Məhkəmə qərarları › İş №3(039)-184/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-184/2022

11.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-184/2022 11.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Rzayev Arzu Ağazeynal oğlunun katibliyi Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 X1, eyni zamanda X6 etibarnamə üzrə nümayəndəsi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə 04.02.1996-cı il tarixdə Ukrayna Respublikasının Donetsk vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Yevlax rayonu, Nemətabad kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Yevlax rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ : Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində 11.02.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-803/2020 saylı, 07.08.2020-ci il tarixli icra vərəqəsini təmin etməmişdir. Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 məhkəmə iclasında protokolda göstərilənləri müdafiə edərək izah etdi ki, Yevlax Rayon Məhkəməsinin 2(039)- 803/2020 saylı, 07.08.2020-ci il tarixli icra sənədi Yevlax rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və qanunla müəyyən olunmuş qaydada icraya yönəldilmişdir. İcra vərəqəsinin icrası ilə əlaqədar olaraq, borclu Şəxs Yevlax rayon İcra və Probasiya Şöbəsinə rəsmi qaydada çağırılmış və 08.07.2015-ci il təvəllüdlü X4 və 11.07.2016-cı il təvəllüdlü X3 tələbkarlar ilə görüşdürməsi ondan tələb olunmuşdur. Lakin Şəxs uşaqlarını tələbkarlar ilə görüşdürməkdən imtina etmişdir. Şəxs qızına qanunvericiliyin tələbləri izah edilməsinə baxmayaraq icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzrsüz səbəbdən icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izah etdi ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-803/2020 saylı, 07.08.2020-ci il tarixli icra sənədini icra etməkdən imtina etmir, qərəzli yayınmır. Məhkəmənin qərarını uzun müddətdir ki, icra etmiş, azyaşlı uşaqlarının tələbkarlar ilə görüşmələrinə mane olmamışdır. Lakin məhkəmənin digər icra sənədinə əsasən uşaqlarının atası X6 aliment borcu yaranmışdır. Aliment borcunun müəyyən hissəsi borclu tərəfindən ödənildikdən sonra uşaqları ilə görüşməsi üçün şərait yaratmışdır. Bundan sonra da uşaqların tələbkarlar ilə görüşmələri üçün şərait yaradacaqdır. Cəmi bir dəfə üzürlü səbəbdən uşaqların tələbkarlar ilə görüşmələri üçün şərait yaratmamışdır. Məhkəmədən əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X8 izahat verərək bildirdi ki, borclu Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-803/2020 saylı, 07.08.2020-ci il tarixli icra sənədini icra etmir. Belə ki, borclu 2015-ci il təvəllüdlü Pərişan və 2016-cı il təvəllüdlü Pərvin adlı uşaqlarını atası, babası, nənəsi və əmiləri ilə görüşmələrinə şərait yaratmır. O, məhkəmə qərarını Şəxs tərəfindən icra etməsini tələb edir. Hazırda ondan şikayətçidir. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsinin xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanlarının qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətanın törədilməsinə səbəb olur. İş materiallarından məlum olur ki, Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)- 803/2020 saylı, 07.08.2020-ci il tarixli icra sənədini icra etməkdən imtina etmir, qərəzli yayınmır. Borclu Şəxs icra sənədinin onun tərəfindən icra etməməsinin üzürlü səbəblərini izahatında göstərmişdir. Odur ki, məhkəmə Şəxs tərəfindən Yevlax Rayon Məhkəməsinin 2(039)-803/2020 saylı, 07.08.2020-ci il tarixli icra vərəqəsini təmin edilməməsini qərəzli olaraq qəsdən boyun qaçırması faktı kimi qiymətləndirmir. Məhkəmə Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan tərkib yoxdur. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, protokol üzrə aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi üçün əsaslar var. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında tərtib olunmuş protokolda və ona əlavə edilmiş sənədlərdə İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 53, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar