Məhkəmə qərarları › İş №3(039)-1780/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1780/2025

20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1780/2025 20.10.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 11 saylı X4 Bölməsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə Azərbaycan Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 11 saylı X4 Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 11 saylı X4 Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 262.2.3cü maddəsi ilə 08 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokola əsasən Yevlax rayonu, Gülövşə kəndi ərazisində yerləşən avtoyuma məntəqəsinin fəaliyyəti zamanı formalaşan tullantı suların təyinatsız küçəyə çölə yaxınlıqdakı boş əraziyə axıdılması faktı aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 11 saylı X4 Bölməsinin nümayəndəsi X3 məhkəmə iclasında inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, 11 saylı X4 Bölməsinin müvafiq sərəncamına əsasən su qanunvericiliyinin tələblərinin vəziyyətinin araşdırılması məqsədi ilə bağlı növəti dəfə Yevlax şəhərində monitorinq keçirilmişdir. Monitorinq zamanı Yevlax rayonu, Gülövşə kəndi ərazisində yerləşən avtoyuma məntəqəsinin fəaliyyəti zamanı formalaşan tullantı suların təyinatsız küçəyə çölə yaxınlıqdakı boş əraziyə axıdılması faktı aşkar edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında inzibati xətanı etiraf etmiş, gələcəkdə bir daha bele əməllərə yol verməyəcəyini bildirmiş və məhkəmədən yüngül cərimə cəzası təyin edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 06 oktyabr 2025-ci il tarixli, 002254 nömrəli aktdan görünür ki, 11 saylı X4 Bölməsinin 06 oktyabr 2025-ci il tarixli, 029/s saylı Sərəncamına əsasən xidməti ərazi üzrə “Azərbaycan Respublikası Su Məcəlləsinin” və “ Su təchizatı və tullantı suları haqqında” AR Qanununun və suların istifadəsi və mühafizəsi sahəsində mövcud olan digər qanunvericilik aktlarının tələblərinə riayət edilməsinin araşdırılması məqsədi ilə keçirilən nəzarət tədbirləri zamanı Yevlax rayonu, Gülövşə Bucaq kəndində yerləşən avtoyuma məntəqəsində formalaşan çirkab suların təyinatsız axıdılması faktına rast gəlinmişdir. Qeyd olunan faktla bağlı avtoyuma məntəqəsinin sahibi Şəxs ilə birgə əraziyə baxış keçirilmişdir. Baxış zamanı avtoyuma məntəqəsində formalaşan çirkab suların yaxınlığından keçen kollektor-drenaj şəbəkəsində birbaşa boru vasitəsilə axıdılması müşahidə olunmuşdur Bununla da “Azərbaycan Respublikası Su Məcəlləsinin” 103-cü maddəsinin və “Su təchizatı və tullantı suları haqqında” AR Qanununun tələbləri pozulmuşdur. İnzibati xəta haqqında 08 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Yevlax rayonu, Gülövşə kəndində yerləşən avtoyuma məntəqəsinin fəaliyyəti zamanı formalaşan tullantı suların təyinatsız küçəyə çölə yaxınlıqdakı boş əraziyə axıdılması faktı aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, Yevlax rayonu, Gülövşə kəndində yerləşən avtoyuma məntəqəsində formalaşan çirkab suların yaxınlığından keçen kollektor-drenaj şəbəkəsində birbaşa boru vasitəsilə axıdılması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 18-ci maddəsinin qeydinə əsasən, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir; Məhkəmə iclasında tədqiq edilmiş materiallar, səlahiyyətli orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, iş materiallarına əlavə edilmiş fotoşəkillər ilə sübuta yetirilmişdir ki, Şəxs AR İXM-nin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi peşmançılığını və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində AR İXM-nin 262.2.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində işə baxan Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar