Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1739/2025 21.10.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Cəlilov Elçin Elmi oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta hqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2025-ci il tarixdə idarə etdiyi “Mitsubishi Pajero-İO minik” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax şəhəri Nizami prospektində piyada keçidinin üstündə Zərərçəkmiş şəxs vurmaqla, zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətləri almasına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərər çəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər, lakin Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, ona dəymiş ziyanın Şəxs tərəfindən ödənildiyini, ondan şikayət və tələbinin olmadığını bildirərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla və eləcə də işin digər materialları ilə tam təsdiq edilmişdir. Belə ki, işdə olan Yevlax rayon X1 Bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə 16 sentyabr 2025-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax rayon X2 X3 göndərilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2025-ci tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görüyür ki, Şəxs xx.xx.2025-ci il tarixdə idarə etdiyi “Mitsubishi Pajero-İO minik” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax şəhəri Nizami prospektində piyada keçidinin üstündə Zərərçəkmiş şəxs vurmaqla, zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən vurulmuş zərərin əvəzinin ödənilməsi onun məsuliyyətini yüngülləşdirən haldır və məsuliyyətini ağırıaşdıran hallar yoxdur. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirın halı, məsuliyyətini ağırlaşdıran halların olmadığını və iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53.0.6 və 128.2.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:Qalib Paşayev
Məhkəmə qərarları › İş №3(039)-1739/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1739/2025
21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver