Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-19/2022 13.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis mayoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.1998-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri C.Mustafayev ev 75-də yaşayan. Şəxsn oğlu barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 12 yanvar 2022-ci il tarixdə saat 19:00-da Yevlax şəhəri Fizuli küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla inzibati xətanı törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis mayoru Qurban Qasımov bildirmişdir ki, 12 yanvar 2022-ci il tarixdə saat 19:00 radələrində Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş serjantı Vüsal Həsənov və polis baş serjantı Nofəl Bayramov birlikdə xidmətdə olarkən Yevlax şəhəri Fizuli küçəsi 23 nömrəli yaşayış binasının qarşısında bir nəfər şəxsin ictimai yerdə ucadan səs-küy salaraq nalayiq söyüşlər söydüyünü görmüşlər. Həmin şəxsə yaxınlaşaraq onu nizam-intizama dəvət etmələrinə baxmayaraq o, öz qanunsuz hərəkətlərini davam etdirdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra polis baş serjantı Vüsal Həsənov raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 12 yanvar 2022-ci il tarixdə saat təxminən 19 radələrində dostu ilə birlikdə Yevlax şəhəri Fizuli küçəsi ilə yol gedərkən, bu zaman iki nəfər mülki şəxs onlara yaxınlaşaraq, yanında olan dostunu rayon polis şöbəsinə aparmaq istəmişlər. Bu zaman həmin şəxslərin polis əməkdaşları olduğunu bilmədiyindən onlara etiraz etmiş, səs-küy salaraq maneçilik törətmişdir. Bundan sonra polis əməkdaşları onları məcburi qaydada Yevlax Rayon Polis Şöbəsinə gətirmişlər. Səhvini başa düşür, törətdiyi əmələ görə səmimi peşmandır. Polis nəfəri, polis baş serjantı X5 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, 12 yanvar 2022-ci il tarixdə saat 19:00 radələrində Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş serjantı Vüsal Həsənovla birlikdə xidmətdə olarkən Yevlax şəhəri Fizuli küçəsi 23 nömrəli yaşayış binasının qarşısında bir nəfər şəxsin ictimai yerdə ucadan səs-küy salaraq nalayiq söyüşlər söydüyünü görmüşlər. Həmin şəxsə yaxınlaşaraq onu nizam-intizama dəvət etmələrinə baxmayaraq o, öz qanunsuz hərəkətlərini davam etdirdiyi üçün onlar tərəfindən saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilmişdir. İşdə olan 12 yanvar 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 12 yanvar 2022-ci il tarixdə saat 19:45-dən inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun əməlini səmimi etiraf edib, əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, Şəxs istinad edilən inzibati xətanı törətməsi təqsiri özünün etirafı, şahid ifadəsi və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati Xətalar Məcəlləsi: Maddə. 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Maddə. 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngüləşdirən halları nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla həmin məcəllənin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-19/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-19/2022
13.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver