Məhkəmə qərarları › İş №3(039)-183/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-183/2022

11.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-183/2022 11.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Yevlax Rayon Polis Şöbəsində Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan 11.02.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 10.02.2022-ci il tarixdə saat 21.40 rdaələrində Yevlax şəhəri, Nizami prospektində ucadan səs küy salmış, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X5 izah etdi ki, Yevlax şəhəri, Nizami prospekti ev 13-də yaşayan vətəndaş X1 ərizəsinə və 10.02.2022-ci il tarixdə saat 21.40 radələrində DİN-nin “102” xidməti zəng mərkəzinə etdiyi müraciətinə əsasən məsələnin araşdırılması ilə əlaqədar olaraq, həmin ünvana getmiş, həmin vaxt Yevlax şəhəri, Nizami prospektində küçədə yaşayış binasının qarşısında Şəxs ucadan səs küy saldığını görmüş, ona yaxınlaşaraq həmin şəxsi nizam intizama dəvət etmiş, barəsində polis şöbəsinə şikayət edildiyini bildirmiş və onu şöbəyə dəvət etmişdir. Lakin vətəndaş onun qanuni tələbinə qəsdən məhəl qoymayaraq, öz hərəkətlərini davam etdirmiş, şöbəyə getməkdən imtina etmişdir. Həmin vətəndaş tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi olduğundan bu barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, X3 onun əmisiqızıdır. Barəsində polis şöbəsinə daxil olmuş şikayət barədə məlumatı vardır. O, şöbəyə dəvət edilmiş və izahatı alınmış və izahatında göstərmişdir ki, X2 bir daha narahat etməyəcək. 10.02.2022-ci il tarixdə saat 21.40 radələrində əmisiqızının yaşadığı küçədə olmuş, binanın qarşısında dayanmışdır. Həmin vaxt əmisiqızı Mətanət “102” xidmətinə zəng etmiş və onun barəsində şikayət edərək həmin yerə polis çağırmışdır. Törətdiyi əməldən səmimi olaraq peşmandır və söz verir ki, bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmədən əməlindən səmimi peşmançılığını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, Şəxs onun əmisioğludur. O, tez-tez onun yaşadığı evə gələrək, qapını döyür, onu narahat edir. Əmisioğlunun evinə gəlməsini, onu narahat etməsini istəmir. Buna görə də, Şəxs barəsində qanuni tədbir görülməsi üçün ərizə ilə Yevlax rayon polis şöbəsinə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş 10.02.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 10.02.2022-ci il tarixdə saat 21.45-də inzibati qaydada tutulmuşdur. Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X4, şahid X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublıikası İXM-nin 535.1-ci maddəsində əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib əməlindən peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, ictimai təhlükəlilik dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əməlindən səmimi peşmançılığını, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən, ağırlaşdıran halları və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx.xx.1987-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar