törədilmiş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurmur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməli, barəsində Yevlax Rayon Dövlət X7 xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Yevlax Rayon Dövlət X7 xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarından X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-171/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-171/2024
24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver