Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-197/2024 22.04.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin YPX-nin inspektoru, polis serjantı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş İXP seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda ünvan 1 ünvanında yaşayan Şəxs xx.xx.2024-cü il tarixdə idarə etdiyi Mercedes Benz markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtommobilin dövlət qeydiyyat nişanlarını xüsusi örtüklə örtdüyü üçün barəsində Azərbaycan Respublikası İXM-nin 342.9-cü maddəsinə əsasən İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin YPX-nin inspektoru, polis serjantı X2 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, ünvan 1 ünvanında yaşayan Şəxs xx.xx.2024-cü il tarixdə idarə etdiyi Mercedes Benz markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtommobilin dövlət qeydiyyat nişanlarını xüsusi örtüklə örtdüyü üçün barəsində Azərbaycan Respublikası İXM-nin 342.9-cü maddəsinə əsasən İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sözügedən avtomobilin dövlət qeydiyyat nişanlarını örtən xüsusi örtük tərəfindən Yevlax RPŞ-nə təqdim olunsada hazırki materiala əlavə olunmadığını qeyd etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə idarə etdiyi Mercedes Benz markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nişanlarını xüsusi örtüklə örtdüyü üçün polis əməkdaşı tərəfindən saxlanılmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İXP seriyalı ******* nömrəli 20 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında yaşayan Şəxs xx.xx.2024-cü il tarixdə idarə etdiyi Mercedes Benz markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtommobilin dövlət qeydiyyat nişanlarını xüsusi örtüklə örtdüyü üçün barəsində AZərbaycan Respublikası İXM-nin 342.9cü maddəsinə əsasən İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xətanın bilavasitə obyekti olmuş predmet (avtomobilin dövlət qeydiyyat nişanlarını örtən xüsusi örtük) iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin: Maddə 109.1.6. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Maddə 342.9. Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə -inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, protokol və digər sənədlər düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Şəxs barəsində İXM-in 342.9-cu maddəsi ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Yevlax Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48–51, 114, 128– 130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ M: Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Yevlax Rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-197/2024
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-197/2024
22.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver