Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-19/2021 08.01.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 İnzibati xəta törədən Şəxs Tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Yevlax rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-1169/2020 saylı qətnaməsinə əsasən borclu Şəxs 1730.40 manat borcu tələb olunsa da hal-hazırda həmin pulu ödəməkdən qərəzli olaraq imtina edir, icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində xx xxxxxx 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında protokolda göstərilənləri müdafiə edərək izah etdi ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-1169/2020 saylı qətnaməsi Yevlax rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və qanunla müəyyən olunmuş qaydada icraya yönəldilmişdir. İcra vərəqəsinin icrası ilə əlaqədar olaraq, borclu Şəxs Yevlax rayon İcra və Probasiya Şöbəsinə rəsmi qaydada çağırılmış və barəsində olan borcu ödəməsi tələb olunmuşdur. Lakin borclu tələbkara olan borcunu ödəməmişdir. Bundan sonra, icra tədbirləri davam etdirilməklə borclu Şəxs barəsində olan borcu onun özünə və əmlakı hesabına ödətdirmək məqsədi ilə borclunun yaşadığı ünvanda olarkən, borcluya məxsus tələbin yönəldilə biləcəyi zəruri əmlakdan başqa heç bir əmlakı aşkar olunmamışdır. Borclunun daşınar və daşınmaz əmlakının olub olmaması, vergi ödəyicisi kimi qeydiyyatda olub-olmaması, hər hansı bir növdə sosial müavinat alıb-almaması barədə lazımi orqanlara rəsmi sorğular edilmişdir. Edilmiş sorğuların cavabında bölməyə məlum olmuşdur ki, borclu Şəxs heç bir yerdə işləməməklə, heç bir təqaüd növü almır, onun adına heç bir qiymətli əşya və əmlakı, daşınar və daşınmaz əmlakı yoxdur. Borclu tələbkara olan borcundan ödəniş etməmişdir. Bununla da borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzrsüz səbəbdən icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İnzibati xəta törədən Şəxs məhkəmə iclasında izah etdi ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-1169/2020 saylı qətnaməsinə əsasən ondan 1730.40 manat tutularaq tələbkara ödənilməlidir. Qətnamə üzrə borcunu bir dəfəyə ödəməyə maddi imkanı çatmır. Hər ay 50 manat ödəməklə borcunu ödəməyə qaytara bilər. Hazırda əməlindən peşmandır. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında izah etdi ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-1169/2020 saylı qətnaməsinə əsasən Şəxs 1730.40 manat alınaraq onun xeyrinə verilməsi qət edilmişdir. Hazırda Şəxs borcdan ona müəyyən ödəniş etmişdir. Qalan borcun isə hissə-hissə ödənilməsi barədə razılığa gəlmişlər. Məhkəmədən əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanlarının qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətanın törədilməsinə səbəb olur. Məhkəmə hesab edir ki, Şəxs barəsində Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 düzgün olmayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir, belə ki, iş materiallarından məlum olur ki, Şəxs heç bir yerdə işləmir və tələbin yönəldilə biləcək əmlakı yoxdur. Buna baxmayaraq Şəxs tələbkara borcundan müəyyən ödəniş etmiş və qalan borcun hissə-hissə ödənilməsi barədə razılığa gəlmişdir. Borcun ödənilməsindən imtina etmir. Məhkəmə Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, inzibati xəta törədən Şəxs və tələbkar Zərərçəkmiş şəxs izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan tərkib yoxdur. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, protokol üzrə aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət verərək herab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi üçün əsaslar var. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında tərtib olunmuş protokolda və ona əlavə edilmiş sənədlərdə İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 53, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığıdan, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-19/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-19/2021
08.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver