Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-189/2021 03.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu, Məhkəmə iclasının katibi X1 İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx xxxx 2021-ci il tarixdə saat 18.30 radələrində Yevlax rayonu, Aran qəsəbəsində yerləşən iki qardaş marketin qarşısında ucadan səs-küy salıb ünvansız nalayiq ifadələr işlətmiş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X7 izah etdi ki, Yevlax RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis mayoru Namiq İsmayılov və PPXBnün polis nəfəri polis serjantı Arif Məhərrəmov xx xxxx 2021-ci il tarixdə saat 18.30 radələrində Yevlax rayonu, Aran qəsəbəsində xidmətdə olan zaman iki nəfər şəxsin ucadan ünvansız nalayiq söyüşlər söyüb ictimai qaydanı pozduğunu görmüşlər. Polis əməkdaşları həmin şəxsə yaxınlaşıb onları nizam-intizama dəvət edərək sakitləşmələrini və söyüş söyməmələrini bildirmişlər. Lakin həmin şəxslər polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərin davam etdirmişdir. Polis əməkdaşları tərəfindən həmin şəxslər polis şöbəsinə gətirilmişdir. Bu barədə Yevlax RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis mayoru Namiq İsmayılov polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Yevlax RPŞ-də həmin şəxslərin Yevlax rayonu, Aran qəsəbəsi sakinləri Şəxs və X8 olmaları müəyyən edilmişdir. Tərəfindən araşdırma aparılmış, Şəxs və X3 əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi olduğundan bu barədə hər birinin barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, Ağdam rayonundan məcburi köçkündür. Hazırda ailə üzvləri ilə birlikdə Yevlax rayonu, Aran qəsəbəsində yaşayır. xx xxxx 2021-ci il tarixdə yaşadıqları qəsəbədə yerləşən iki qardaş marketin qarşısında olarkən hirslənib ucadan səs-küy salmışdır. Bunu görən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, ona küçədə nalayiq ifadələr işlətməklə ictimai əsayişi pozduğunu bildirərək sakitləşməsini demişlər. Əsəbi olduğu üçün polis əməkdaşları ilə mübahisə etmişdir. Hazırda polis əməkdaşlarından üzr istəmişdir və əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi peşmançılığını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis mayoru X9 izahatında bildirdi ki, xx xxxx 2021-ci il tarixdə saat 18:30 radələrində polis nəfəri polis serjantı X5 ilə birlikdə xidməti ərazisi olan Aran qəsəbəsində olarkən, qəsəbədə iki qardaş marketin qarşısında iki nəfər vətəndaşın ictimai yerdə ictimai qaydanı pozaraq ucadan səs küy salıb nalayiq söyüşlər edərək öz xoşagəlməz hərəkətləri ilə ətrafda yaşayan vətəndaşları narahat etdiklərini görmüşlər. Onlar özlərini həmin şəxslərə təqdim edərək, ictimai yerdə səs küy salmamalarını demişlər. Lakin həmin şəxslər onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişlər. Ona görə də, həmin şəxsləri rayon polis şöbəsinə gətrmişlər. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxslər Ağdam rayonunda qeydiyyatda olmaqla, Yevlax rayonu Aran qəsəbəsində yaşayan Şəxs və X6r. Azərbaycan Respublıikası İXM-nin 535.1-ci maddəsində əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx xxxx 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 21.00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Yevlax rayon polis şöbəsinin İTB-nin sahə polis rəisi polis mayoru X2 və şahid Yevlax RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis mayoru X4 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti, inzibati xətanın mahiyyəti və xarakteri nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əməlindən səmimi peşman olmasını, məsuliyyəti yüngülləşdirən halları və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 31.4, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx.xx.1991-ci il tarixdə Ağdam rayonu, Sofulu kəndində anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Ağdam rayonu, Boyəhmədli kəndində qeydiyyatda olan, Yevlax rayonu, Aran qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-189/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-189/2021
03.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver