Məhkəmə qərarları › İş №3(039)-172/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-172/2020

13.03.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-172/2020 13.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Yevlax rayonu, Qaramanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu, Qaramanlı kəndində qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 21:00 radələrində Yevlax rayonu, Qaramanlı kəndi ərazisində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X6 çıxış edərək bildirmişdir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 21:00 radələrində Yevlax rayonu, Qaramanlı kəndi ərazisində Yevlax RPŞ-nin YPX-nin inspektorları, polis baş serjantları X3 və X4 ** YP *** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə xidmətdə olan zaman yanlarından “VAZ 2107” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən sürücüsü idarəetməni itirərək yoldan çıxıb yol kənarındakı su arxına düşərək yol nəqliyyat hadisəsi törətdiyindən inspektorlar dərhal hadisə yerinə getmişlər. Hadisə yerində sürücünün sərxoş olduğundan şübhələnib onu sərxoşluq müayinəsindən keçməyə dəvət etmişlər. Lakin sürücü müayinədən keçməkdən imtina edərək səs-küy salmağa başlamışdır. Həmin vaxt yadisə yerinə yaxınlaşan sürücünün həmkəmdliləri Şəxs və qeyriləri sürücünü uzaqlaşdıraraq müayinədən yayındıraraq inspektorların xidməti vəzifələrini yerinə yetirmələrinə mane olmuşdular. Bu səbəbdən X5 və qeyriləri nizamintizama dəvət olunsalar da onlar ucadan səs-küy salıb inspektorlarla mübahisə etməyə başlamışdılar. Bundan sonra inspektorlar növbətçi hissəyə məlumat verərək kömək çağırmışlar. Bundan sonra Şəxs və qeyriləri polis əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü tam təqsirli bildiyini qeyd edərək vermiş olduğu izahatında göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 21:00 radələrində Yevlax rayonu, Qaramanlı kəndi ərazisində camaatın toplandığını görüb o da həmin yerə getmişdir. Həmin yerə çatan zaman kənd camaatının inspektorlarla mübahisə etdiklərini görmüşdür və polis əməkdaşları ilə mübahisə etməyə başlamışdır. Bundan sonra polis əməkdaşları gəlib onu nizam-intizama dəvət etsələr də o, əsəbi olduğundan polis əməkdaşlarının tələbinə tabe olmamışdır. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş, ona hüquq və vəzifələri izah edilərək etdiyi hərəkətin nəticəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən barəsində protokol tərtib olunmuşdur. Hazırda əməlindən peşmançılıq çəkdiyini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində Yevlax Rayon Polis Şöbəsinin DYPB-nin YPX inspektoru, polis baş serjantı X4 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 21:00 radələrində Yevlax rayonu, Qaramanlı kəndi ərazisində Yevlax RPŞ-nin YPX-nin inspektoru, polis baş serjantı X3 ilə birlikdə ** YP *** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə xidmətdə olan zaman yanlarından “VAZ 2107” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən sürücüsü idarəetməni itirərək yoldan çıxıb yol kənarındakı su arxına düşərək yol nəqliyyat hadisəsi törətdiyindən onlar dərhal hadisə yerinə getmişlər. Hadisə yerində sürücünün sərxoş olduğundan şübhələnib onu sərxoşluq müayinəsindən keçməyə dəvət etmişlər. Lakin sürücü müayinədən keçməkdən imtina edərək səs-küy salmağa başlamışdır. Həmin vaxt yadisə yerinə yaxınlaşan sürücünün həmkəndliləri Şəxs və qeyriləri sürücünü uzaqlaşdıraraq müayinədən yayındıraraq onların xidməti vəzifələrini yerinə yetirmələrinə mane olmuşdular. Bu səbəbdən Şəxs və qeyriləri nizam-intizama dəvət olunsalar da onlar ucadan səs-küy salıb mübahisə etməyə başlamışdılar. Bundan sonra onlar növbətçi hissəyə məlumat verərək kömək çağırmışlar. Bundan sonra sürücünün yeri müəyyən edilərək sərxoşluq müayinəsindən keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin DYPBnin YPX inspektoru, polis baş serjantı X3 şahid X1 izahatına uyğun izahat verdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 21:00 radələrində Yevlax rayonu, Qaramanlı kəndi ərazisində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; xx xxxx 2020 il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, əməldə cinayət tərkibi olmadığından materiallar üzrə cinayət işinin başlanması rədd edilməsi və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır; 74 №-li, xx.xx.2020-ci il tarixli alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs xx.xx.2020-ci il tarixdə orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. xx xxxx 2020-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 12:30-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cimaddəsində nəzərdə tutulmuş inzibati xətanın X5 tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin, şahidlərin izahatı eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM-32.1.1), məsuliyyəti ağırlaşdıran hal kimi inzibati xətanın sərxoş şəxs tərəfindən törədilməsini (İXM-nin 33.1.7) nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 27 (iyirmi yeddi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən saat 12:30-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar