Məhkəmə qərarları › İş №3(039)-176/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-176/2020

21.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-176/2020 21.12.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu, Şəxs barəsində Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Şəxs xx xxxx 2020-ci il tarixdə saat 21.00 radələrində Yevlax rayonu, Qaramanlı kəndi ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Yevlax rayon Polis şöbəsinin xx xxxx 2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Yevlax RPŞ-nin DYPB-nin YPX-nin inspektorları, polis baş serjantları X5 və X6 raportla şöbə rəhbərliyinə müraciət edərək xx xxxx 2020-ci il tarixdə saat 21.00 radələrində ** YP *** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobili ilə Yevlax rayonu Qaramanlı kəndi ərazisində dislokasiya üzrə xidmət aparan zaman Yevlax rayonu Qaramanlı kənd sakini X8 idarə etdiyi “VAZ 2107” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə kənd ərazisində hərəkətdə olarkən avtomobildə idarəetməni itirərək yoldan çıxaraq yol kənarındakı su arxına düşərək yol-nəqliyyat hadisəsi törətdiyini gördüklərini, hadisə yerinə gəldikdə sürücüdə spirtli içki iyi hiss etdikləri üçün sürücünü sərxoşluq müayinəsindən keçməyə dəvət etdiklərini, lakin sürücünün sərxoşluq müayinəsindən keçməkdən imtina etdiyini, sürücünü nizam intizama dəvət etdiklərini, lakin onların qanuni tələblərinə tabe olmadığını, bu vaxt hadisə yerinə yaxınlaşan sürücünün həmkəndliləri X10, X3, Şəxs, X1, X4, X13, X11 və qeyrilərinin onların qanuni tələbinə qəsdən və qərəzli şəkildə tabe olmayaraq xidməti vəzifələrini yerinə yetirməyə mane olduqlarını, onları nizam-intizama dəvət etdiklərini, lakin onların polisin qanuni tələbinə qərəzli şəkildə tabe olmayaraq sürücünü hadisə yerindən uzaqlaşdırdıqlarını, bundan sonra Növbətçi Hissəyə məlumat verib kömək çağırdıqlarını, sonradan sürücünün yerini müəyyən edib sərxoşluq müayinəsindən keçirdiklərini və orta dərəcəli sərxoş olmasının müəyyən edildiyini bildirmişlər. Yevlax RPŞ-nin TB-nun xx xxxx 2020-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X14 izah etdi ki, Yevlax RPŞ-nin DYPB-nin YPX-nin inspektorları, polis baş serjantları X5 və X6 raportla şöbə rəhbərliyinə müraciət edərək xx xxxx 2020-ci il tarixdə saat 21.00 radələrində ** YP *** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobili ilə Yevlax rayonu Qaramanlı kəndi ərazisində dislokasiya üzrə xidmət aparan zaman Yevlax rayonu Qaramanlı kənd sakini X8 idarə etdiyi “VAZ 2107” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə kənd ərazisində hərəkətdə olarkən avtomobildə idarəetməni itirərək yoldan çıxaraq yol kənarındakı su arxına düşərək yol-nəqliyyat hadisəsi törətdiyini gördüklərini, hadisə yerinə gəldikdə sürücüdə spirtli içki iyi hiss etdikləri üçün sürücünü sərxoşluq müayinəsindən keçməyə dəvət etdiklərini, lakin sürücünün sərxoşluq müayinəsindən keçməkdən imtina etdiyini, sürücünü nizam intizama dəvət etdiklərini, lakin onların qanuni tələblərinə tabe olmadığını, bu vaxt hadisə yerinə yaxınlaşan sürücünün həmkəndliləri X10, X3, Şəxs, X1, X4, X13, X11 və qeyrilərinin onların qanuni tələbinə qəsdən və qərəzli şəkildə tabe olmayaraq xidməti vəzifələrini yerinə yetirməyə mane olduqlarını, onları nizam-intizama dəvət etdiklərini, lakin onların polisin qanuni tələbinə qərəzli şəkildə tabe olmayaraq sürücünü hadisə yerindən uzaqlaşdırdıqlarını, bundan sonra Növbətçi Hissəyə məlumat verib kömək çağırdıqlarını, sonradan sürücünün yerini müəyyən edib sərxoşluq müayinəsindən keçirdiklərini və orta dərəcəli sərxoş olmasının müəyyən edildiyini bildirmişlər. Yevlax RPŞ-nin TB-nin xx xxxx 2020-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Yevlax RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, xx xxxx 2020-ci il tarixdə saat 21.00 radələrində Yevlax rayonu, Qaramanlı kəndi ərazisində X8 idarə etdiyi “VAZ 2107” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobin arxa aşdığını görmüşdür. Polis əməkdaşlırını günahkar bilərək onlarla mübahisə etmişdir. Polis əməkdaşını itələmişdir. Polis əməkdaşları onu sakitləşdirsələr də, onların təblərinə tabe olmamışdır. Hazırda əməlindən peşmandır. Məhkəmədən əməlindən səmimi peşmançılığını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qisməində dindirilmiş Yevlax RPŞ-nin DYPB-nin YPX-nin polis baş serjantları X6 bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 21.00 radələrində ** YP *** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobili ilə Yevlax rayonu Qaramanlı kəndi ərazisində dislokasiya üzrə xidmət aparan zaman Yevlax rayonu Qaramanlı kənd sakini X8 idarə etdiyi “VAZ 2107” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə kənd ərazisində hərəkətdə olarkən avtomobildə idarəetməni itirərək yoldan çıxaraq yol kənarındakı su arxına düşərək yol-nəqliyyat hadisəsi törətdiyini görmüşlər. Hadisə yerinə gəldikdə sürücüdə spirtli içki iyi hiss etdikləri üçün sürücünü sərxoşluq müayinəsindən keçməyə dəvət etmişlər. Lakin sürücünün sərxoşluq müayinəsindən keçməkdən imtina etmiş, sürücünü nizam intizama dəvət etmişlər. Lakin sürücü onların qanuni tələblərinə tabe olmamışdır. Bu vaxt hadisə yerinə yaxınlaşan sürücünün həmkəndliləri X10, X3, Şəxs, X1, X4, X13, X11 və qeyrilərinin onların qanuni tələbinə qəsdən və qərəzli şəkildə tabe olmayaraq xidməti vəzifələrini yerinə yetirməyə mane olmuşlar. Onları nizam-intizama dəvət etmişlər, lakin həmin şəxslər polisin qanuni tələbinə qərəzli şəkildə tabe olmayaraq sürücünü hadisə yerindən uzaqlaşdırmışlar. Bundan sonra Növbətçi Hissəyə məlumat verib kömək çağırmışlar. Sonradan sürücünün yerini müəyyən edib sərxoşluq müayinəsindən keçirmişlər və sürücünün orta dərəcəli sərxoş olmasının müəyyən edildiyini bilmişlər. Bu barədə raportla şöbə rəhbərliyinə müraciət etmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Yevlax rayon polis şöbəsinin İTB-nin sahə inspektoru X7 və şahid Yevlax RPŞ-nin DYPB-nin YPX-nin polis baş serjantları X2 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 12.30-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx xxxx 2020-ci il tarixli 75 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoldan görünür ki, Şəxs ayıqdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti və inzibati xətanın xarakterini nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işin yüngülləşdirici və faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 31.4, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : xx xxxxxxxx 1991-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax rayonu, Qaramanlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən saat 12.30-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar