Məhkəmə qərarları › İş №3(039)-20/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-20/2024

11.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-20/2024 11.01.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ X14 Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax Rayon X13 Yol X10 Avtomobil Müfəttişi, polis baş leytenantı X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,Yevlax şəhəri M.B.Qasımov küçəsi mənzil 11-də qeydiyyatında olan. Şəxs barəsində Azərbaycan Respublikasının 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş 20 sentyabr 2023-ci tarixli AP seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Yevlax şəhəri İ.Dəmirov küçəsi ilə Q.Quliyev küçəsinin kəsişməsində yol nişanının tələbini pozaraq Vaz 21154 markalı ** RD *** d.q.n. nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsini törətmişdir.Nəticədə Vaz 21154 markalı ** RD *** d.q.n. nişanlı avtomobilin sürücüsü X4 və sərnişin X3 yüngül bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax Rayon X13 Yol X10 Avtomobil X1 çıxış edərək bildirmişdir ki, Şəxs Yevlax şəhəri İ.Dəmirov küçəsi ilə Q.Quliyev küçəsinin kəsişməsində yol nişanının tələbini pozaraq Vaz 21154 markalı ** RD *** d.q.n. nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsini törətmişdir.Nəticədə Vaz 21154 markalı ** RD *** d.q.n. nişanlı avtomobilin sürücüsü X4 və sərnişini X3 yüngül bədən xəsarəti yetirmişdir.Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib inzibati xətanı törətməsini etiraf etmiş, əməlindən peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxslə barışdığını,dəymiş ziyanı ödədiyini bildirərək məhkəmədən barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında iştirakını təmin etmək üçün istifadəsində olan ***-***-**-** nömrə ilə əlaqə saxlayaraq,ona dəymiş ziyanın ödəndiyini, Şəxs heç bir şikayətinin olmadığını və onun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olumuş: 20 sentyabr 2023-ci tarixli AP seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Yevlax şəhəri İ.Dəmirov küçəsi ilə Q.Quliyev küçəsinin kəsişməsində yol nişanının tələbini pozaraq Vaz 21154 markalı ** RD *** d.q.n. nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsini törətmişdir.Nəticədə Vaz 21154 markalı ** RD *** d.q.n. nişanlı avtomobilin sürücüsü X4 və sərnişini X3 yüngül bədən xəsarəti yetirmişdir. cinayət işinin başlanmasının rədd edilməsi barədə 12 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax rayon X13 X16 göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), zərəçəkmiş şəxslərlə barışmasını (İXM 32.2) ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar