Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-181/2025 25.01.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, Yevlax rayon X11 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı X4, Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Yevlax rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonu Əcəmi kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsində daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixində qanunsuz olaraq narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax rayon X11 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı X6 çıxış edərək bildirmişdir ki, Şəxs 23 yanvar 2025-ci il tarixdə həmkəndlisi həmkəndlisi X12 ilə birlikdə Yevlax rayonu Əcəmi kəndində sonuncuya məxsus evin həyətində qanunsuz olaraq narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Yekunda Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixində Yevlax rayonu Əcəmi kəndində həmkəndlisi X3 ərazisindən tapdığı narkotik vasitəni X9 məxsus olan evin həyətyanı sahəsində birlikdə istifadə etmişdir. Hazırda əməlindən peşman olmasını, 2 yaşında bir qızının olmasını bildirərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. X1 çıxış edərək göstərmişdir ki, Şəxs etdiyi əməli səmimi olaraq etiraf etmiş, əməlindən peşman olduğunu bildirmiş, buna əsasən onun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş üzrə şahid kimi məhkəmə iclasında dindirilmiş X12 çıxış edərək bildirmişdir ki, Şəxs onunla birlikdə yaşadığı evin həyətyanı sahəsində xx.xx.2025-ci il tarixində saat 14:00 radələrində narkotik vasitə olan marixuanadan istifadə etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə qanunsuz olaraq narkotik vasitə olan marixuanadan istifadə etmişdir; Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəı barəsində xx.xx.2025-ci il tarixli 82 nömürəli protokolda göstərilmişdir ki, Şəxs narkotik vasitə olan marixuanadan istifadə etmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhəri Narkoloji Dispanserinin xx.xx.2025-ci il tarixli, 115 nömürəli rəyində, Şəxs Narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub, narkomoniya xəstəliyəndən əzab çəkmir, nakomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülməsi barədə qeyd yazılmışdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 99.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 20 6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs Cəmil oğlu tərəfindən törədilməsi protokolu tərtib etmiş şəxsin və barəsində inzibati icraat aparılan şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən və məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, himayəsində bir azyaşlı uşağının olmasını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Cəmil oğluna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Cəmil oğlu Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 25 yanvar 2025-ci il tarixdən saat 14:50-dən hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-181/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-181/2025
25.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver