Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1814/2025 13.01.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs rəhbəri X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X11 Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə MN seriyalı ******* nömrəli 16 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi vətəndaş X2 şikayəti əsasında AR ƏM-nin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən 3-17-5/2-84114/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub göndərilərək zəruri sənədlərin 7 iş günü ərzində təqdim edilməsi tələb edilsə də, poçtun izlənilməsinə baxış zamanı məktubun çatdırıldığı və tələb olunan sənədlərin xx.xx.2025-ci il tarixədək Şəxs tərəfindən təqdim edilmədiyi, xx.xx.2025-ci il tarixli 50 nömrəli məktubla isə təqdim edilən sənədlərin tam olmadığı müəyyən edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X11 Şöbəsinin nümayəndəsi Nümayəndə tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, Şəxs MMC tərəfindən icrası məcburi göstəriş xx.xx.2025-ci il tarixli məktubla cavablandırılsa da, tələb edilən sənədlər tam təqdim edilməmişdir. Hansı sənədlərin təqdim edilməməsi barədə X11 Şöbəsi məlumatlıdır. İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddədən də görünür ki, tələb edilən sənədlərin tam təqdim edilməməsi də məsuliyyətə səbəb olur. X2 şikayətindən və həmin müraciiətin cavablandırılmasından məlumatsızdır. Lakin zəruri sənədləri növbəti iclas təqdim edə bilər. Məhkəmə iclasında iştirak edən Şəxs rəhbəri X4 izahat verərək, 3-17-5/2- 84114/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubu ilə tələb edilən sənədlərin xx.xx.2025ci il tarixli məktubla təqdim edildiyini bildirmiş, göstərilən nəzərə alınaraq ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahat verərək bildirdi ki, Şəxs MMC-də mühasib işləyir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X11 Şöbəsinin icrası məcburi göstərişinin onun tərəfindən xx.xx.2025-ci il tarixli məktubla cavablandırıldığını bildirilmişdir. Protokolda icrası məcburi göstərişin tam cavablandırılmadığı qeyd edilsə də, zəruri olan və sadalanan bütün sənədlər təqdim edilmişdir. İcrası məcburi göstərişdə xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli yazılı əmək müqavilələrinin surəti, əmək müqaviləsinə xx.xx.2022-ci il və xx.xx.2024-cü il tarixdə xitam verilməsinə dair sənədlər, son haqq-hesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti, məzuniyyət hüququndan istifadə edilməsinə dair müvafiq sənədlər, iş vaxtının uçotu və əmək haqqınını hesablanması cədvəllərinin surəti, vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu istənilmişdir. O da qeyd edilən bütün sənədləri təqdim etmişdir. Sadəcə X11 Şöbəsi tərəfindən son haqq-hesabla bağlı bank hesabdan çıxarış da istənilmişdir. Bir tək çıxarışı müəssisədən və ondan asılı olmayan səbəblərdən təqdim edə bilməmişdir. Belə ki, bank hesabdan çıxarış bank sirrini təşkil etdiyi üçün əldə edə bilməmiş və təqdim edə bilməmişlər. Bu nüansı X11 Şöbəsinin səahiyyətli şəxslərinə də bildirmişlər. Lakin inzibati orqanın bunda onların təqsiri olmamasını nəzərə almamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 16 oktyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X2 şikayəti əsasında AR ƏM-nin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən 3-17-5/2-84114/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub göndərilərək sənədləri 7 iş günü ərzində təqdim edilməsi tələb edilsə də, poçtun izlənilməsinə baxış zamanı məktubun çatdırıldığı və tələb olunan sənədlərin xx.xx.2025-ci il tarixədək Şəxs tərəfindən təqdim edilmədiyi, xx.xx.2025-ci il tarixli 50 nömrəli məktubla isə təqdim edilən sənədlərin tam olmadığı müəyyən edilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X6 Xidmətinin X11 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 3-17-5/2- 84114/2025 nömrəli məktubundan görünür ki, vətəndaş X2 Şəxs əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə ünvanladığı müraciətinə baxıldığı üçün AR ƏM-nin 15.2-ci maddəsinin tələblərinə müvafiq olaraq tələb olunan sənədlərin (xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli yazılı əmək müqavilələrinin surəti, əmək müqaviləsinə xx.xx.2022-ci il və xx.xx.2024-cü il tarixdə xitam verilməsinə dair sənədlər, son haqq-hesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti, məzuniyyət hüququndan istifadə edilməsinə dair müvafiq sənədlər, iş vaxtının uçotu və əmək haqqınını hesablanması cədvəllərinin surəti, vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu) 7 (yeddi) iş günü ərzində X9 Xidmətinin X11 Şöbəsinə təqdim edilməsi xahiş olunmuşdur. “Poçt göndərişlərinin izlənilməsi” sistemindən görünür ki, SS928927050AZ kodlu məktub xx.xx.2025-ci il tarixdə saat 12:41-də Şəxsnə çatdırılmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara, tərəflərin izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Əvvəla məhkəmə qeyd edirki, İnzibati Xətalar Məcəlləsinin tələbindən də görünür ki, həmin Məcəllənin 539.3-cü maddəsində müəyyən edilmiş inzibati xəta o halda baş verir ki, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməsin, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməsin. Maddənin dispozisiyasından da göründüyü kimi, qanunverici konkret edilməli-edilməməli hərəkətləri birbaşa göstərməmiş, “tam, düzgün və ya vaxtında” kimi “qiymətləndirilən, qiymətləndirmə tələb edən anlayışlar”dan istifadə etmişdir. Hazır ki iş üzrə iş materiallarında olan sənədlərdən və proses iştirakçılarının izahatından görünür ki, vətəndaş X2 şikayəti ilə bağlı Şəxsnə icrası məcburi göstəriş verilmiş, həmin göstərişdə xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli yazılı əmək müqavilələrinin surəti, əmək müqaviləsinə xx.xx.2022-ci il və xx.xx.2024-cü il tarixdə xitam verilməsinə dair sənədlər, son haqq-hesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti, məzuniyyət hüququndan istifadə edilməsinə dair müvafiq sənədlər, iş vaxtının uçotu və əmək haqqınını hesablanması cədvəllərinin surəti, vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu tələb edilmiş, Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixli məktubla cavablandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci mаddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Аzərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 99.4.2-ci mаddəsinə əsasən inzibati xəta haqqında protokolun tərtib edilməsi inzibаti xətа hаqqındа iş üzrə icrааtın bаşlаnmаsı üçün əsаsdır. Аzərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 100-cü mаddəsində isə inzibаti xətа hаqqındа prоtоkоlа аid tələblər, bu protokolda göstərilməli оlаn hаllаr öz əksini tаpmışdır. Belə ki, İnzibаti Xətаlаr Məcəlləsinin 100.5-ci mаddəsinə əsаsən nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir:..100.5.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti… İş mаteriаllаrındаn isə görünür ki, hаzırki 16 oktyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibаti xətа hаqqındа prоtоkоldа icrası məcburi göstərişin tam cavablandırılmadığı qeyd edilsə də,he bir araşdırma aparılmamış, protokolda hansı sənədlərin təqdim edilmədiyi və həmin sənədin tam cavablandırılmamasında məhz Şəxs MMC-nin təqsirli olması, icrası məcburi göstərişin 7 iş günü ərzində tam cavablandırılmamasının əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqan tərəfindən vətəndaş müraciətinə baxılmasına maneçilik törədilməsinə səbəb olması kifayət qədər əsaslandırılmamış, maneçilik törətmənin nədə ifаdə оlunmаsı öz əksini tаpmаmışdır. Məhkəmə qeyd edir ki, inzibаti xətа hаqqındа prоtоkоl inzibаti xətа hаqqındа iş üzrə icrааtın bаşlаnmаsını təsdiq edən prоsessuаl sənəddir və оrаdа şəxsə istinаd оlunаn inzibаti xətаnın mаhiyyətinin göstərilməsi, yəni əməlinin İnzibati Xətalar Məcəlləsi ilə hüquqi tövsifinin qeyd edilməsi şəxsin оnа verilmiş inzibаti ittihаm üzrə öz müdаfiəsini hаzırlаmаqdа və həyаtа keçirməkdə, yəni ədаlətli аrаşdırmаnın təmin edilməsində əsаslı rоl оynıyır. Engel və Niderlаndа qаrşı məhkəmə işində İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi inzibаti xətаnın İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvensiyаnın (Аvrоpа Kоnvensiyаsı) 6-cı mаddəsi (ədаlətli məhkəmə аrаşdırmаsı hüququ) və 7-ci mаddəsi (qаnunsuz cəzаlаndırılmаmаq hüququ) üzrə cinаyət ittihаmınа bərаbər sаyılmаsı üçün 3 meyаr (Engel meyаrlаrı) müəyyən etmişdir ki, bunlаr 1) əməlin dаxili qаnunvericilikdə təsnifаtı; 2) əməlin xаrаkteri və 3) mümkün və tətbiq edilən cəzаnın аğırlığıdır və bu kоnteksdə hər bir meyаrın аyrı- аyrılıqdа mövcudluğu inzibаti xətаnı cinаyət ittihаmınа bərаbər edir. Fətəliyev Mübаriz Bəlаkir оğlunа istinаd оlunаn İnzibаti Xətаlаr Məcəlləsinin 535.1-ci mаddəsində nəzərdə tutulmuş inzibаti xətаnın həm xаrаkter, həm də mümkün cəzаnın аğırlığı meyаrlаrı üzrə cinаyət ittihаmınа bərаbər tutulmаsı xüsusundа cinаyət ittihаmınа аid Аvrоpа Kоnvensiyаsının 6-cı mаddəsində və CPM-də qeyd edilən tələblər və şərtlər, о cümlədən hüquqi tövsifin dəqiq müəyyən edilməsi və bu xüsusdа şəxsin müdаfiə hüququnun təmin edilməsi inzibаti xətа hаqqındа hаzırki işə tətbiq edilməlidir. Аzərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir inzibаti xətа, habelə onun törədilməsinə görə məsuliyyət qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət, о cümlədən inzibаti xətаnın hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır. Hüquq normalarının dəqiq, aydın və birmənalı müəyyən olması, hüquqtənzimetmə sistemində onların bir-birinə uyğunluğu tələbi konstitusion prinsiplərdən irəli gəlir. Əks təqdirdə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatını zəiflədən ziddiyyətli hüquqtətbiqetmə təcrübəsi yaranar. Bu səbəbdən ittihamın həcmini müəyyənləşdirən sübutların kor-koranə və məntiqi olaraq qiymətləndirilmədən hesablanması, habelə şəxsin təqsirliliyini təsdiq edən mötəbər, qərəzsiz və heç bir şübhə doğurmayan sübutlar toplanmadan tam, hərtərəfli və obyektiv ibtidai istintaq aparılmaması, cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, Аvrоpа Kоnvensiyаsının 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən hüquqlar mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il, “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). Аzərbаycаn Respublikаsı CPM-in 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)” təqsirləndirilən şəxsin hüququdur. Qeyd edilənlərə əsasən, məhkəməbu qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aybəniz Babayeva
Məhkəmə qərarları › İş №3(039)-1814/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1814/2025
13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver