Məhkəmə qərarları › İş №3(039)-192/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-192/2020

18.03.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-192/2020 18.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Yevlax şəhərində kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 12:20 radələrində Yevlax şəhəri, Nizami prospektində yerləşən polis şöbəsinin inzibati binasının qarşısında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X3 çıxış edərək bildirmişdir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 12:20 radələrində Yevlax şəhəri, Nizami prospektində yerləşən polis şöbəsinin inzibati binasının qarşısında ucadan səs-küy salmağa başlamışdır. Həmin vaxt polis əməkdaşları tərəfindən nizam-intizama dəvət olunsa da, ö, öz hərəkətlərinə davam edərək polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü tam təqsirli bildiyini qeyd edərək vermiş olduğu izahatında göstərmişdir ki, xx xxxx 2020-ci tarixdə məhkəmə qətnaməsinin icrası ilə bağlı axtarışda olduğu üçün polis əməkdaşlarə tərəfindən rayon polis şöbəsinə gətirilən zaman polis şöbəsinin inzibati binasının qarşısında əsəbi olduğundan səs-küy salmışdır. Bundan sonra polis əməkdaşları onuı nizam-intizama dəvət etsələr də o, əsəbi olduğundan polis əməkdaşlarının tələbinə tabe olmamışdır. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş, ona hüquq və vəzifələri izah edilərək etdiyi hərəkətin nəticəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən barəsində protokol tərtib olunmuşdur. Hazırda əməlindən peşmançılıq çəkdiyini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri, polis baş serjantı X4 izahatında bildirmişdir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 12:20 radələrində Yevlax şəhəri, Nizami prospektində yerləşən polis şöbəsinin inzibati binasının qarşısında ucadan səs-küy saldığını görüb ona yaxınlaşaraq onu nizamintizama dəvət etmiş. Lakin o öz qanunsuz əməllərini davam etdirdiyi üçün saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 12:20 radələrində Yevlax şəhəri, Nizami prospektində yerləşən polis şöbəsinin inzibati binasının qarşısında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Yevlax Rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri, polis baş serjantı X2 xx.xx.2020-ci il tarixli raportundan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 12:20 radələrində Yevlax şəhəri, Nizami prospektində yerləşən polis şöbəsinin inzibati binasının qarşısında ucadan səs-küy saldığını görüb ona yaxınlaşaraq onu nizam-intizama dəvət etmiş. Lakin o öz qanunsuz əməllərini davam etdirdiyi üçün saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir; xx xxxx 2020-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 12:50-də tutulmuşdur; 82 №-li, 18.03.20-ci il tarixli alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs xx.xx.2020-ci il tarixdə yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cimaddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin, şahidin izahatı eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM32.1.1), məsuliyyəti ağırlaşdıran hal kimi inzibati xətanın sərxoş şəxs tərəfindən törədilməsini (İXM-nin 33.1.7) nəzərə alıbiş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar