Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-190/2023 26.04.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X3 Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş 11000-02210/23 nömrəli, 29 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki,ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli 25/06-22 nömrəli müqavilə əsasında xx.xx.2022-ci il tarixli **********5083 sorğu nömrəli gömrük bəyannaməsi üzrə çəkisi 19880 kq dəyəri 3379.60 ABŞ dolları olan “Qırmızı Çuğundur” yükü Yevlax gömrük postunda rəsmiləşdirilərək Ukrayna Respublikasına ixrac edilmişdir. Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli **********5083 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən yükün dəyəri olan 3379.60 ABŞ dolları valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X2 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli 25/06-22 nömrəli müqavilə əsasında xx.xx.2022-ci il tarixli **********5083 sorğu nömrəli gömrük bəyannaməsi üzrə çəkisi 19880 kq dəyəri 3379.60 ABŞ dolları olan “Qırmrızı Çuğundur” yükü Yevlax gömrük postunda rəsmiləşdirilərək Ukrayna Respublikasına ixrac edilmişdir. Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli **********5083 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən yükün dəyəri olan 3379.60 ABŞ dolları valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. MMC barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş 11000-02210/23 nömrəli, 29 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli 25/06-22 nömrəli müqavilə əsasında xx.xx.2022-ci il tarixli **********5083 sorğu nömrəli gömrük bəyannaməsi üzrə çəkisi 19880 kq dəyəri 3379.60 ABŞ dolları olan “Qırmrızı Çuğundur” yükü Yevlax gömrük postunda rəsmiləşdirilərək Ukrayna Respublikasına ixrac edilmişdir. Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli **********5083 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən yükün dəyəri olan 3379.60 ABŞ dolları valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. MMC barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə prosesində verdiyi izahatı və iş materiallarında olan sənədlərlə müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli 25/06-22 nömrəli müqavilə əsasında xx.xx.2022-ci il tarixli **********5083 sorğu nömrəli gömrük bəyannaməsi üzrə çəkisi 19880 kq dəyəri 3379.60 ABŞ dolları olan “Qırmızı Çuğundur” yükü Yevlax gömrük postunda rəsmiləşdirilərək Ukrayna Respublikasına ixrac edilmişdir. Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli **********5083 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən yükün dəyəri olan 3379.60 ABŞ dolları valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.2-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 40 faizi məbləğində cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyuta- 3379.60 ABŞ dolları vəsaitin qırx faizi miqdarında, yəni 1351 ABŞ dolları (ödənilən günə manatla olan məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-190/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-190/2023
26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver