Məhkəmə qərarları › İş №3(039)-2/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-2/2022

13.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-2/2022 13.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax Rayon Polis X17 X12 Avtomobil Müfəttişi, polis baş leytenantı X3, zərərçəkmiş Zərərçəkmiş şəxs və onun vəkili X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun vəkili Vəkil iştirakları ilə, xx.xx.1968-ci ildə Yevlax rayonu, Gülövşə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu, Gülövşə kəndində qeydiyyatında olan. Şəxs barəsində Azərbaycan Respublikasının 338.7-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş 29 noyabr 2021-ci tarixli AP seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 27 noyabr 2021-ci il tarixdə saat 19:50-də bir rast atı Yevlax-Mingəçevir-Xaldan yolunun Gülövşə kənd yolunda sahibsiz-nəzarətsiz sement-beton örtüklü yolda qoymuş. Nəticədə Zərərçəkmiş şəxs məxsus “VAZ 21099” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax Rayon Polis X17 X12 Avtomobil X1 çıxış edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 19.50-də Yevlax- Mingəçevir-Xaldan yolunun Gülövşə kəndi ərazisində baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 21099 markalı, 45BL559 dövlət qeydiyyat nişanlı avtomobillə Şəxs məxsus bir rast atı vurmuş, nəticədə VAZ 21099 markalı, 45BL559 dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək bildirmişdir ki, o, Yevlax rayonu, Gülövşə kəndində yaşayır və təsərrüfatında bir at saxlayır. Hadisədən bir neçə gün əvvəl, təxminən noyabr ayının 22dən atı qapalı sahədə, yəni hər tərəfi hasar ilə hörülmüş bir ərazidə bağlı saxlamışdır. Hər gün həmin sahəyə gəlib ata nəzarət edir, onu sahibsiz buraxmamışdır. Hesab edir ki, ona məxsus atı hadisə baş verən günü açıb buraxmışlar, atın özünün oradan çıxması mümkün deyil. xx.xx.2021-ci il tarixdə əvvəllər də tanıdığı Zərərçəkmiş şəxs ona zəng edərək ona məxsus olan bir rast atın Yevlax rayonu, Gülövşə kəndi ərazisində yolda avtomobillə vurulduğunu demişdir. Həmin atın Zərərçəkmiş şəxs etibarnamə ilə idarə etdiyi avtomobillə vurulduğu ona məlum olmuşdur. O, yol nəqliyyat hadisəsinin necə baş verməsinin bilavasitə şahidi olmasa da, hesab edir ki, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin sürəti yüksək olmasaydı, hadisə baş verməz və onun atı da ölməzdi. Həmçinin, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə maddi ziyan dəyməsi də atın yolda sahibsiz və ya nəzarətsiz qalması ilə əlaqədar deyil, avtomobilin yüksək sürətlə idarə edilməsi ilə əlaqədar olmuşdur. O, hər hansı inzibati xəta hadisəsi törətməmiş və heç kimə maddi zərər vurmamışdır. Əksinə, yol nəqliyyat hadisəsi nəticəsində atı ölməklə onun özünə maddi zərər dəymişdir. Ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil çıxış edərək, Şəxs barəsində tərtib edilmiş protokolun surəti ona rəsmi qaydada təqdim edilməməsini, protokolda hadisənin saat 19.50-də baş verildiyi göstərilsə də, hadisənin saat 18.00 radələrində baş verdiyini, sürücünün Zərərçəkmiş şəxs Fərman oğlu deyil, onun X2nun olduğunu, sürücü tərəfindən sürət həddinin aşdığını, yol hərəkəti qaydalarını ciddi şəkildə pozduğunu, maddi zərərlə razılaşmadığını bildirdi və iş üzrə ekspertiza keçirilməsini xahiş etdi. Zərərçəkmiş şəxs Məmmədov X10 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, o, VAZ 21099 markalı, 45BL559 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir. xx.xx.2021-ci il tarixdə axşam saatlarında idarə etdiyi avtomobillə Mingəçevir şəhərindən yaşadığı Yevlax rayonu, Ərəbbəsrə kəndi istiqamətində yola düşmüşdür. X2 və iki azyaşlı uşaq da avtomobildə olmuşlar. Həmin gün təxminən saat 18.00-18.30 radələrində Yevlax rayonu, Gülövşə kəndi ərazisində asfalt yol ilə hərəkətdə olarkən yol kənarındakı ağacların arasından 30 metr məsafədən görünən bir at qəfildən yolun sol tərəfindən sağ tərəfinə qaçaraq keçib asfalt hissəyə, yəni onun idarə etdiyi avtomobilin, təxminən, 15 metr məsafədən qarşısına çıxmışdır. Atı gördüyü zaman at artıq yolun ikinci yarısını keçmiş, yəni yolun ona aid hərəkət hissəsində olmuşdur. Hadisə nəticəsində qardaşı və uşaqlar xəsarət almamışlar və onun idarə etdiyi avtomobilə maddi ziyan dəymişdir. O, əyləci basmış, ancaq at qəfildən onun idarə etdiyi avtomobilin qarşısına çıxdığına görə avtomobili saxlaya bilməmiş və atı vurmuşdur. Atı vurduqdan sonra atın başı yolun sağ tərəfi, bədəni isə sol tərəfi istiqamətində yolun ortasında uzanmışdır. Qeyd edir ki, atın başında ip olmamışdır. Başqa maşınların hərəkətinə mane olmaması üçün həmin atı yolun kənarına sürümüşlər. Hadisə baş verən vaxt günün qaranlıq vaxtı olmuşdur. Həmin vaxt o, avtomobili yaxın vuran işıqlardan istifadə edərək idarə etmişdir. Hadisə baş verməzdən əvvəl o, avtomobili, təxminən, 80 km/saat sürətlə idarə etmişdir. Həmin günü atın sahibi ortalığa çıxmamış, onu tapmaq üçün aidiyyəti orqana məlumat verilmiş, sonradan məlum olmuşdur ki, atın sahibi Şəxsdur. xx.xx.2021-ci il tarixdə ona zəng etmiş, atın onun tərəfindən vurulduğunu bildirmişdir, lakin Şəxs vurulan atın ona məxsus olmadığını, öz atının isə oğurlandığını bildirmişdir. Avtomobilinə dəymiş maddi ziyan məbləği indiyədək ödənilməmişdir. O, avtomobilinə dəymiş maddi ziyan məbləğinin atın sahibi Şəxs tərəfindən ödənilməsini tələb edir. Qeyd etdiklərinə əsasən iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs vəkili X11 məhkəmə iclasında çıxış edərək, yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin avtomobilinə 2070 manat məbləğində maddi ziyanın dəydiyini, avtomobilinə dəymiş maddi ziyan məbləğinin atın sahibi Şəxs tərəfindən ödənilməməsini bildirərək iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o, Yevlax rayon Gülövşə kənd Bələdiyyəsində vergi müfəttişi vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə təxminən saat 18.00-dan sonra ona zəng olunmuş və rəhbərliyi tərəfindən hadisə barədə məlumat verilmiş, atın kimə məxsus olduğunun araşdırılması tapşırılmışdır, o da, hadisə yerinə getmiş, hadisə yerinə çatdıqda DYP əməkdaşının orada olduğunu, vurulan atın yolun asfalt hissəsində uzandığını görmüşdür. Həmin günü atın kimə məxsus olduğu məlum olmamışdır İş materiallarında olan və məhkəmə baxışında tədqiq olumuş: 29 noyabr 2021-ci tarixli AP seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 27 noyabr 2021-ci il tarixdə saat 19:50-də bir rast atı Yevlax- Mingəçevir-Xaldan yolunun Gülövşə kənd yolunda sahibsiz-nəzarətsiz sement-beton örtüklü yolda qoymuş. Nəticədə Zərərçəkmiş şəxs məxsus “VAZ 21099” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur; Yevlax Rayon Məhkəməsinin 3(039)-2/2022 saylı, xx.xx.2022- ci il tarixli qərarından görünür ki, xx.xx.2021-ci il tarixdə Yevlax rayonu Gülövşə kəndi ərazisində baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobilin texniki cəhətdən saz vəziyyətdə olması və 80 km/saat sürətlə idarə olunması halında (sutkanın qaranlıq vaxtı, lakin dumanlı, yağışlı olmayan hava şəraitində, asfalt örtüklü yolda) sürücü üçün təhlükə yaranan anda VAZ 21099 markalı, 45BL559 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl etməklə hadisənin qarşısını almağa texniki imkanının olub- olmadığını müəyyən etmək üçün iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir; Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/1056 №-li nömrəli rəyi ilə, ekspert qarşısında qoyulmuş suallara verilən cavablara əsasən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "VAZ 21099” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1 -ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin rəydə, həmçinin, qeyd edilmişdir ki, müvcud mütodikanın tələblərinə əsasən yol-nəqliyyat hadisələri ekspertizası yolu ilə nəqliyyat vasitəsinin hərəkət surəti tormoz izinə uyğun müəyyən edilir. Lakin hadisə yerində "VAZ 21099” markalı avtomobildən tormoz izi qalmadığından müvcud hadisədə ekspertiza yolu ilə həmin avtomobilin hərəkət surətini müəyyən etmək mümkün deyildir. Nəqliyyat vasitəsinin konstruksiyasının quruluşuna əsasən sutkanın qaranlıq vaxtı yaxın vuran işıqlar minimum 40-50 metr, uzaq vuran işıqlar isə 80-100 metr məsafəni işıqlandırır. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz ) manat təşkil edir). Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iş üzrə ekspertiza keçiriləndən sonra təyin edilən növbəti məhkəmə iclasında da bildirdi ki, o, hər hansı inzibati xəta hadisəsi törətməmiş və heç kimə maddi zərər vurmamışdır. Əksinə, yolnəqliyyat hadisəsi nəticəsində bir rast atı ölməklə onun özünə maddi zərər dəymişdir. Ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs iş üzrə ekspertiza keçiriləndən sonra təyin edilən növbəti məhkəmə iclasında da bildirdi ki, o, avtomobilinə dəymiş maddi ziyan məbləğinin atın sahibi Şəxs tərəfindən ödənilməsini tələb edir. Qeyd etdiklərinə əsasən iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək qərar gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatları, eyni zamanda, iş materialları ilə müəyyən edildi ki, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs idarə etdiyi " VAZ 21099” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəxs məxsus bir rast atı vurmuş, nəticədə həmin bir rast athadisə yerində ölmüş, eyni zamanda, " VAZ 21099” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində "Bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması” dedikdə, piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulması (o cümlədən, mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulması, yəni mal-qaranın yolda nəzarətsiz qoyulması; mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsi və sair bu kimi hərəkətlər) nəzərdə tutulur. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılarkən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, Zərərçəkmiş şəxs əməllərində hər hansı inzibati xəta tərkibinin olub-olmaması məsələsinə hüquqi qiymət verilməmişdir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının müvafiq rəyi ilə isə yol-nəqliyyat hadisəsinin "VAZ 21099” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməməsi nəticəsində baş verdiyi müəyyən edilmişdir. Bundan başqa, şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməsi üçün o, həmin Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməli, zərər çəkmiş şəxsə fiziki və ya maddi zərər də məhz bu inzibati xətanın törədilməsi nəticəsində vurulmuş olmalıdır. Məhkəmə hesab edir ki, Şəxs məxsus bir rast atln nəzarətsiz qoyulması ilə baş vermiş yol-nəqliyyat hadisəsi arasında səbəbli əlaqə mövcud olmamış, əksinə, yolnəqliyyat hadisəsi məhz "VAZ 21099” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs təqsiri üzündən baş vermişdir. Belə ki, Şəxs məxsus bir rast at yolda nəzarətsiz qalmış olsaydı da, hadisənin qarşısını almağa texniki imkanı olan sürücü Zərərçəkmiş şəxs maneəni gördüyü anda avtomobili saxlamaq və hadisənin qarşısını almaq üçün zəruri tədbirləri görsəydi, yolnəqliyyat hadisəsi baş verməzdi. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, ilə yol-nəqliyyat hadisəsinin baş verməsinə, bununla da Zərərçəkmiş şəxs maddi zərər vurulmasına səbəb Şəxs məxsus 1 (bir) rast atın yolda qalması olmamışdır. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması məqsədi ilə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı ilə ekspertiza təyin edir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) ekspertizanın təyin olunması haqqında qərardadı icraya göndərməmişdən əvvəl həmin qərardadla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərər çəkmiş şəxsi tanış etməli, onların hüquqlarını izah etməlidir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinin digər hissələrində nəzərdə tutulan inzibati xətanın tərkibinin olub-olmamasının araşdırılması üçün qərarın surəti zəruri sənədlərlə birgə Yevlax rayon Polis Şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə işin faktik hallarına görə iş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərcinin dövlət büdcəsi hesabına aid edilməsini qanunauyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105 və 114-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Yevlax rayon Polis Şöbəsi tərəfidən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tərtib edilmiş 29 noyabr 2021-ci tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinin digər hissələrində nəzərdə tutulan inzibati xətanın tərkibinin olub-olmamasının araşdırılması üçün qərarın surəti zəruri sənədlərlə birgə Yevlax rayon Polis Şöbəsinə göndərilsin. İş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci dövlət büdcəsi hesabına aid edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar