Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-20/2025 21.01.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protkol dxil olmuşdur. İnzibati xəta haqqında protkola görə Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində özünü həmin əməldə təqsirli bilmədiyini, ona aidiyyəti olmayan ** PT *** qeydiyyat nişanlı, «Toyota Prius» markalı nəqliyyat vasitəsi ilə bağlı cərimənin səhvən ona tətbiq edildiyini, ona məxsus nəqliyyat vasitəsinin «Hyundai» markalı, ** PH *** qeydiyyat nişanlı olduğunu göstərərək, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mərkəzi İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Toyoto Prius (Hibrid)” minik markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinin tələbini pozmuşdur. Bu səbəbdən onun barəsində inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, EQ seriyalı 22318753 saylı qərar qəbul edilərək, 50 (əlli) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş DİN DYP Web portalından hüquqi şəxs tərəfindən verilən etibarnamələrə dair məlumatdan (çıxarışdan) görünür ki, "xxxx" MMC-yə məxsus «Toyota Prius (Hibrid)» markalı, ** PT *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə Şəxs istifadəsində olmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan çıxarışdan görünür ki, inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə «Toyota Prius (Hibrid)» markalı, ** PT *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılması və BDYPİ-nin mühafizə olunan duracağına yerləşdirilməsi qərara alınışdır. İşdə olan xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protkoldan görünür ki, Şəxs tərəfindən EQ 22318753 saylı protokol üzrə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilmədiyinə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protkol tərtib edilmişdir. İş materiallarında olan “AsanPay” ödəniş terminalından çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixli, EQ seriyalı 22318753 №-li protokol üzrə ödənilməli olan cərimə məbləği ödənilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən, inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: 125.2.1. müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında elektron protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; 125.2.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; 125.2.3. inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmişdir və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, iş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx xxxxx 1992-ci ildə Yevlax şəhərində anadan olmuş,Yevlax şəhəri Ə.Bayramov küçəsi ev 26-da yaşayan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılması inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №3(039)-20/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-20/2025
21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver