Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-20/2020 09.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs–xx.xx.1986-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri Ü.hacıbəyov küçəsi ev 127-də yaşayan. Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 15:30 radələrində Zərərçəkmiş şəxs məxsus 2 ədəd gödəkçəsini, 3 ədəd şalını və 1 ədəd qara rəngli parçasını oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X3 izah etdi ki, Yevlax şəhəri Ü.Hacıbəyov küçəsi ev 124-də yaşayan Zərərçəkmiş şəxs müraciəti üzrə icraatında araşdırılmış xx xxxxxx 2019-cu il tarixli, HK-1/2167 nömrəli material üzrə-xx xxxxxxx 1986-cı ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər dəfələrlə məhkum olunmuş və üzərində məhkumluğu olan- sonuncu dəfə isə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Yevlax şəhəri Ü.Hacıbəyov küçəsi ev 127-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi nəzərdə tutulmuşdur. Yevlax Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi polis kapitanı, Nəcəfov Şamil Rövşən oğlunun xx xxxxxx 2019-cu il tarixli qərarı ilə, cinayət işinin başlanmasınmın rədd edilməsi haqqında qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Ona görə də, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, pula ehtiyacı olduğu üçün xx xxxxxx 2019-cu il tarixdə saat 15:30 radələrində o, qonşuluğunda yaşamış bacısı Zərərçəkmiş şəxs evdə olmadığını bilərək, evə pəncərədən daxil olaraq 2 ədəd gödəkçəsini, 3 ədəd şalını və 1 ədəd qara rəngli parçasını oğurlamışdır. O, 1 həftə ərzində dəymiş ziyanı Zərərçəkmiş şəxs ödəyəcək. Törətdiyi inzibati xətaya görə səmimi peşmandır. İşə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə xx xxxxxx 2020-ci il tarixdə saat 13:45-də inzibati qaydada tutulmuşdur. İşə əlavə edilmiş Yevlax Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı Nəcəfov Şamil Rövşən oğlunun xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanması rəd edilməsi haqqında qərarından görünür ki, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşmancılıq çəkməsini məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən halı nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər inzibati tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 200 (iki yüz) saat ictimai işlər inzibati tənbehi tətbiq edilsin. Qərarın icrası Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-20/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-20/2020
09.01.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver