Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-176/2021 24.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1983-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri F.Kərimov küçəsi ev 101-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 15:40 radələrində Yevlax şəhəri H.Əliyev prospektində yerləşən Dövlət Sosial Müdafiə fondunun qarşısında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı İlqar Məmmədrzayev məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinin PPXB-nun manqa komandiri, polis baş serjantı Şəhriyar Xəlilov polis serjantı Mehman İbrahimovla birlikdə Yevlax şəhər ərazisində xidmətdə olarkən saat 15:40 radələrində bir nəfər şəxsin Yevlax şəhəri H.Əliyev prospektində yerləşən Dövlət Sosial Müdafiə fondunun Yevlax filialının qarşısında üzərinə benzin tökərək özünü və ətrafda olan şəxsləri yandırmaq istədiyini görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq onu nizam-intizama dəvət etsələrdə o, polis əməkdaşlarına məhəl qoymayaraq, öz hərəkətlərini davam etdirmişdir. Polisin qanuni tələbini pozduğuna görə həmin şəxs fiziki güc tətbiq edilərək rayon polis şöbəsinə gətirilmişdir. Yevlax Bundan sonra manqa komandiri, polis baş serjantı X5 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqındaprotokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə sosial yardım üçün vermiş olduğu sorğuların cavabının gəlib-gəlməməsini öyrənmək üçün Dövlət Sosial Müdafiə fondunun Yevlax filialına getmişdir. Orada ona sorğularına cavab gəlmədiyini bildirdikdən sonra əsəbləşərək üzərinə benzin töküb özünü və ətrafındakıları yandıracağını bildirmişdir. Bundan sonra ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşaraq onu nizamintizama dəvət etmiş, əsəbi olduğunda polisin tələbinə tabe olmadığı üçün polis əməkdaşları onu rayon polis şöbəsinə aparmışlar. Himayəsində azyaşlı övladları var, kiçik övladı onkoloji xəstədir, özü 3-cü qrup həyat yoldaşı isə 2-ci qrup əlildir. Törətdiyi əməldən səmimi peşmandır. Yevlax Rayon Polis Şöbəsinin PPXB-nun manqa komandiri, polis baş serjantı X3 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, xx xxxxxx 2021-ci il tarixdə polis serjantı Mehman İbrahimovla birlikdə Yevlax şəhər ərazisində xidmətdə olarkən saat 15:40 radələrində bir nəfər şəxsin Yevlax şəhəri H.Əliyev prospektində yerləşən Dövlət Sosial Müdafiə fondunun Yevlax filialının qarşısında üzərinə benzin tökərək özünü və ətrafda olan şəxsləri yandırmaq istədiyini görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq onu nizam-intizama dəvət etsələrdə o, məhəl qoymayaraq, öz hərəkətlərini davam etdirmişdir. Polisin qanuni tələbini pozduğuna görə həmin şəxs fiziki güc tətbiq edilərək tərəfindən rayon polis şöbəsinə gətirilmişdir. Bundan sonra o, Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Yevlax Rayon Polis Şöbəsinin PPXB-nün polis nəfəri, polis serjantı Mehman İbrahimov məhkəmə iclasında şahid Şəhriyar Xəlilovun verdiyi ifadəni təsdiq edərək eyni məzmunlu ifadə verdi. İşdə olan xx xxxxxx 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə xx xxxxxx 2021-ci il tarixdə saat 16:20-dən inzibati qaydada tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, şahid ifadəsi, Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı İlqar Məmmədrzayev tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati Xətalar Məcəlləsi: Maddə. 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Maddə. 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib, əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngüləşdirən hal nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla həmin məcəllənin 535.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-176/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-176/2021
24.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver