Məhkəmə qərarları › İş №3(039)-200/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-200/2020

21.03.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-200/2020 21.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin Dövlət Avtomobil Müfəttişi, polis leytenantı X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olan və Yevlax rayonu, Yədilli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş xx xxxx 2020-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 18:00-da Yevlax rayonu Qoyunbinəsi kəndi ərazisində sərxoş vəziyyətdə sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 2121 minik” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman yolayrıcı keçmə qaydasını pozaraq “İSUZU NKR 66 YÜK” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq Azərbaycan Respublikası İXM-nin 327.2 və 334.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin Dövlət Avtomobil Müfəttişi, polis leytenantı X3 məhkəmə iclasında çıxış edərək protokola uyğun izahat verib əlavə olaraq qeyd etmişdir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 18:00-da Yevlax rayonu Qoyunbinəsi kəndi ərazisində sərxoş vəziyyətdə sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 2121 MİNİK” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman yolayrıcı keçmə qaydasını pozaraq “İSUZU NKR 66 YÜK” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Bununla da barəsində inzibati icraat aparılan Şəxs İmamaverdi oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsi aşkar edilərək sonuncu barəsində inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü tam təqsirli bilib vermiş olduğu izahatında göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə il tarixdə sürücülük hüququ olmadan sərxoş vəziyyətdə və etibarnaməsiz idarə etdiyi “VAZ 2121 minik” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Yevlax rayonu Qoyunbinəsi kəndi ərazisində yolayrıcıda əsas yolda hərəkətdə olan “İSUZU NKR 66 YÜK” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında manevr edərək həmin yük avtomobil ilə toqquşmuşdur. Bundan sonra hadisə yerindən getmişdir. Qəza nəticəsində xəsarət alan olmamışdır. Qeyd etdiklərini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs X4 inzibati xəta haqqında protokola öz münasibətini bildirərək qeyd etmişdir ki, xx xxxx 2020-ci il tarixdə idarə etdiyi “İSUZU NKR 66 YÜK” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Yevlax rayonu Qoyunbinəsi kəndi ərazisində yolayrıcında əsas yolda hərəkətdə olan zaman “VAZ 2121 MİNİK” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil onun yolunda manevr edərək onun idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Nəticədə xəsarət almasa da, avtomobilinə maddi ziyan dəymişdir. Ona vurulmuş maddi ziyan ödənilməmişdir. Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxx 2020-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 18:00-da Yevlax rayonu Qoyunbinəsi kəndi ərazisində sərxoş vəziyyətdə sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 2121 minik” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman yolayrıcı keçmə qaydasını pozaraq “İSUZU NKR 66 YÜK” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq Azərbaycan Respublikası İXM-nin 327.2 və 334.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Yevlax RPŞ-nin DYPB-nin rəisi, polis mayoru Fəqan Mehtiyev tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs sürücülük vəsiqəsi olmamışdır; Şəxs barəsində xx.xx.2020-ci il tarixli İN: 642487 saylı sərxoşluq vəziyyətinin yoxlanılmasına dair qəbzdən görünür ki, Şəxs 0,418% sərxoşluq aşkar edilmişdir; Gəncə 1 saylı “AVTOKOMİSSİON” mağazasının xx.xx.2020-ci il tarixli 0014 nömrəli rəyindən görünür ki, “İSUZU NKR 66 YÜK” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilə 1930 manat dəyərində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM-32.1.1), ağırlaşdırıcı halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 35 (otuz beş) gün müddətində inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən saat 13:00-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar