Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-175/2020 13.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakı ilə, xx xxx 1997-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax rayonu Qaramanlı kəndində yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 21:00 radələrində Yevlax rayonu Qaramanlı kənd ərazisində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı Coşqun Bəkirov bildirmişdir ki, Yevlax rayonu Qaramanlı kənd sakini X20 idarə etdiyi “VAZ 2107” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə sərxoş vəziyyətdə kənd ərazisində hərəkətdə olarkən avtomobildə idarə etməni itirərək yoldan kənara çıxaraq yol kənarındakı su arxına düşərək yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə avtomobildə olan sərnişin X18 dərəcəsi təyin edilməyən bədən xəsarəti almışdır. Həmin vaxt yol patrul xidməti əməkdaşları Əliş Əliyevin sərxoş olduğunu hiss edib sərxoşluq müayinəsindən keçirirtmək üçün dəvət etdikdə hadisə yerinə gələn kənd sakinləri X13, X5, X25, Şəxs, X7, Quliyev Samir sahib oğlu və X14 polis əməkdaşlarına müdaxilə etdikləri, cəzadan yayındırmaq məqsədi ilə Əliş Əliyevi hadisə yerindən uzaqlaşdırdıqları vaxt polis əməkdaşlarının fəaliyyətinə qanunsuz müdaxilə edərək polisin qanuni tələbinə qəsdən tabe olmamışlar. Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X26 Rayon Polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs izahatı alınmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdirmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində Yevlax rayonu Qaramanlı kənd ərazisində yerləşən çayxanada həmkəndliləri Samir Quliyevlə və Ayaz Hüseynovla birlikdə çay içərkən X20 idarə etdiyi “VAZ 2107” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə kənd ərazisində yol nəqliyyat hadisəsi törətdiyinə görə sərxoşluq müayinəsindən keçirilməyə aparılması üçün yol polis əməkdaşlarına mane olaraq onlarla mübahisə etmiş və sürücü Əliş Əliyevi hadisə yerindən uzaqlaşdırmışlar. Bundan sonra yaşadıqları ünvana getmiş, gecə saat 01 radələrində polis əməkdaşlarının dəvəti əsasında Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş və 01:15 radələrində polis şöbəsində saxlanılmışdır. Törətdiyi əmələ görə səmimi peşmandır. Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X8 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində ** YP *** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobili ilə yol patrul xidməti inspektoru, polis baş serjantı X9 ilə birlikdə Yevlax rayonu Qaramanlı kəndi ərazisində dislokasiya üzrə xidmət aparan zaman kənd sakini X11 idarə etdiyi “VAZ 2107” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə kənd ərazisində hərəkətdə olarkən avtomobildə idarə etməni itirərək yoldan kənara çıxaraq yol kənarındakı su arxına düşərək yol-nəqliyyat hadisəsi törətdiyini görmüş, hadisə yerinə gəldikdə sürücüdən spirtli içki iyi hiss etdikləri üçün sürücünü sərxoşluq müayinəsindən keçirməyə dəvət etdikdə sürücü müayinədən imtina etmiş, sürücünü nizam-intizama dəvət edərkən onların qanuni tələblərinə tabe olmamış, bu vaxt hadisə yerinə yxınlaşan sürücünün həmkəndliləri X13, X5, X25, Şəxs, X7, Quliyev Samir sahib oğlu və X14 onların qanuni tələblərinə qəsdən və qərəzli şəkildə tabe olmayaraq xidməti vəzifələrini yerinə yetirməyə mane olmuş, onları nizam-intizama dəvət etsələrdə həmin şəxslər sürücünü hadisə yerindən uzaqlaşdırmışlar. Bundan sonra növbətçi hissəyə məlumat verərək köməyə polis əməkdaşlarını çağırmış, sürcünün yerini müəyyən edilərək sərxoşluq müayinəsindən keçirmişdir. Yol patrul xidməti inspektoru, polis baş serjantı X10 məhkəmə iclasında şahid İlqar Rüstəmovun verdiyi ifadəni təsdiq edərək eyni məzmunlu ifadə verdi. Beləliklə,Şəxs istinad edilən inzibati xətanı törətməsi təqsiri özünün etirafı, Yevlax Rayon Polis Şöbəsinin, İTB-nin polis sahə rəisi, polis kapitanı X15 tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 26 (iyirmi altı) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən saat 01:15-dən hesab edilsin. İnzibati xəta törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkil X2 göstərdiyi 4 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax Rayon Vəkil Bürosunun vəkili X2 ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-175/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-175/2020
13.03.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver