Məhkəmə qərarları › İş №3(039)-195/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-195/2020

19.03.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-195/2020 19.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Rzayev Arzu Ağazeynal oğlunun katibliyi Şəxs Aleksandrovnanın Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala Yevlax rayon Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ : Məhkəməyə daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs Aleksandrovna xx xxxxxx 2020-ci il tarixdə yaşadığı Yevlax rayonu, Nərimanabad kəndində qaynı arvadı X1 döymüşdür. Bu barədə Şəxs Aleksandrovnanın barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib olunmuş və baxılması üçün Yevlax rayon Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Aleksandrovnanın barəsində tərtib olunmuş inzibati xəta haqqında material geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, Şəxs Aleksandrovnanın barəsində inzibati xəta haqqında protokol tərtib edilən zaman ona tərcüməçi təqdim edilmədən barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 61.1.7-ci maddəsiniə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etməlidir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən işdə iştirak edən, inzibati xətalar haqqında işlər üzrə icraatın aparıldığı dili bilməyən şəxslər ana dilində və ya bildiyi hər hansı başqa dildə məlumat, izahatlar, şikayət və ya vəsatət vermək hüququ ilə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ ilə təmin olunurlar. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında materiallar geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinin tələbinə görə, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə hesab edir ki, Şəxs Aleksandrovna qızı barəsində olan tərtib olunmuş inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından görə materiallar qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 111, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Yusı̇bova Yana Aleksanrovna Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Yevlax rayon Polis Şöbəsinə qaytarılsın. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar