Məhkəmə qərarları › İş №3(039)-189/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-189/2022

16.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-189/2022 16.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri H.Hacıyev küçəsi ev 22-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 15 fevral 2022-ci il tarixdə saat 15:45 radələrində Yevlax şəhəri C.Cabbarlı küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş polis sahə rəisi, polis baş leytenantı Rəşad Mamedov izah etdi ki, 15 fevral 2022-ci il tarixdə saat 15:45 radələrində Yevlax Rayon Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Samir Əliyev və polis nəfəri, polis serjantı Məhəmməd Zülfüqarlıyla birlikdə Yevlax şəhəri C.Cabbarlı küçəsində xidmətdə olarkən ictimai yerdə ünvansız söyüşlər söyərək ictimai qaydanı pozan şəxsə yaxınlaşıb həmin şəxsi nizam-intizama dəvət etmələrinə baxmayaraq o, öz qanunsuz hərəkətlərini davam etdirdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra baş əməliyyat müvəkkili, polis kapitanı Samir Əliyev raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişlər. Raporta əsasən tərəfindən araşdırma aparılmış və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 15 fevral 2022-ci il tarixdə günorta saatlarında Yevlax şəhəri C.Cabbarlı küçəsi ilə yaşadığı evə gedərkən əsəbi halda telefonla danışaraq ucadan nalayiq ifadələr işlətdiyinə görə polis əməkdaşları yaxınlaşıb onu nizam-intizama dəvət etmişlər. Lakin o, öz hərəkətlərini davam etdiyinə görə onu Yevlax Rayon Polis Şöbəsinə gətirmişlər. Əməlindən səmimi peşmandır. Əməliyyat müvəkkili, polis baş leytenantı X7 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirmişdir ki, 15 fevral 2022-ci il tarixdə saat 15:45 radələrində polis nəfəri, polis serjantı Məhəmməd Zülfüqarlıyla birlikdə Yevlax şəhəri C.Cabbarlı küçəsində xidmətdə olarkən ictimai yerdə ünvansız söyüşlər söyərək ictimai qaydanı pozan şəxsə yaxınlaşıb həmin şəxsi nizam-intizama dəvət etmələrinə baxmayaraq o, öz qanunsuz hərəkətlərini davam etdirdiyi üçün tərəfindən saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilmiş və həmin şəxsin Yevlax şəhər sakini Şəxs olması müəyyən edilmişdir. Bundan sonra o, raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişdir. Polis nəfəri, polis serjantı X3 məhkəmə iclasında şahid Samir Əliyevin verdiyi ifadəni təsdiq edərək eyni məzmunlu ifadə verdi. İşdə olan 15 fevral 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 15 fevral 2022-ci il tarixdə saat 16:05-dən inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun əməlini səmimi etiraf edib, əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, Şəxs istinad edilən inzibati xətanı törətməsi təqsiri özünün etirafı, şahid ifadəsi və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati Xətalar Məcəlləsi: Maddə. 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Maddə. 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngüləşdirən halı nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla həmin məcəllənin 535.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar