Məhkəmə qərarları › İş №3(039)-18/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-18/2020

06.01.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-18/2020 06.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi ilə Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X3, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Yevlax rayonu, Rüstəmli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu, Rüstəmli kəndində qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 19:20-də Yevlax rayonu Rüstəmli kəndində küçədə yüksək səslə ucadan səs-küy salıb ictimai qaydanı pozaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X6 çıxış edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Yevlax RPŞ-nin Növbətçi hissəsindən Yevlax rayonu Rüstəmli kəndində Şəxs qonşusu ilə münaqişə etməsi barədə verilən məlumat əsasında polis nəfərləri saat 19:20 radələrində Rüstəmli kəndinə getmişlər. Polis əməkdaşları həmin ünvana çatanda Şəxs küçədə ucadan səs-küy saldığına və qonşusunu təhqir etdiyinə görə polis əməkdaşları ona yaxınlaşıb nizam intizamlı olmağa dəvət etmişlər, lakin Şəxs onların qanuni tələblərinə tabe olmamış, nəticədə Şəxs saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü tam təqsirli bildiyini qeyd edərək vermiş olduğu izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə sərxoş olduğundan polisin qanuni tələblərinə tabe olmamışdır. Barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri, polis serjantı X7 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Yevlax RPŞ-nin Növbətçi hissəsindən Yevlax rayonu Rüstəmli kəndində Şəxs qonşusu ilə münaqişə etməsi barədə verilən məlumat əsasında polis nəfəri Məmmədov Sərxan Mehman oğlu ilə saat 19:20 radələrində Rüstəmli kəndinə getmişlər. Həmin ünvana çatanda Şəxs küçədə ictimai yerdə səs küy saldığını və qonşusunu təhqir etdiyini görüb ona yaxınlaşıb intizamlı olmağa dəvət etmişlər. Buna baxmayaraq, Şəxs onların qanuni tələblərinə tabe olmamış, hərəkətlərinə davam etmiş və nəticədə onlar tərəfindən saxlanılaraq şöbəyə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin PPXBnin polis nəfəri, polis serjantı X4 şahid X5 izahatına uyğun izahat verdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 19:20-də Yevlax rayonu Rüstəmli kəndində küçədə yüksək səslə ucadan səs-küy salıb ictimai qaydanı pozaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Yevlax Rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri, polis serjantı X5 və Yevlax Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı X1 xx.xx.2020-ci il tarixli raportunda göstərilmişdir ki, xx.xx.2020-ci il tarixdə Yevlax RPŞ-nin Növbətçi hissəsindən Yevlax rayonu Rüstəmli kəndində Şəxs qonşusu ilə münaqişə etməsi barədə verilən məlumat əsasında polis nəfəri Məmmədov Sərxan Mehman oğlu ilə saat 19:20 radələrində Rüstəmli kəndinə getmişlər. Həmin ünvana çatanda Şəxs küçədə ictimai yerdə səs küy saldığını və qonşusunu təhqir etdiyini görüb ona yaxınlaşıb intizamlı olmağa dəvət etmişlər. Buna baxmayaraq, Şəxs onların qanuni tələblərinə tabe olmamış, hərəkətlərinə davam etmiş və nəticədə onlar tərəfindən saxlanılaraq şöbəyə gətirilmişdir; İş materiallarına əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Eyvazov X2 Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir; xx xxxxxx 2020-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 20:20-də tutulmuşdur; 14 №-li, xx xxxxxx 2020-ci il tarixli alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs xx xxxxxx 2020-ci il tarixdə orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahid izahatları eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM-32.1.1), məsuliyyəti ağırlaşdıran hal kimi - bir il ərzində təkrarən eyni xətanı törətməsini (İXM-nin 33.1.2), inzibati xətanın sərxoş şəxs tərəfindən törədilməsini (İXM-nin 33.1.7) nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 20:20-dən hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayətverilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar