Məhkəmə qərarları › İş №3(039)-172/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-172/2023

30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-172/2023 30.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X9, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X7 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından X11 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X13 tərəfindən 10 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar ilə X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 2000 manat məbləğində cərimə edilmişdir. Səlahiyyətli orqanın qərarına görə, X5 şəhəri Azərbaycan küçəsində bir ədəd kök üstə,yaş halda, tut cinsinə aid ağacı kök boğazından kəsərək məhv etmişdir. Bununla əlaqədar səlahiyyətli orqan tərəfindən 03 fevral 2023-ci il tarixdə MN ******* saylı protokol tərtib edilmiş və həmin protokol əsasında əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X13 tərəfindən 10 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə X11 oğlu 2000 manat məbləğində cərimə edilmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar çıxarılmış X12 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X11 şikayətini onunla əsaslandırılmışdır ki, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 fevral 2023-cü il tarixli, MN ******* №-li qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. inzibati işin materiallarına baxılması 10 fevral 2023cü il tarixə təyin edilmiş, bu barədə mənə 07 fevral 2023-cü il tarixli məktub göndərilmiş, lakin həmin məutub mənə iclasdan 8 gün sonra, yəni 18 fevral 2023-cü ildə çatdırılmışdır. Yəni faktiki olaraq işin baxılması barədə mənə vaxtında məlumat verilməmişdir. Həmin qərar belə əsaslandırılmışdır ki, qeyd olunan ağac onlara məxsus olan həyətin qarşısında əkilmişdir. Onun məqsədi isə həmin ağacı məhv etmək yox, əksinə budayaraq cavanlaşdırmaq olmuşdur. Əgər onun məqsədi ağacı məhv etmək olsa idi, o halda ağacı kökündən kəsərdi. Lakin o, ağacı budadıqdan sonra onun 1,69 metr hündürlüyündə gövdəsi qalmışdır. Həmçinin ağacın 0,45 metr hissəsi də torpaqla örtülmüşdür. Yer altında qalan kök hissəsi də öz yerində. Yəni o, ağacı budadıqdan sonra onun cəmi 2,14 metr hündürlüyündə gövdəsi salamat qalmışdır. Hətta o ağacı budadıqdan sonra dibini belləyərək gübrələmişəm və mütəmadi olaraq da suladığı üçün artıq yazın gəlişi ilə ağac pöhrələyib tumurcuqlamağa başlamışdır. Göründüyü kimi onun məqsədi qərarda göstərildiyi kimi ağacı məhv etmək deyil, tamam əksinə ağacı budayaraq cavanlaşdırmaq və ağaca yeni nəfəs vermək olmuşdur. Belə olan halda onun cərimə olunmağım ədalətsizlikdir.Özünün heç bir yerdə işləmədiyini,təyin olunmuş 2000 manatı ödəmək iqtidarında olmadığın,hətta 2000 manat azmış kimi İdarə əlavə olaraq 950 manat təbiətə dəymiş ziyanı (ağacın dəyərini) də onun üzərinə qoymuşdur. Hesab edir ki, qərar əsassız olduğu üçün onun əsasında yazılmış həm cərimə, həm də ziyan məbləği də əsassızdır və silinməlidir. Səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 Tural Aydın qızının şikayətinin tamamilə əsassız olduğunu qeyd edib məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixli 34 saylı sərancamı ilə tərəflərindən ünvan 1 ünvanında bələdiyyə ərazisində ağacın kəsilməsi inzibati xəta törətmiş X12 iştirakı ilə sözü gedən ekologiya qanun pozulması faktının aşkar edilməsi məqsədi ilə araşdırma aparılmış, sözügedən ərazidə 1-ədəd tut ağacının yaş halda dib kökündən kəsildiyini və həmin hissəyə dekorativ ağac və kolların əkəcəyini bildirmişdir.Araşdırma müddətində sözügedən ərazidə X12 tərəfindən kök üstə yaş halda olan tut cinsinə aid 1-ədəd diametri 51 sm olan ağaçın kök boğazından kəsilməsi faktı aşkar edilmişdir.Bununlada X1 13-cü maddəsinin,X2 təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 avqust 2016-ci il tarixli 321 saylı Qərarının tələbini pozulması halları müəyyən edilmiş,ərazidə ağac və kolların təbiətə dəymiş zərər məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-ci il tarixli 421saylı Qərarının 01 nömrəli əlavəsinə əsasən dəymiş ziyanın məbləği 950 manat hesablanmaşdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 fevral 2023-cü il tarixli, MN ******* saylı il tarixli inzibati tənbeh vermə haqqında qərarında qeyd edilir ki, X11 xx.xx.2023-ci il tarixdə Yevlax şəhəri Azərbaycan küçəsində bir ədəd kök üstə yaş halda tut cinsinə aid ağacı kök boğazından kəsərək məhv etmişdir. Bununla əlaqədar səlahiyyətli orqan tərəfindən 03 fevral 2023-ci il tarixdə MN ******* saylı protokol tərtib edilmiş və həmin protokol əsasında əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X13 tərəfindən 10 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə X11 oğlu 2000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün inzibati işin materiallarında mövcud olan sübutları məhkəmə araşdırması zamanı müqayisəli şəkildə tədqiq edib, bu sübutlarda bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş 10 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar və verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, X5 şəhəri Azərbaycan küçəsində bir ədəd kök üstə yaş halda tut cinsinə aid ağacı kök boğazından kəsməsi ilə ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xəta halı aşkar olunmuş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinmişdir. X6 kimi məhkəmə təqdim etdiyi foto şəkillərlə, şikayət ərizəsində onun əsassız olaraq cərimə edilməsinin yolverilməz olduğunu bildirsə də, məhkəmə prosesində şikayətinin dəlillərini əsaslılığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda qeyd edilən inzibati xətanın törədilməsi iş materiallarında olan sənədlər, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin izahatı ilə təsdiq edildiyindən, inzibati qərar əsasında X7 törədilmiş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurmur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X7 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 fevral 2023-cü il tarixli, MN ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərardan X11 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar