Məhkəmə qərarları › İş №3(039)-1988/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1988/2025

22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1988/2025 22.12.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun vəkili X1, Zərərçəkmiş şəxs, Yevlax RPŞ-nin DYPB-nin DAM polis baş leytenantı X2 iştirakları ilə, xx.xx.2003-cü ildə Şəkir rayonu Turan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Şəki rayonu Sarıca kəndində qeydiyyatda olan, Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi ev 72, mənzil 42-də yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs 27 oktyabr 2025-ci il tarixdə təsərrüfatında olan 1 baş iribuynuzlu heyvanı X6 yolunun Hacıselli kəndindən keçən hissəsində asfalt beton örtüklü yola ötürmüş, həmin vaxt Zərərçəkmiş şəxs özünə məxsus olan «VAZ-21150» markalı, ** LO *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin heyvanla toqquşmuş, nəticədə maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf etməyərək, xx.xx.2025-ci il tarixdə təsərrüfatında olan 1 baş iribuynuzlu heyvanı X6 yolunun Hacıselli kəndindən keçən hissəsində Zərərçəkmiş şəxs özünə məxsus olan «VAZ-21150» markalı, ** LO *** dövlət qeydiyyat nişanlı avtomobillə vurduğunu, hadisənin Zərərçəkmiş şəxs təqsirindən baş verdiyini, həmin ərazidə heyvanların asfalt örtüyə çıxacağını bildirən nişan olduğunu, ona (Şəxs) maddi ziyan dəydiyini göstərərək, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında özünə məxsus «VAZ-21150» markalı, ** LO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə X6 yolunun Hacıselli kəndindən keçən hissəsində hərəkətdə olarkən qarşısında hərəkətdə olan nəqliyyat vasitəsini sol tərəfdən əks istiqamətdə hərəkət zolağına ötməyə çıxmış və bu zaman yolun solunda olan 3 baş iri buynuzlu heyvanlardan 1 baş iri buynuzlu inəyə dəymişdir. Sonradan həmin heyvanın Şəxs məxsus olduğu məlum olmuşdur. Hadisə nəticəsində onun avtomobilinə maddi ziyan dəymişdir. Dəymiş ziyan ona ödənilməmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayətçidir. Məhkəmə iclasında Yevlax RPŞ-nin DYPB-nin DAM polis baş leytenantı X4 verdiyi izahatnda göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə X6 yolunun Hacıselli kəndindən keçən hisəssində baş vermiş hadisə ilə əlqədar hadisə yerində olmuş, hadisəni araşdırmış, izahatlar almış, yol-nəqliyyat hadisəsinin sxemini tərtib etmiş,araşdırma nəticəsində hər iki tərəfin əməlində inzibati xəta hadisəsi olduğunu müəyyən etmiş və hər iki şəxsin barəsində inzibati xəta haqqında inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərbkibi olmuşdur. Hadisə yerini müayinə edən zaman iri buynuzlu heyvanların asfalt beton örtüklü yoldan ötürülməsi üçün hissə olmamış və yaxınlıqda bununla əlaqədar yol nişanı görməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi izahatlarla və işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, işdə olan Şəxs tərəfindən Yevlax rayon PŞ-nin rəisinin adına yazılmış izahatdan görünür ki, Şəxs 27 oktyabr 2025-ci il tarixdi hadisə baş verən zaman heyvanların yanında olduğunu və nəzarətsiz buraxmadığını göstərmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protkoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protkol tərtib edilmiş, Şəxs protkolla tanış olduğunu, protkolda qeyd edilənlərə razı olduğunu göstərmişdir. Yevlax rayon Havarlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Şəxs məxsus 1 baş iribuynuzlu mal 27 oktyabr 2025-ci il tarixdə Mingəçevir Xaldan şossesinin Yevlax rayonu Havarlı kəndindən keçən hissəsində «VAZ- 21154» markalı, ** LO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində tələf olmuşdur. İşdə olan xx.xx.2025-ci tarixli, 65 rəydən görünür ki, qəzaya uğramış «VAZ-21150» markalı, ** LO *** dövlət nömrə nişanlı avtomaşına baxış keçirilmiş və avtomaşına 4210 (dörd min iki yüz on) manat maddi ziyanın dəydiyi müəyyən edilmişdir. İşdə olan Yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə Yevlax-Mİngəçevir- Xaldan yolunun Hacıselli kəndinin ərazisindən keçən hissəsində yolun asfalt hissəsində baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, zərərçəkmiş şəxsin, DYPBnin əməkdaşının izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməməsi ilə bağıl verdiyi izahatını məhkəmə özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar