Məhkəmə qərarları › İş №3(039)-184/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-184/2023

29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-184/2023 29.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax rayon X3 X5 inspektoru, polis baş baş serjantı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Yevlax rayonu Qoyunbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonu Qoyunbinəsi kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş 29 mart 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 13:45-də Yevlax şəhəri H.Əliyev prospektində idarə etdiyi “VAZ 21043” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax rayon X3 X5 inspektoru , polis baş serjantı X2 məhkəmə iclasında çıxış edərək protokola uyğun izahat verib, əlavə olaraq qeyd etmişdir ki, 29.0.2023-cü il tarixdə saat 13:45-də Yevlax şəhəri H.Əliyev prospektində “Vaz 21043 Minik” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışdır. Avtomobilin sənədlərinin yoxlanılması zamanı sürücü ilə söhbət əsnasında onun narkotik maddələrinin təsiri altından olmasına kifayət qədər şübhə olduğu üçün sürücüyə tibbi müayinədən keçməyi təklif etmişdir. Tibbi müayinədən keçdikdən sonra sürücünün narkotik maddə qəbul etdiyi müəyyən olunmuşdur.Bununla da barəsində inzibati icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi aşkar edilərək sonuncu barəsində inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib vermiş olduğu izahatında bildirmişdir ki, keçmiş hərbiçi olduğunu,narkotik vasitəni qabaqlar istifadə etdiyini,indi istifafə etmədiyini,hal-hazırda narkotik vasitədən əziyyət çəkmədiyini, bildirmişdir.Ailəlidir 3 övladı var. Əməlindən səmimi peşmançılığını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 29 mart 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 13:45-də Yevlax şəhəri H.Əliyev prospektində idarə etdiyi “VAZ 21043” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sərxoşluğun müayinəsinə dair xx.xx.2023-cü il tarixli, 586 №li protokoldan görünür ki, Şəxs narkotik sərxoşluğu əlaməti müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM-32.1.1), məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinib 500 (beş yüz ) manat manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar