Məhkəmə qərarları › İş №3(039)-184/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-184/2021

02.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-184/2021 02.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4 Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Yevlax rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(051)-373/2017 saylı qətnaməsinə əsasən borclu Şəxs xx xxxx 2012-ci il təvəllüdlü Muxtar adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 117 manat aliment hər ay tutulub, X2 verilməlidir və hazırda 3227 manat məbləğində aliment borcu yaranmışdır. Şəxs borcu ödəməkdən qərəzli olaraq imtina etmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X5 tərəfindən Şəxs barəsində xx xxxx 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X6 məhkəmə iclasında protokolda göstərilənləri müdafiə edərək izah etdi ki, Mingəçevir Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(051)-373/2017 saylı qətnaməsi Yevlax rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və qanunla müəyyən olunmuş qaydada icraya yönəldilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs barəsində aparılmış icra tədbirlərinə baxmayaraq tələbkarın xeyrinə heç bir ödəniş etməmiş və hazırda 3227 manat məbləğində aliment borcu yaranmışdır. Borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar olaraq dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. Qeyd olunan borcun ödənilməsi üçün Şəxs şöbəyə dəvət edilərək borcunun ödənilməsi tələb edilmiş və o, xx xxxx 2021-ci il tarixdə şöbəyə verdiyi izahatında imkanının olmadığını bildirərək tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. Ona görə də borclu Bəxtiyar İsmayılov barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izah etdi ki, icra sənədi üzrə bildirişi almış, hazırda icra sənədi üzrə tələbkar Nuranə Məddiyevaya 3227 manat məbləğində aliment borcu yaranmışdır. Maddi imkanı olmadığına görə icra sənədi üzrə aliment borcunu tələbkar Nuranə Məddiyevaya ödəyə bilməmişdir. İnzibati işə baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barədə tələbkar X3 xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlmədiyinə görə məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanlarının qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətanın törədilməsinə səbəb olur. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xəta Yevlax rayon İcra və Probasiya Şöbəsi tərəfindən düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, protokol üzrə aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs əməlinin Azərbaycan Respublikasının İXM-nin digər maddəsinə (maddələrinə) tövsif edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi üçün əsaslar görmür. Məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanskiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 31.4, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: xx.xx.1987-ci ildə Mingəçevir şəhərində rayonunda anadan olmuş, Yevlax rayonu Havarlı kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş Şəxs 10 (on gün) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxx 2021-ci il tarixdən saat 17:20-dən hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar