Məhkəmə qərarları › İş №3(039)-197/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-197/2020

19.03.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-197/2020 19.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi x1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı x4, Zərər çəkmiş şəxs x2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə 16.08. 1993-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi ev 22, mənzil 11-də yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 31 oktyabr 2019-cu il tarixdə Yevlax rayonu Aşağı Qarxun kənd sakini x2 “Million” ödəniş terminalı vasitəsi ilə 178 manat pulunu aldadaraq ələ keçirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı x7 izah etdi ki, Şəxs 20 dekabr 2019-cu il tarixdə Yevlax rayonu Aşağı Qarxun kəndində yaşayan x6 DİNnin “102” xidməti zəng mərkəzi sisteminə və Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Aynur Ramazanovanın adına “Facebook” səhifəsindən (***-***-**-**) futbol forması sifariş etməsi, 31 oktyabr 2019-cu il tarixdə Yevlax şəhəri “Səma” marketdən “Million” ödəniş aparatından 61 manat pul ödəməsi, lakin sifarişin ona çatdırılmaması barədə Yevlax Rayon Polis Şöbəsində Təhqiqat Bölməsində araşdırma aparılmışdır. Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin 24 dekabr 2019-cu il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə xırda talama inzibati xətası baş verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Bundan sonra inzibati xətanı Şəxs törətməsi müəyyən olunduğundan barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, 31 oktyabr 2019-cu il tarixdə “Səma” marketdən “Million” ödəniş terminalı vasitəsi ilə x5 aldadaraq 61 manat pulunu ələ keçirmişdir. Törətdiyi inzibati xətaya görə səmimi peşmandır. Məhkəmə iclasında zərər çəkmiş şəxs x6 izahat verərək bildirmişdir ki, Şəxs ona dəymiş zərəri ödədiyinə görə ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşə əlavə edilmiş Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı x3 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 24 dekabr 2019-cu il tarixli qərarından görünür ki, toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş iş üzrə inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq zərər çəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını və Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis baş leytenantı x4 çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə zərər çəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs heç bir şikayət və tələbinin olmamasını bildirmiş və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda həmin iş üzrə icraata xitam verilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə baxılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə, ŞəkiApellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar