Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-193/2022 17.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis mayoru X10 oğlunun, Zərər çəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1990-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri Əfəndiyev küçəsi ev 26-da yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 31 yanvar 2022-ci il tarixdə X3 məxsus “Kapital Bank”-a məxsus sosial müavinat kartından 216 manat pul çıxartmışdır. Məhkəmə iclasında polis sahə rəisi, polis mayoru Qurban Qasımov izah etdi ki, Bərdə rayonu Hacallı kəndində yaşayan X7 02 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidməti Zəng Mərkəzi Sisteminə zəng edərək və Yevlax rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, Şəxs ona məxsus olan ünvanlı dövlət sosial yardımı kart hesabından 216 manat məbləğində pulu çıxaarması barədə məlumat vermişdir. Bundan sonra Yevlax Rayon Polis X4 araşdırma aparılmışdır. Yevlax Rayon Polis X5 09 fevral 2022-ci il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə xırda talama inzibati xətası baş verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax Rayon Polis X1 Bölməsinə göndərilmişdir. Bundan sonra inzibati xətanı Şəxs törətməsi müəyyən olunduğundan barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailə münasibətləri pozulduğu üçün həyat yoldaşı Ayşən Cəfərli bir neçə aydır ki, Bərdə rayonu Hacallı kəndində yerləşən atası evində yaşayır. X7 ilə ortaq ünvanlı sosial müavinat kartı vardır və həmin kartı özündə saxlamışdır. 31 yanvar 2022-ci il tarixdə kartdan istifadə edərək "xxxx" Bankdan 216 manat pul çıxartmış, pulun 100 manatını Ayşən Cəfərliyə vermişdir. Qalan pulu isə Ayşən Cəfərlinin dişinin müalicəsi üçün həkimə vermişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X7 izahat verərək bildirmişdir ki, həyat yoldaşı Şəxsla faktiki ayrıldığı üçün ünvanlı sosial yardım kartını Şəxs özündə saxlamış, 31 yanvar 2022-ci il tarixdə kartdan istifadə edərək "xxxx" Bankdan 216 manat pul çıxartmış və həmin puldan ona heç bir ödəniş etməmişdir. Bundan sonra o, DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə və Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. İşə əlavə edilmiş Yevlax Rayon Polis X5 təhqiqatçısı, polis baş leytenantı X8 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 fevral 2022-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş iş üzrə inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq zərər çəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını və Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis mayoru X6 çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, "xxxx" Bank ASC-ə məxsus olan ünvanlı sosial yardım kartı ortaq şəkildə zərər çəkmiş şəxs Ayşən Cəfərliyə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsya məxsusdur. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 105.1-ci maddələrinin tələblərinə görə inzibati xəta tərkibi olmadıqda icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun Vəkil göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil ödənilsin. Qərardan 10 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-193/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-193/2022
17.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver