Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-186/2022 15.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax Rayon Polis X8 Polis Bölməsinin X4, polis baş leytenantı X2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1995-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax rayonu Yenicə kəndində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-2107” markalı, ** OF *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən 14 fevral 2022-ci il tarixdə saat 14:40 radələrində Yevlax-Xaldan- Mingəçevir avtomobil yolunun Xaldan kəndi ərazisindən keçən hissəsində əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydasını pozaraq yol-nəqliyyat hadisəsi törədərək “Mercedes Benz” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X4, polis baş leytenantı X3 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və Şəxs barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək bildirmişdir ki, 14 fevral 2022-ci il tarixdə saat 14 radələrində sürücülük hüququ olmadan idarə etdiyi özünə məxsus “VAZ-2107” markalı, ** OF *** dövlət qeydiyyat nişanlı avtomaşınla Yevlax-Xaldan-Mingəçevir avtomobil yolunun Xaldan kəndi istiqamətində hərəkətdə olarkən qarşıda hərəkətdə olan “Mercedes Benz” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomaşını ötmə əməliyyatı zamanı həmin avtomaşının sol arxa hissəsindən vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisə zamanı xəsarət alan olmamışdır. Məhkəmə iclası zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, 14 fevral 2022-ci il tarixdə saat 14 radələrində idarə etdiyi “Mercedes Benz” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomaşınla Yevlax rayonu Xaldan kəndi istiqamətində hərəkətdə olarkən həmin vaxt arxada hərəkətdə olan “VAZ-2107” markalı, ** OF *** dövlət qeydiyyat nişanlı avtomobil ötmə əməliyyatı zamanı əks istiqamətli hərəkət zolağına çıxaraq onun idarə etdiyi avtomaşının sol arxa hissəsindən vuraraq ona maddi ziyan vurmuşdur. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, zərər çəkmiş şəxsin ifadəsi və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati Xətalar Məcəlləsi. Maddə. 332.4 Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, vurulmuş ziyanı ödəməməsini, əmlak vəziyyətini nəzərə alıb onun barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini kifayət saymayaraq inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respukblikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunsun. Həbs etmənin əvvəli 15 fevral 2022-ci il tarixdən saat 13:00-dan hesablansın. Şəxs Yevlax şəhər Vəkil Bürosunun Vəkil göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-186/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-186/2022
15.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver