Məhkəmə qərarları › İş №3(039)-176/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-176/2023

01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-176/2023 01.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hüquq məsələləri üzrə baş məsləhətçisi X4, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 vəkili X1 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Səlahiyyətli orqanın qərarına görə X2 rayonu Qaraməmmədli kəndində pay torpaq sahəsinin kənarında kanal qazdırarkən 3 ədəd göyrüş ağacını kökündən çıxararaq məhv etməsinə gorə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən 10 mart 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərar qəbul edilərək, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. Qərardan narazı qalan, barəsində inzibati xəta haqqında qərar çıxarılmış X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, səlahiyətli orqanın qərarı ilə razı deyil. Qərarda göstərilən hallar tam yalandır, iftirafdır. Ona akt tərtib etdiklərini bildirmişlər. Həmin aktda protokola imza atdıraraq şikayətlə bağlı gəldiklərini bildirmişlər. Onu inandıraraq hazırki protokolun əhəmiyyət kəsb etmədiyini bildirmişlər. O, heç bir kanalı qazmamış. Bildirirki ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən mülkiyyətimizə verilmiş xx.xx.2014-cü il tarixli, ******* nömrəli çıxarışla, xx.xx.2013-cii il tarixli ******* nömrəli çıxarışla, xx.xx.2018-ci il tarixli ******* nömrəli çıxarışla, xx.xx.2020-ci il tarixli **********6 qeydiyyat nömrəli çıxarışla, həmçinin xx.xx.2013-cü il tarixli ******* nömrəli çıxarışla o cümlədən xx.xx.2013-cü il tarixli ******* nömrəli çıxarışla mülkiyyətində olan torpaq sahəsi yəni 20 ha 90 sotu əhatə edən əkin sahəsi ərazidə olan balıq gölünün həmçinin əhalinin istifadə etdiyi su arxının çıxış yeri olmadığından bütün torpaq sahələr hər dəfə suyun altında qalmaqla əkin sahələri həm torpağın münbit hissəsi yuyulmaqla, həm də əkilən bitkilərin çürüməsi ilə onlara hər gün ciddi ziyan dəymişdir. Bu səbəbdəndə axıntının və güclü su axınının qarşısının alınması üçün o çoxsaylı müraciətlər etmiş. O, əkdiyi 20 ha torpaq sahəsindəki pampıq əkinindən 1 manat belə xeyir götürə bilməmiş. Çünki həmin su axını həm torpağının məhsuldarlığına ciddi ziyan vurmuş, həm də əkin sahələrini məhv etmişdir. O, bu vəziyyətdə Yevlax Pampıq MTK-ya, həmçinin müdir Vaqif Abdullayevə çoxsaylı müraciət edərək pampıq sahəsinin sıradan çıxdığını bildirmiş. Bundan sonra o Su İdarəsinə xahiş edərək oradan traktor göndərmişlər, traktor isə kanalı dərinləşdirərək su axınının qırağa çıxması üçün əlindən gələni etmişdir. Orada heç bir ağacdan belə söhbət gedə bilməzdi, çünki kanal hər il qazılır, onun qarşı maneələri təmizlənirdi. Orada heç bir ədəd ağac belə yox idi. yalan və bötandır. Ekskvator kanalı təmizləyib, içinin quru atxotunu kənara atıb. Burada onun heç bir günah və təqsiri oxdur. Burada onun heç bir günahı və təqsiri yoxdur. Barəsində əsassız olaraq inzibati qərar qəbul edilib. O, qeyd edilən xətanı törətməmişdir. Bu səbəbdən də barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 vəkili X3 məhkəmə iclasında şikayətin dəlillərinə uyğun çıxış edərək bildirdi ki, Nadir Nadirov tərəfindən heç bir kanal qazılmamışdır. Onun sahəsini su basması səbəbindən o, Yevlax Pambıq MTK-yə müraciət etmişdir. Bundan sonra səlayihətli orqan traktor göndərərək həmin kanalı qazmışdır. Lakin səlahiyətli oraqnın əməkdaşları həmin kanalın kim tərəfindən qazılması halını müəyyən etməyərək, habelə və göyrüş ağaclarının kim tərəfindən çıxarılmasını sübut edəcək heç bir dəlil təqdim etmədən Nadir Nadirov barəsində protokol tərtib etmişlər. Halbuki səlahiyətli orqan torpaq sahəsinin münbit qatının korlanması halının olub-olmaması barədə müvafiq mütəxəssis rəyi əldə etməli olduğu halda heç bir rəy olmadan vətəndaş barəsinə qərəzli olaraq qərar qəbul etmişdir. Qeyd olunanların nəzərə alınmasını və şikayətin təmin edilməsini xahiş etdi. Səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hüquq məsələləri üzrə baş məsləhətçisi X9 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, idarənin əməkdaşları tərəfindən X5 Yevlax rayonu Qaraməmmədli kəndində pay torpaq sahəsinin kənarında kanal qazdırarkən 3 ədəd göyrüş ağacını kökündən çıxararaq məhv etməsi faktı üzrə araşdırma aparılmışdır. Fakt təsdiqini tapdığından vətəndaş barəsində müvafiq qərar qəbul edilmişdir. Səlahiyyətli orqanın nümayəndəsi X9 məhkəmədən yuxarıda göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Məhkəmə şikayətçinin və inzibati orqanın nümayəndəsinin izahatını dinlədikdən sonra iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi qeyd edilsə də, həmin xətanın törədilməsinə dair səlahiyətli orqan tərəfindən hər hansı bir sübut (X7 tərəfindən 3 ədəd göyrüş ağacını kökündən çıxarması) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı X5 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olmadığından, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında 10 mart 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən X7 barəsində qəbul edilmiş 10 mart 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar