Məhkəmə qərarları › İş №3(039)-196/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-196/2020

19.03.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-196/2020 19.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Rzayev Arzu Ağazeynal oğlunun katibliyi Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair materiala Yevlax rayon Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ : Məhkəməyə daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə yaşadığı Yevlax rayonu, Nərimanabad kəndində gəlini X3 döymüşdür. Bu barədə Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib olunmuş və baxılması üçün Yevlax rayon Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında material geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, Şəxs, X4, X2 və X1 barələrində qarşılıqlı olaraq İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. İş materiallarından məlum olur ki, X5 Yusibovun arvadı, X8 Yusibovun qardaşı arvadı və Novruz Yusibov isə Şəxs atasıdır. Hər üç inzibati material Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən geri qaytarıldığından, və iş üzrə tərəflər qohum olduqlarından digər materiallarla birlikdə işə baxılması daha məqsədə müvafiqdir. Həmin materiallar geri qaytarıldığına görə, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılamlıdır. Belə ki, onların barışıb barışmadıqları aydınlaşdırılmadan qəti qərar qəbul etmək qeyri mümkündür. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında materiallar geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinin tələbinə görə, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından materiallar qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 111, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Yusı̇bov Elxan Novruz oğlunun Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Yevlax rayon Polis Şöbəsinə geri qaytarılsın. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar