Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-192/2021 05.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi ilə Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Yevlax şəhərində kəndindəanadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 mənzil 12 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı 065497 saylı xx xxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxx 2021-ci il tarixdə saat 23:35-də Yevlax şəhəri K. Sabitov küçəsində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 çıxış edərək bildirmişdir ki, xx xxxx 2021-ci il tarixdə saat 23:35-də Yevlax şəhəri K.Sabitov küçəsində Şəxs idarə etdiyi avtomobili səkiyə vurmuşdur. Bu səbəbdən ərazidə olan polis əməkdaşları hadisə yerinə getmişlər və sürücüyə qanunun tələbini izah edərkən sürücü heç bir əsas olmadan ucadan səs-küy salmağa başlamışdır. Polis əməkdaşları onu nizamintizamlı olmağa dəvət etmişlər. O, həmin polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və nəticədə polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bildiyini qeyd edərək vermiş olduğu izahatında göstərmişdir ki, xx xxxx 2021-ci il tarixdə saat 23:35-də idarə etdiyi avtomobilin idarəsini itirdiyindən avtomobili yolun kənarındakı səkiyə dəymişdir. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq ona qanunu izah edən zaman o, əsəbi olduğu və qorxduğu üçün səs-küy salmağa başlamışdır. Polis əməkdaşları onu nizam-intizamlı olmağa dəvət etmiş. O, əsəbi olduğu üçün polisin tələbinə tabe olmamışdır, sonra polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə aparılmışdır. Hazırda əməlindən peşmançılıq çəkdiyini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin PPXBnin polis nəfəri, polis serjantı X7 oğlu izahatında bildirmişdir ki, xx xxxx 2021-ci il tarixdə xidmətdə olan zaman saat 23:35-də Yevlax şəhəri K.Sabirov küçəsində “MERSEDES BENZ” markalı ** BX *** dövlət qeydiyyat nömrəli avtomobilin səkiyə dəyərək dayandığını görüb hadisə yerinə getmişlər və sürücüyə qanunun tələbini izah edərkən sürücü heç bir əsas olmadan ucadan səs-küy salmağa başlamışdır. Onlar vətəndaşı nizam-intizamlı olmağa dəvət etmişlər. Vətəndaş onların qanuni tələblərinə tabe olmamış və nəticədə onlar tərəfindən saxlanılaraq şöbəyə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin PPXBnin polis nəfəri, polis serjantı X3 şahid X4 izahatına uyğun izahat verdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı 065497 saylı xx xxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxx 2021-ci il tarixdə saat 23:35-də Yevlax şəhəri K.Sabirov küçəsində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; xx xxxx 2021-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutmaq haqqında protokoldan görünür ki, Şəxs xx xxxx 2021-ci il tarixdə saat 23:40-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli xx xxxx 2021-ci il tarixdən saat 23:40-dan hesablansın. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-192/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-192/2021
05.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver