Məhkəmə qərarları › İş №3(039)-185/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-185/2021

02.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-185/2021 02.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X10 Yevlax Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X6, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 və X8 iştirakları ilə Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Yevlax rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-2663/2019 saylı qətnaməsinə əsasən borclu Şəxs 2250 manat borc tutularaq X1 xeyrinə ödənilməlidir, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-659/2020 saylı qətnaməsinə əsasən borclu Şəxs 3000 (üç min) manat məbləğində pul X3nun xeyrinə tutulmalıdır. Şəxs borcu ödəməkdən qərəzli olaraq imtina etmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Yevlax Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X11 və icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X9 tərəfindən Şəxs barəsində xx xxxx 2021-ci il tarixdə inzibati xəta haqqında ayrı-ayrılıqda inzibati protokollar tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Kənan Süleymanov məhkəmə iclasında protokolda göstərilənləri müdafiə edərək izah etdi ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-2663/2019 saylı qətnaməsi Yevlax rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və qanunla müəyyən olunmuş qaydada icraya yönəldilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs barəsində aparılmış icra tədbirlərinə baxmayaraq tələbkarın xeyrinə sadəcə 150 manat məbləğində ödəniş etmişdir. Borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar olaraq dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. Qeyd olunan borcun ödənilməsi üçün Şəxs şöbəyə dəvət edilərək borcunun ödənilməsi tələb edilmiş və o, xx xxxx 2021-ci il tarixdə şöbəyə verdiyi izahatında imkanının olmadığını bildirərək tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. Ona görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu Qorxmaz Əsgərov məhkəmə iclasında protokolda göstərilənləri müdafiə edərək izah etdi ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-659/2020 saylı qətnaməsi Yevlax rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və qanunla müəyyən olunmuş qaydada icraya yönəldilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs barəsində aparılmış icra tədbirlərinə baxmayaraq tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. Borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar olaraq dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. Qeyd olunan 3000 manat məbləğində borcun ödənilməsi üçün Şəxs şöbəyə dəvət edilərək borcunun ödənilməsi tələb edilmiş və o, xx xxxx 2021-ci il tarixdə şöbəyə verdiyi izahatında imkanının olmadığını bildirərək tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. Ona görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izah etdi ki, icra sənədi üzrə bildirişi almış, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-2663/2019 saylı qətnaməsinə əsasən məndən 2250 manat borc tutularaq X1 xeyrinə ödənilməlidir, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-659/2020 saylı qətnaməsinə əsasən məndən 3000 (üç min) manat məbləğində pul X3nun xeyrinə tutulmalıdır. Heç bir yerdə işləmir, maddi vəziyyəti ağırdır. Odur ki, borcunu ödəyə bilmir. X2 məhkəmə iclasında izah etdi ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-2663/2019 saylı qətnaməsinə əsasən borclu Şəxs 2250 manat borc tutularaq onun xeyrinə ödənilməlidir. Bügünə kimi borclu sadəcə 150 manat məbləğində ödəniş etmişdir. Borclu həmin borcdan ödənişlər edəcəyini dəfələrlə vəd etsədə lakin onun xeyrinə heç bir ödəniş etməmişdir. X3 məhkəmə iclasında izah etdi ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-659/2020 saylı qətnaməsinə əsasən borclu Şəxs 3000 (üç min) manat məbləğində pul onun xeyrinə tutulmalıdır. Borclu həmin borcdan ödənişlər edəcəyini dəfələrlə vəd etsədə lakin onun xeyrinə heç bir ödəniş etməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanlarının qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətanın törədilməsinə səbəb olur. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xəta Yevlax rayon İcra və Probasiya Şöbəsi tərəfindən düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Yevlax Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X6, icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və X1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Azərbaycan Respublıikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir necə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyətinə aitdirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü madəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizli) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyətindədirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, protokol üzrə aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs əməlinin Azərbaycan Respublikasının İXM-nin digər maddəsinə (maddələrinə) tövsif edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi üçün əsaslar görmür. Məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanskiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 31.4, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: xx.xx.1991-ci ildə ünvan 1 saylı ünvanda qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş Şəxs 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxx 2021-ci il tarixdən saat 17:30-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar