Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-18/2021 07.01.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu, Məhkəmə iclasının katibi X1 İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı X4 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx xxxxxx 2021-ci il tarixdə gecə saat 00.45 radələrində Yevlax rayonu, Hacıselli kəndi ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X6 izah etdi ki, Yevlax RPŞ-nin PPXB-nün komandiri polis leytenantı Amin Əfəndizadə PPXB-nün manqa komandiri polis baş serjantı Şəhriyar Xəlilov və PPXB-nün sürücü polis nəfəri polis serjantı Mehman İbrahimovla birlikdə xx xxxxxx 2021-ci il tarixdə saat 00.45 radələrində Yevlax rayonu, Hacıselli kəni ərazisində xidmət aparan zaman, VAZ-2106 markalı, ** EG *** dövlət qeydiyyat nişanlı avtomobil dayandığını və avtomobilin yanında iki nəfər şəxsin ucadan nalayiq ifadələr işlədərək səs-küy salaraq ictimai qaydanı pozduğunu görmüşlər. Polis əməkdaşları həmin şəxslərə yaxınlaşıb onları nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxslər polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərin davam etdirmişlər. Bu səbəbdən həmin şəxslər polis şöbəsinə gətirilmişlər. Yevlax RPŞ-də həmin şəxslərin Mingəçevir şəhər sakinləri X3 və Şəxs Oqtay oğlu olmaları müəyyən edilmişdir. Bu barədə Yevlax RPŞ-nin PPXB-nün komandiri polis leytenantı Amin Əfəndizadə polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Tərəfindən araşdırma aparılmış və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi olduğundan bu barədə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailə üzvləri ilə birlikdə Mingəçevir şəhərində yaşayır. xx xxxxxx 2021-ci il tarixdə saat 00:45 radələrində tanışı Ramil Sadıqova məxsus avtomobillə qohumu hərbi xidmətdən gəldiyi üçün Yevlax rayonu, Hacıselli kəndinə getmişlər. Yevlax rayonu, Hacıselli kəndində dayanaraq Ramillə söhbət edərkən ucadan ünvansız nalayiq ifadələr işlətmişlər. Bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib, onlara küçədə nalayiq ifadələr işlətməklə ictimai asayişi pozduqlarını bildirmişlər. Daha sonra polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişlər. Lakin həmin vaxt polis şöbəsinə getmək istəmədiklərinə görə polis əməkdaşları ilə yersiz mübahisə edərək onlara qarşı kobudluq etmişlər. Hazırda polis əməkdaşlarından üzr istəmişdir və əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi peşmançılığını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin PPXB-nün komandiri polis leytenentı X5 izahatında bildirdi ki, xx xxxxxx 2021-ci il tarixdə təxmin saat 00.45 radələrində PPXB-nin manqa komandiri polis baş serjantı Şəhriyar Xəlilov və PPXB-nin sürücü polis nəfəri, polis serjantı Mehman İbrahimov ilə birlikdə Yevlax rayonu ərazisində xidmət aparan zaman, Yevlax rayonu Hacıselli kəndində VAZ-2106 markalı, ** EG *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını və avtomobilin yanında iki nəfər şəxsin ucadan nalayiq ifadələr işlədərək səs-küy salaraq ictimai qaydanı pozduğunu görmüşlər. Onlar dərhal həmin şəxslərə yaxınlaşıb onları nizam-intizama dəvət etsələr də, həmin şəxslə polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərin davam etdirdikləri üçün tərəflərindən polis şöbəsinə gətirilmişlər. Plis Şöbəsində həmin şəxslərin Mingəçevir şəhər sakinləri Şəxs Oqtay oğlu və X3 olmaları müəyyən edilmişdir. Bu barədə rayon polis şöbəsinin rəhbərliyini raportla müraciət etmişdir. Azərbaycan Respublıikası İXM-nin 535.1-ci maddəsində əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 01.30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Yevlax rayon polis şöbəsinin İTB-nin sahə polis rəisi polis baş leytenantı X4 və şahid Yevlax RPŞ-nin PPXB-nün komandiri polis leytenantı X2 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti, inzibati xətanın mahiyyəti və xarakteri nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əməlindən səmimi peşman olmasını, məsuliyyəti yüngülləşdirən halları və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 31.4, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx xxxxxx 1990-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Mingəçevir şəhəri, H.Əliyev prospekti, ev 84/1, mənzil 33-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-18/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-18/2021
07.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver