Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-199/2021 09.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx xxxx 2021-ci il tarixdə saat 02.00 radələrində Yevlax rayonu, Xaldan kəndində ucadan səs-küy salaraq nalayiq ifadələr işlətmiş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu barədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X3 izah etdi ki, Yevlax RPŞ-nin PPXB-nün polis nəfərləri Sahil Əzizov və Yaqub Yaqubov xx xxxx 2021-ci il tarixdə saat 02.00 radələrində Yevlax rayonu, Xaldan kəndində xidmətdə olan zaman, VAZ-2106 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin ziqzaqvari hərəkət etdiyini görüb həmin avtomobilə saxla işarəsi vermişlər və sürücüyə özlərini təqdim edib sonuncudan sənədlərini təqdim etməsini bildirmişlər. Polis əməkdaşları sürücüylə söhbət edən zaman sürücüdən spirtli içki iyi gəldiyini bilmişlər. Bu səbəbdən polis əməkdaşları həmin yerə DYPB-nin əməkdaşını dəvət edərkən, Şəxs ucadan səs-küy salaraq nalayiq söyüşlər söymüşdür. Polis əməkdaşları Şəxs nizam-intizama dəvət etmələrinə baxmayaraq o, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra Şəxs polis əməkdaşları tərəfindən rayon polis şöbəsinə gətirilmiş və PPXB-nün polis nəfəri Yaqub Yaqublu və Sahil Əzizov bu barədə raportla RPŞ-nin rəhbərliyinə müraciət etmişlər. Raporta əsasən tərəfindən araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailə üzvləri ilə birlikdə Yevlax rayonu, Xaldan kəndində yaşayır. xx xxxx 2021-ci il tarixdə təxminən saat 01.30 radələrində yaşadığı Xaldan kəndində yerləşən kafedə dostları ilə yemək yeyən zaman spirtli içki qəbul etmişdir. Kafedən çıxdıqdan sonra atası Cavanşir Məmmədova məxsus VAZ-2106 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı ev istiqamətinə hərəkət etmişdir. Avtomobillə hərəkətdə olan zaman Yevlax RPŞ-nin PPXB-nün əməkdaşları idarə etdiyi avtomobilə saxla işarəsi vermişlər. Polis əməkdaşları ilə söhbət edən zaman spirtli içki qəbul etdiyi məlum olmuşdur. Polis əməkdaşları həmin yerə DYPB-nin əməkdaşını dəvət edən zaman əsəbləşərək ucadan nalayiq söyüşlər söymüşdür. Orada olan polis əməkdaşlarının onu nizam-intizama dəvət etmələrinə baxmayaraq, sərxoş vəziyyətdə olduğu üçün polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamışdır. Hazırda səhvini başa düşür və əməlindən səmimi olaraq peşmançılıq çəkir. Məhkəmədən əməlindən səmimi peşmançılığını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax rayon PPXB-nün polis nəfəri polis serjantı X6 izahatında göstərdi ki, xx xxxx 2021-ci il tarixdə saat 02.00 radələrində post yoldaşı X8 rayonu, Xaldan kəndi ərazisində 12 saylı marşurutda xidmətdə olan zaman VAZ-2106 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin ziqzaqvari hərəkət etdiyini görüb həmin avtomobilə saxla işarəsi vermişlər. Sürücüyə özlərini təqdim edib sürücüyə sənədlərini təqdim etməsini bildirmişlər. Sürücüylə söhbət zamanı sürücüdən spirtli içki iyi gəldiyi üçün DYPB-nə məlumat vermişdir. Bu zaman həmin vətəndaş ucadan səs-küy salaraq ünvansız nalayiq söyüşlər söyməyə başlamışdır. Həmin şəxsi nizamintizama dəvət etmələrinə baxmayaraq sonuncu onların qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra Şəxs tərəflərindən rayon polis şöbəsinə gətirilmiş və bu barədə raportla RPŞ-nin rəhbərliyinə müraciət etmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X1 və şahid X4 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx xxxx 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 02.45-də inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş alkotestrdən məlum olur ki, Şəxs alkaqolun miqdarı 0.432% olmuşdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, inzibati xətanın xarakteri, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib, əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs inzibati xətanı sərxoş halda törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx.xx.1991-ci il tarixdə Yevlax rayonu, xaldan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, Yevlax rayonu, Xaldan kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxx 2021-ci il tarixdən saat 02.45-dən hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlı̇ k edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-199/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-199/2021
09.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver