Məhkəmə qərarları › İş №3(039)-185/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-185/2022

14.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-185/2022 14.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X3 Bölməsinin polis sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri Bakı küçəsi ev 63-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 12 fevral 2022-ci il tarixdə saat 17:30 radələrində Yevlax şəhərində yerləşən “Gül” şadlıq sarayında ucadan səs-küy salaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş polis sahə rəisi, polis leytenantı Xudabaxış Rüstəmbəyli izah etdi ki, 12 fevral 2022-ci il tarixdə saat 17:30 radələrində Yevlax Rayon Polis Şöbəsinin PPXB-nun polis nəfəri, polis baş serjantı Sənan Məmmədov və polis siravisi Rövşən Səmədovla birlikdə Yevlax şəhəri H.Əliyev prospektində yerləşən “Gül” şadlıq sarayında xidmət apararkən bir nəfər şəxs ucadan ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozuğunu görmüşlər. Həmin şəxsə yaxınlaşaraq onu nizam-intizama dəvət etmələrinə baxmayaraq o, öz qanunsuz hərəkətlərini davam etdirdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Yevlax Rayon Polis Şöbəsinin inzibati binasında saat 21:30 radələrində ucadan nalayiq ifadələr işlədərək növbətçi hissənin iş rejimi pozmuş, həmçinin dəhlizdə olan şəkilin şüşəsini sındırmışdır. Bundan sonra Yevlax Rayon Polis Şöbəsinin məsul növbətçisi, polis kapitanı Xəyal Səlimli raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 12 fevral 2022-ci il tarixdə saat 17:30 radələrində Yevlax şəhərində yerləşən “Gül” şadlıq sarayında keçirilən toy mərasimində iştirak etmişdir. Toy mərasimində spirtli içki qəbul etdikdən sonra nalayiq ifadələr işlətmiş və səs-küy salmışdır. Polis əməkdaşları onu məcburi qaydada Yevlax Rayon Polis Şöbəsinə gətirmişlər. Hazırda səhvini başa düşür, himayəsində 3 azyaşlı uşaqları var, əməlindən peşmandır. 12 fevral 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 12 fevral 2022-ci il tarixdə saat 18:30-dan inzibati qaydada tutulmuşdur. 31 №-li, 12 fevral 2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktdan görünür ki, Şəxs oğlunda 12 fevral 2022-ci il tarixdə yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun əməlini səmimi etiraf edib, əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun inzibati xətanı sərxoş vəziyyətdə törətməsini ağırlaşdıran hal kimi nəzərə alınır. Beləliklə, Şəxs istinad edilən inzibati xətanı törətməsi təqsiri özünün etirafı, şahid ifadəsi və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati Xətalar Məcəlləsi: Maddə. 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Maddə. 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngüləşdirən halı nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla həmin məcəllənin 535.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar