Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-182/2022 10.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis leytenantı X9 Zərərçəkmiş şəxslər X6, X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında 10.02.2022-ci il tarixli, MN seriyalı ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 05.01.2022-ci il tarixdə Yevlax şəhəri, H.Əliyev prospekti dalan 1, bina 2, mənzil 3-də yaşayan vətəndaş X3 işlədiyi redaksiyaya məxsus binanın dam örtüyündən 8 ədəd pəncərəni oğurlamışdır. İnzibati xəta haqqında 10.02.2022-ci il tarixli, MN seriyalı ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 15.01.2022-ci il tarixdə Yevlax şəhəri, C.Mustafayev küçəsi, ev 48-də yaşayan vətəndaş X4 yaşadığı evin qarşısından kanalizasiya xəttinin 1 ədəd dəmir qapağını oğurlamışdır. İnzibati xəta haqqında 09.02.2022-ci il tarixli, MN seriyalı ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 25.01.2022-ci il tarixdə Yevlax şəhəri, H.Əliyev prospekti, ev 44, mənzil 5-də yaşayan vətəndaş X6 yaşadığı binanın dam örtüyündən 5 ədəd pəncərəni oğurlamışdır. İnzibati xəta haqqında 10.02.2022-ci il tarixli, MN seriyalı ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 07.02.2022-ci il tarixdə Yevlax şəhəri, H.Əliyev prospekti, ev 32, mənzil 10-da yaşayan vətəndaş X2 yaşadığı binanın dam örtüyündən 5 ədəd pəncərəni oğurlamışdır. Bununla bağlı Şəxs barəsində hər inzibati xətaya dair protokollar tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X20 oğlu izah etdi ki, Şəxs 05.01.2022-ci il tarixdə Yevlax şəhəri, H.Əliyev prospekti dalan 1, bina 2, mənzil 3-də yaşayan vətəndaş X3 işlədiyi redaksiyaya məxsus binanın dam örtüyündən 8 ədəd pəncərəni, 15.01.2022-ci il tarixdə Yevlax şəhəri, C.Mustafayev küçəsi, ev 48-də yaşayan vətəndaş X4 yaşadığı evin qarşısından kanalizasiya xəttinin 1 ədəd dəmir qapağını, 25.01.2022-ci il tarixdə Yevlax şəhəri, H.Əliyev prospekti, ev 44, mənzil 5də yaşayan vətəndaş X6 yaşadığı binanın dam örtüyündən 5 ədəd pəncərəni, 07.02.2022-ci il tarixdə Yevlax şəhəri, H.Əliyev prospekti, ev 32, mənzil 10-da yaşayan vətəndaş X2 yaşadığı binanın dam örtüyündən 5 ədəd pəncərəni oğurlamışdır. Vətəndaşların müraciətləri əsasında bu barədə Yevlax RPŞ-nin TB-də araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığından materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə Şəxs barəsində hər bir inzibati xətaya görə, ayrı-ayrılıqda inzibati protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izah etdi ki, heç bir yerdə işləmir. 2022-ci ilin yanvar və fevral ayları ərzində müxtəlif yaşayış binalarının dam örtüyündən pəncərələri, həmçinin kanalizasiya xəttinin 1 ədəd dəmir qapağını oğurlamışdır. Oğurluq edən zaman tək olmuşdur və maddi imkanı olmadığı üçün oğurluq etmişdir. Maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəyə bilmir. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X14 izahatında bildirdi ki, ailəsi ilə birlikdə Yevlax şəhəri, H.Əliyev prospekti, ev 44, mənzil 5-də yaşayır. 2022-ci ilin yanvar ayında yaşadığı binanın dam örtüyündən 5 ədəd pəncərə oğurlanmışdır. Bu barədə qanuni tədbir görülməsi üçün 25.01.2021-ci il tarixdə DİN-nin 102 xidmətinə və Yevlax rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Ümumilikdə ona 75 manat ziyan vurulmuşdur. Ona dəymiş olan ziyan Şəxs tərəfindən ödənilməmişdir və hazırda ondan şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X12 izahatında bildirdi ki, ailəsi ilə birlikdə Yevlax şəhəri, H.Əliyev prospekti dalan 1, bina 2, mənzil 3-də yaşayır. 2022-ci ilin yanvar ayında bayram günləri ərzində işlədiyi redaksiyaya məxsus binanın dam örtüyündən 8 ədəd pəncərə oğurlanmışdır. Bu barədə qanuni tədbir görülməsi üçün 05.01.2022-ci il tarixdə DİN-nin 102 xidmətinə və Yevlax rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Ümumilikdə ona 80 manat ziyan vurulmuşdur. Ona dəymiş olan ziyan Şəxs tərəfindən ödənilməmişdir və hazırda ondan şikayətçidir. Məhkəmə iclası zamanı Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X15 həmçinin qeyd etmişdir ki, 10.02.2022-ci il tarixdə məhkəmə iclasına gəlməyən zərərçəkmiş şəxslər X13 və X10 ilə əlaqə saxlanılmış, zərərçəkmiş şəxslər bildirmişlər ki, Şəxs tərəfindən onlara dəymiş olan ziyan ödənilməmişdir və hazırda ondan şikayətçi olduqlarını nəzərə alaraq ona qanuna müvafiq cəza təyin edilməsini xahiş etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işi başlanmasının rədd edilməsi haqqında Yevlax RPŞ-nin Təhqiqat Bölməsinin 15.01.2022-ci il, 28.01.2022-ci il, 03.02.2022-ci il və 09.02.2022-ci il tarixli qərarlardan məlum olur ki, törədilmiş əməllərdə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. 09 fevral 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 09 fevral 2022-ci il tarixdə saat 17.00-da inzibati qaydada tutulmuşdur. "xxxx" ASC-nin 09.02.2022-ci il tarixli arayışına əsasən, işlənmiş vəziyyətdə olan 1 ədəd 50×40 sm ölçüdə plastik pəncərənin bu günkü bazar qiyməti 15 manat təşkil edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X6, X3 və Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X20 oğlunun izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 227-ci maddəsinin tələbinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir necə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı müxtəlif vaxtlarda törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, oğurluğun cəmiyyətdə mənfi qarşılanmasını, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəməməsini, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmaları, inzibati xətanı müxtəlif vaxtlarda törətməsini, törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmaması və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, onun barəsində ayrı-ayrılıqda inzibati tənbeh tətbiq edilməli həmin inzibati tənbeh tədbirləri toplanaraq üzərində qəti olaraq tənbeh tədbiri saxlanılmalıdır. Odur ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: xx.xx.1978-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri H.Əliyev prospekti, ev 14, mənzil 24 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) ay müddətində inzibati həbs edilsin. Həbs etmənin əvvəli 09 fevral 2022-ci il tarixdən saat 17.00-dan hesablansın. Qərarın icrası Yevlax rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti Şəxs təqdim edilsin. Şəxs 80 (səksən) manat məbləğində ziyan alınıb zərərçəkmiş şəxs X7 ödənilsin. Şəxs 75 (yetmiş beş) manat məbləğində ziyan alınıb zərərçəkmiş şəxs X11 ödənilsin. Şəxs 120 (bir yüz iyirmi) manat məbləğində ziyan alınıb zərərçəkmiş şəxs X8 ödənilsin. Şəxs 75 (yetmiş beş) manat məbləğində ziyan alınıb zərərçəkmiş şəxs X5 ödənilsin. Qərarın zərərin ödənilməsi hissəsində icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-182/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-182/2022
10.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver