Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-179/2023 23.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X5 Bölməsinin polis sahə rəisi, polis mayoru X8, Barəsində xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və onun müdafiəçisi X4 iştirakı ilə, xx.xx.1981-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri Q.Quliyev küçəsi ev 11, mənzil 8-də yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Yevlax Rayon Polis X5 Bölməsinin polis sahə rəisi, polis mayoru X3 Anar Rəvan oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə tərtib etdiyi inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri baxılması üçün Yevlax Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis mayoru Nicat Nəsibov bildirmişdir ki, 19 mart 2023-cü il tarixdə saat 23 radələrində Yevlax şəhəri Q.Quliyev küçəsində anası X1 vəziyyətdə ictimai yerdə nəlayiq sözlərlə söyüb təhqir etmişdir. Bundan sonra tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, 19 mart 2023-cü il tarixdə axşam saatlarında Yevlax şəhəri Q.Quliyev küçəsində yerləşən yaşadıqları evdə anası Sədaqət Xəilova ilə aralarında xırda mübahisə olmuşdur. O, anasını söyüb təhqir etməmişdir. O, 19 mart 2023-cü il tarixdə barəsində tutma haqqında protokol tərtib edilməklə saxlanılmış 21 mart 2023-cü il tarixdə isə 48 saatdan sonra sərbəst buraxılmışdır, 22 mart 2023-cü il tarixdə isə yenidən saxlanılmış və barəsində tutma haqqında protokol tərtib edilmişdir. Gələcəkdə belə hallara yol verməyəcəyinə söz verir. Məhkəmə iclasında X9 şahid qismində ifadə verərək bildirmişdir ki, oğlu Sədaqət Xəlilova içki aludəçisidir. 19 mart 2023-cü il tarixdə axşam saatlarında yaşadıqları evdə Şəxsla aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Şəxs yaşadıqları evdə səsküy salaraq onu söyüb təhqir etmişdir. Bundan sonra o, Yevlax Rayon Polis Şöbəsinə bu barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə polis sahə rəisi, polis mayoru Nicat Nəsibovun çıxışını, şahid ifadəsini və Şəxs izahatını dinləyib, işdə olan sənədləri baxaraq belə hesab edir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, X2 Rayon Polis Şöbəsinə ünvanladığı 19 mart 2023-cü il tarixli ərizəsindən görünür ki, ünvan 2 ünvanında oğlu Şəxs sərxoş vəziyyətdə yaşadıqları evdə müşaqişə etdiyini bildirərək, bu barədə tədbir görülməsini xahiş etmişdir. İnzibati xəta haqqında 23 mart 2023-cü il tаrixli MN ******* nömrəli protokoldan isə görünür ki, Şəxs 19 mart 2023-cü il tarixdə saat 23 radələrində Yevlax şəhəri Q.Quliyev küçəsində anası X1 vəziyyətdə ictimai yerdə nəlayiq sözlərlə söyüb təhqir ediyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs 19 mart 2023-cü il tarixdə, axşam saatlarında anası Sədaqət Xəlilova ilə yaşadıqları evdə ailə-məişət münasibətləri zəminində mübahisə etmiş və bu zaman Şəxs anası Sədaqət Xəlilovaya qarşı nalayiq ifadələr işlətmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin inzibati xəta tərkibi yoxdur. Belə ki, həmin maddəyə əsasən, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 105.1-ci maddələrinin tələblərinə görə inzibati xəta tərkibi olmadıqda icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105.1 və 128.2.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkil X4 göstərdiyi 2 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X6 ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-179/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-179/2023
23.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver