Məhkəmə qərarları › İş №3(039)-182/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-182/2023

29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-182/2023 29.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis mayoru X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X6 xx.xx.2023-cü il tarixdə qardaşı Şəxs yaşadıqları evdə narkotik maddə qəbul qəbul etdiyi barədə şikayət etmişdir. Şikayət əsasında araşdırma aparılmış və Şəxs narkotik sərxoşluöu müəyyən olmuşdur. Bununla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax rayon Polis X1 Bölməsinin polis sahə rəisi X4 çıxış edərək bildirmişdir ki, X7 xx.xx.2023-cü il tarixdə qardaşı Şəxs yaşadıqları evdə narkotik maddə qəbul qəbul etdiyi barədə şikayət etmişdir. Araşdırma zamanı Şəxs narkotik vasitələrdən istifadə etməsi müəyyən olunduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, ara-bir nakotik vasitə olan “kokos”-dan və “patı”-dan istifadə edir. Sonuncu dəfə də narkotik vasitə qəbul etdikdən sonra yaşadıqları evdə qardaşı Elşən ilə mübahisəsi olmuşdur və nəticədə qardaşı ondan şikayət etmişdir. Əlilliyinin olmadığını və hazırda əməlindən peşman olmasını bildirərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X6 xx.xx.2023-cü il tarixdə qardaşı Şəxs yaşadıqları evdə narkotik maddə qəbul qəbul etdiyi barədə şikayət etmişdir; xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X3 ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilmişdir və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin şöbənin İTB-nə göndərilməsi qərara qlınmışdır; xx.xx.2023-cü il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:00-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 99.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi protokolu tərtib etmiş şəxsin və barəsində inzibati icraat aparılan şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən və məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində həns növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 28 mart 2023-cü il tarixdən saat 15:37-dən hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar