Məhkəmə qərarları › İş №3(039)-1734/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1734/2025

03.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1734/2025 03.10.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis kapitanı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Müşfiq oğlunun iştirakı ilə, xx.xx.2002-ci ildə Yevlax şəhərində anadan olmuş, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Müşfiq oğluna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Müşfiq oğlu xx.xx.2025-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinin inzibati binasında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis X1 Bölməsinin sahə rəisi polis kapitanı X6 çıxış edərək bildirmişdir ki, Şəxs Müşfiq oğlu tiktok sosial şəbəkəsində açmış olduğu canlı yayımlarda qeyri-etik ifadələr işlədərək ictimai qaydanı pozduğu üçün xx.xx.2025-ci il tarixdə rayon polis şöbəsinə dəvət etmələrinə baxmayaraq o, rayon polis şöbəsinin inzibati binasının qarşısında səs-küy salmış, nizam-intizama dəvət olunsa da, o, öz əməlinə davam etdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Müşfiq oğlu məhkəmə iclasında özünü qismən təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, tik-tok sosial şəbəkəsində açmış olduğu canlı yayımlarda qeyri-etik ifadələr işlədərək ictimai qaydanı pozduğu üçün onun xx.xx.2025-ci il tarixdə saat 13:00 radələrində Yevlax rayon polis şöbəsində dəvət olunmuşdur. Şöbədə sorğu-sual zamanı hər hansı bir ictimai qaydanı pozmadığını bildirmiş, hazırda tiktok sosial şəbəkəsində yaymış olduğu videolara görə peşman olmasını bildirərək ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis mayoru X2 izahatında göstərdi ki, Şəxs Müşfiq oğlu tiktok sosial şəbəkəsində açmış olduğu canlı yayımlarda qeyri-etik ifadələr işlədərək ictimai qaydanı pozduğu üçün onunla profilaktik söhbət aparılması üçün xx.xx.2025-ci il tarixdə saat 13:00 radələrində rayon polis şöbəsinə dəvət olunan zaman sonuncu rayon polis şöbəsinin inzibati binasının qarşısında polis əməkdaşlarına nalayiq ifadələr işlətmiş, dəfələrlə onu nizam intizama dəvət etsəkdə Şəxs öz qanunsuz hərəkətlərini davam etdirərək nalayiq ifadələr işlədib öz qanunsuz hərəkətlərini nümayiş etdirərək polisin qanuni tələbinə qəsdən tabesizlik göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin CAB-nin baş əməliyyat müvvəkili X4 digər şahid X2 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Müşfiq oğlu xx.xx.2025-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinin inzibati binasında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Yevlax RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis mayoru Teymur Baxışəliyev tərəfindən rəhbərliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Şəxs Müşfiq oğlu tiktok sosial şəbəkəsində açmış olduğu canlı yayımlarda qeyri-etik ifadələr işlədərək ictimai qaydanı pozduğu üçün onun izahatının alınıb profilaktiki söhbətlər aparılaraq barəsində qanuna müvafiq tədbir görülməsi üçün dəvət edərək rayon polis şöbəsinə gətirən zaman Şəxs polis şöbəsinin inzibati binasının həyətində giriş postunun qarşısında orada olan digər vətəndaşların yanında aqressiv davranıb əsdən səs-küy salaraq polis əməkdaşları haqqında şər və böhtan xarakterli danışmış, həmçinin uca səslə ünvanlı və ünvansız nalayiq ifadələr işlətmişdir. Bu zaman ona etmiş olduğu əməlin qanun pozuntusu olduğunu izah edib onu sakitləşdirməyə çalışaraq dəfələrlə nizam-intizama dəvət etsəkdə, sonuncu öz qanunsuz hərəkətləri ilə ictimai qaydanı pozmağa davam edib qaçmağa çalışaraq polisin qanuni tələbinə qəsdən tabesizlik göstərmişdir. Odur ki, Şəxs Müşfiq oğlunun barəsində qanuni tədbir görülməsi üçün aidiyyəti göstəriş verilməsi xahiş olunmuşdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs Müşfiq oğlu tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs Müşfiq oğlunun hazırki inzibati xətanı törətməməsini bildirməsi onun özünü müdafiə xarakteri daşımaqla məhkəmə iclası zamanı tədqiq olunmuş sübutların məcmusu ilə təkzib olunur. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Müşfiq oğluna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Müşfiq oğlu Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 3 oktyabr 2025-ci il tarixdən saat 17:20-dən hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar