Məhkəmə qərarları › İş №3(039)-187/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-187/2022

15.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-187/2022 15.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X9 Yevlax Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X4 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs X5 iştirakı ilə xx.xx.1966-cı il tarixdə Yevlax rayonu, Malbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Yevlax rayonu, Malbinəsi kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş 15 fevral 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 14 fevral 2022-ci il tarixdə saat 12.10 radələrində Şəki rayonu Qoxmuq kənd sakini X7 döymüşdür. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X8 çıxış edərək bildirmişdir ki, Şəki rayonu Qoxmuq kəndində yaşayan X3 rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, 14.02.2022-ci il tarixdə həyat yoldaşı X15 ilə aralarında olan münaqişəyə görə polis şöbəsinə dəvət olunan zaman qayınatası Şəxs onu döydüyünü bildirərək, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Aparılmış tədqiqat araşdırması zamanı müəyyən edilmişdir ki, 14.02.2022-ci il tarixdə saat 12.10 radələrində Yevlax RPŞ-nin TB-də araşdırılan 06.02.2022-ci il tarixli, HK-1/312 nömrəli materialın icrası ilə əlaqədar münaqişə etmiş tərəflər X10 və Şəxs ilə Yevlax RPŞ-nin inzibati binasında xidməti iş otağında profilaktiki söhbət aparılarkən Şəxs X1 nahiyəsindən bir dəfə yumruqla vuraraq fiziki ağrı yetirmiş və onu döymüşdür. Müraciət əsasında toplanmış materialda Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Yevlax RPŞ-nin TB-nin cinayət işi başlanmasının rədd edilməsi barədə 15.02.2022-ci il tarixli qərarın surəti Yevlax RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, X10 onun kürəkənidir. Aralarında olan münaqişə ilə əlaqədar olaraq 14.02.2022-ci il tarixdə X5 Yevlax RPŞ-yə etdiyi müraciətlə əlaqədar Yevlax RPŞ-nin rəis müavini öz xidməti otağında aramızda profilaktiki söhbət apararkən Arzuman İsmayılov onun ünvanına nalayiq ifadələr işlətdiyindən, onun bu cür hərəkətinə dözə bilməmiş və kürəkənini əli ilə itələmişdir. X17 vurmamışdır. Törətdiyi əməldən səmimi peşmandır. X2 ilə barışmışdır. Məhkəmədən əməlindən səmimi peşmançılığını və X10 ilə barışdığını nəzərə alaraq, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 izah etdi ki, Şəxs onun qayınatasıdır. X15 ilə 2021-ci ildə ailə həyatı qurmuş, əvvəllər münasibətləri yaxşı olmuşdur. Son zamanlar aralarında baş vermiş münaqişələrə görə ailə münasibətləri pisləşmiş, bu səbəbdən həyat yoldaşının atası ilə aralarında mübahisələri olmuşdur. 14.02.2022-ci il tarixdə saat 12.10 radələrində polis şöbəsinə etdiyi müraciəti ilə əlaqədar olaraq Yevlax RPŞ-nin inzibati binasında rəis müavinin xidməti otağında olarkən Şəxs onun sifət nahiyəsindən bir dəfə yumruqla vurub ona xəsarət yetirmişdir. Hazırda Şəxs ilə barışmışdır. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan 15.02.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 14 fevral 2022-ci il tarixdə saat 12.10 radələrində Şəki rayonu Qoxmuq kənd sakini X7 döymüşdür. İş materiallarında olan Yevlax RPŞ-nin TB-nin 15.02.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Şəxs barəsində cinayət işinin başlanması, əməlində cinayət tərkibi olmadığından rədd edilmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax Rayon Polis X6 Bölməsinə göndərilmişdir. İş materiallarında olan MTE və PA Birliyinin Yevlax rayon şöbəsinin 14.02.2022-ci il tarixli 102 nömrəli ekspert rəyindən görünür ki, X5 aldığı xəsarətin əmələ gəlmə müddəti 14.02.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Məhkəmə iş materiallarını araşdıraraq, Yevlax Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X5 izahatlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə zərərçəkmiş şəxs X10 məhkəməyə ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını bildirmiş və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157-ci və 158-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda başlanmış icraata xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxsin barışması səbəbindən Şəxs barəsində başlanmış İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar