Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-188/2022 16.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs X3 və onun müdafiəçisi Vəkil, Mütəxəssis X1 iştirakları ilə, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, X5 04 fevral 2022-ci il tarixdə İran İslam Respublikasından İran İslam Respublikası vətəndaşı X5idarə etdiyi “Trailer” markalı, 44AA537/44AA538 qeydiyyat nişanlı yük avtomobilində Soleımanzadeh Ghorbanın adına idxal olunan və Yevlax Gömrük postunda 04 fevral 2022-ci il tarixli, **********8849 saylı gömrük bəyannaməsilə rəsmiləşdirilmiş “tikinti materialları” yükünə baxış keçirilmişdir. Baxış zamanı yük yerindən gömrük bəyannaməsində və müşayiət sənədlərində göstərilməyən 80 qutu üzərində “Manchester” nano black yazısı olan, aksız markası ilə markalanmayan siqaretlər aşkar olunmuşdur. Aşkar olunmuş siqaretlər protokol əsasında götürülmüşdür. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X9 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və X5 barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs X5 izahat verərək bildirmişdir ki, o, 15 ildir ki, yük avtomobili idarə edir. Özünə məxsus “Trailer” markalı, 44AA537/44AA538 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsilə Azərbaycan Respublikasına müxtəlif yüklər daşıyır. İran İslam Respublikasında olarkən şəxsi istifadəsi üçün üzərində “Manchester” nano black yazısı olan 80 qutu siqaret almış və siqaretləri idarə etdiyi nəqliyyat vasitəsinin yük yerinə qoymuşdur. 03 fevral 2022-ci il tarixdə Tehran şəhərindən idarə etdiyi yük nəqliyyat vasitəsinə “tikinti materialları” yükü yükləmiş və Azərbaycan Respublikasına gəlmək üçün yola düşmüşdür. 04 fevral 2022-ci il tarixdə Biləsuvar gömrük postundan keçməklə Azərbaycan Respublikasına gəlmişdir. 05 fevral 2022-ci il tarixdə Ağdaş rayonu ərazisində yükə baxış zamanı nəqliyyat vasitəsinin yük yerinə qoyduğu 80 qutu siqaret gömrük əməkdaşları tərəfindən aşkar edilmiş və həmin siqaretlər protokol əsasında götürülmüşdür. Həmin siqaretləri şəxsi istifadəsi üçün almışdır. Diqqətsizlik edərək, həmin siqaretlər nəqliyyat vasitəsinin yük yerində qalmışdır. Barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. 10 fevral 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardaddan görünür ki, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır; 14 fevral 2022-ci il tarixli, 11000-0235/22 saylı protokoldan görünür ki, X5 04 fevral 2022-ci il tarixdə İran İslam Respublikasından İran İslam Respublikası vətəndaşı X5idarə etdiyi “Trailer” markalı, 44AA537/44AA538 qeydiyyat nişanlı yük avtomobilində Soleımanzadeh Ghorbanın adına idxal olunan və Yevlax Gömrük postunda 04 fevral 2022-ci il tarixli, **********8849 saylı gömrük bəyannaməsilə rəsmiləşdirilmiş “tikinti materialları” yükünə baxış keçirilmişdir. Baxış zamanı yük yerindən görük bəyannaməsində və müşayiət sənədlərində gösərilməyən 80 qutu üzərində “Manchester” nano black yazısı olan, aksız markası ilə markalanmayan siqaretlər aşkar olunmuşdur. Aşkar olunmuş siqaretlər protokol əsasında götürülmüşdür. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 12 fevral 2022-ci il tarixli, 01-Ş nömrəli ekspertiza aktından görünür ki, X5 tərəfindən bəyan edilməyən “Manchester” nano black markalı siqaretin bir qutusunun qiyməti 2 manat, ümumilikdə 80 qutusunun orta bazar qiyməti 160 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; Maddə. 16.5. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar. Maddə. 482.1. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizində altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında X3 məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə X3 törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 482.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X5 Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan 80 qutu üzərində “Manchester” nano black yazısı olan, aksız markası ilə markalanmayan siqaretlər müsadirə edilsin. X4 Yevlax şəhər Vəkil Bürosunun Vəkil göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-188/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-188/2022
16.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver