Məhkəmə qərarları › İş №3(039)-178/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-178/2020

13.03.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-178/2020 13.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 İnzibati xəta haqqında prptokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X5 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Şəxs xx xxxx 2020-ci il tarixdə gecə saat 21.00 radələrində Yevlax rayonu, Qaramanlı kəndində RPŞ-nin DYPB-nin YPX-i inspektorlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X10 izah etdi ki, Yevlax RPŞ-nin DYPB-nin YPX-i inspektorları İlqar Rüstəmov və Şəmi Yunusov dislokasiya üzrə xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində, ** YP *** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobili ilə Yevlax rayonu, Qaramanlı kəndi ərazisində xidmət aparan zaman Yevlax rayonu, Qaramanlı kənd sakini X8 idarə etdiyi “VAZ 2107” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə kənd ərazisində hərəkətdə olarkən avtomobildə idarəetməni itirərək yoldan çıxaraq yol kənarındakı su arxına düşərək yol-nəqliyyat hadisəsi törətdiyini görmüşlər. Hadisə yerinə gəldikdə sürücüdə spirtli içki iyi hiss etdikləri üçün sürücünü sərxoşluq müayinəsindən keçməyə dəvət etmişlər. Lakin sürücü sərxoşluq müayinəsindən keçməkdən imtina etmişdir. Polis əməkdaşları sürücünü nizam-intizama dəvət etmişlər. Buna baxmayaraq sürücü onların qanuni tələblərinə tabe olmamışdır. Bu vaxt hadisə yerinə yaxınlaşan sürücünün həmkəndliləri X11, X4, X16, X1, X6, Şəxs, X12 və qeyriləri polis əməkdaşlarının qanuni tələbinə qəsdən və qərəzli şəkildə tabe olmayaraq xidməti vəzifələrini yerinə yetirməyə mane olmuşlar və sürücünü hadisə yerindən uzaqlaşdırmışlar. Bundan sonra polis əməkdaşları Növbətçi Hissəyə məlumat verib kömək çağırmışlar və bu barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Bu barədə RPŞ-nin TB-də araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığından, onun barəsində inzibati qaydada tədbir görülməsi üçün RPŞ-nin İTB-nə göndərilmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, Yevlax rayonu, Qaramanlı kəndində yaşayır. xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində həmkəndlisi X8 idarə etdiyi “VAZ 2107” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin idarəetməni itirərək yoldan çıxaraq yol kənarındakı su arxına düşərək yol-nəqliyyat hadisəsi törətdiyini görmüş və hadisə yerinə getmişdir. Hadisə yerində polis əməkdaşlarının sürücünü sərxoşluq müayinəsindən keçməyə aparmaq istədiklərini görmüşdür. Həmin vaxt hirsli olduğu üçün polis əməkdaşları ilə mübahisə etmişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət etmişlər. Buna baxmayaraq polis əməkdaşlarına məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Hazırda səhvini başa düşür və əməlindən səmimi olaraq peşmançılıq çəkir. Məhkəmədən əməlindən səmimi peşmançılığını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin DYPB-nin YPX-i inspektoru polis baş serjantı X7 izahatında göstərdi ki, Yevlax RPŞ-nin DYPB-nin YPX-i inspektoru vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində ** YP *** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobili ilə Yevlax rayonu, Qaramanlı kəndi ərazisində dislokasiya üzrə xidmətdə olmuşdur. Xidmətdə olan zaman Yevlax rayonu Qaramanlı kənd sakini X8 idarə etdiyi “VAZ 2107” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə kənd ərazisində hərəkətdə olarkən avtomobildə idarəetməni itirərək yoldan çıxaraq yol kənarındakı su arxına düşərək yol-nəqliyyat hadisəsi törətdiyini görmüşlər. Hadisə yerinə gəldikdə sürücüdə spirtli içki iyi hiss etdikləri üçün sürücünü sərxoşluq müayinəsindən keçməyə dəvət etmişlər. Lakin sürücü sərxoşluq müayinəsindən keçməkdən imtina etmişdir. Sürücünü nizam intizama dəvət etmələrinə baxmayaraq sürücü onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu vaxt hadisə yerinə yaxınlaşan sürücünün həmkəndliləri X11, X4, X16, X1, X6, Şəxs, X12 və qeyrilərinin onların qanuni tələbinə qəsdən və qərəzli şəkildə tabe olmayaraq xidməti vəzifələrini yerinə yetirməyə mane olmuşlar. Həmin şəxsləri nizam-intizama dəvət etmişlər, lakin onlar polisin qanuni tələbinə qərəzli şəkildə tabe olmayaraq sürücünü hadisə yerindən uzaqlaşdırmışlar. Bundan sonra Növbətçi Hissəyə məlumat verib kömək çağırmışlar. Sonradan sürücünün yerini müəyyən edib sərxoşluq müayinəsindən keçirmişlər və orta dərəcəli sərxoş olmasının müəyyən edilmişdir. Bu barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X5 və şahid X2 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx xxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 12.30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarıhəddinin üçdə birindən az ola bilməz. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən halları və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx xxxxxx 1987-ci il tarixdə Yevlax rayonu, Qaramanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax rayonu, Qaramanlı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 28 (iyirmi səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən saat 12.30-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar