Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-200/2024 09.04.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, İsmayılov Gündüz Ehtibar oğlunun katibliyi, Yevlax rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı evli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayon Əkşəm kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Yevlax rayon prokurorluğunda tərtib olunmuş qərar baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə həmkəndliləri Məmməd, Bəxtiyar və Umudla ilə birlikdə Nurlana məxsus kafedə oturub yemək yeyərkən özü, Məmməd və Bəxtiyar spirtli içki qəbul etmişlər.Kafedə olan zaman Musa ilə Fəqan gələrək onlarla görüşmüşlər. Həmin vaxt onlarda spirtli içki qəbul etmişdilər. O, telefonla danışan zaman Musanın və Fəqanin Şəhriyarla mübahisə etdiyini və bir-birlərinə nəlayiq ifadələrini işlətdiyini görərək onlara yaxınlaşıb mübahisənin sakitləşdirmək üçün hərəsinə bir sillə vurmuşdur. Bundan sonra Şəhriyar maşınla, Musa isə piyada ordan getmişlər. Musanı axtarmaq üçün mərkəz deyilən əraziyə gedərkən Eminlə qarşılaşmış, Emin Şəhriyarı evlərinə apardığını bildirmişdir. Eminlə söhbət edən zaman Şəhriyarın onların yanına gərək telefonla Musanın atası Mahirlə yüksək səslə danışdığını və telefonu əlindən alaraq Musanın atası Mahirlə danışaraq yaşadığı evə gəlib Musa ilə Şəhriyarı barışdırmağını bildirmişdir. Emin onu və Şəhriyarı Mahirgilin yaşadığı evə gedərkən Musagilin evinə qısa məsafədə küçədə Musa, Fəqan və Pənahı görmüşlər. Şəhriyar maşından enərkən X8 üzərrinə gedərək onu vurdular.Musanı tutaraq kənara çəkib danlayan zaman Musa qaçaraq Şəhriyarın yanına getdi. Bundan sonra Musa bir neçə metr kənara gedərək yerə uzandı və Şəhriyar bildirdi ki, Musanı bıçaqla vurub. Şəhriyarın üzərində bıçağın olmasını və Müsanı öldürəcəyi ilə bağlı heç bir məlumatı olmamışdır. Hadisədən təxminən 15 gün əvvəl yaşadığı Yevlax rayon Əkşəm kəndində Pərvin adlı şəxsdən narkotik vasitə olan marixuana alaraq istifadə etmişdir. Pərvin adlı şəxsi təxminən 10 gün əvvəl Yevlax RPŞnin əməkdaşları saxlamışdır. Əməlindən səmimi peşmancılığını bildirərək barəsində qanuna müvafiq qərarı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Yevlax rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən X2 çıxış edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Yevlax rayon polis şöbəsindən rayon prokurorluğuna xx.xx.2000-ci il təvəllüdlü, Mingəçevir şəhərində anadan olmuş, subay, orta təhsilli, Yevlax rayon Əkşəm kəndində yaşayan X4 ürək nahiyəsindən kəsici-deşici alətlə xəsarət alması nəticəsində Mingəçevir şəhər xəstəxanasında ölməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında rayon prokurorluğunun, prokuror-kriminalistin və Yevlax RPŞ-m əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmişdir. İlkin araşdırma zamanı müəyyən olunmuşdur k, xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Yevlax rayon Əkşəm kənd ərazisində xx.xx.1996-cı təvəllüdlü, Yevlax rayonunda anadan olmuş, evli, orta təhsilli, X3 aralarında yaranmış şəxsi münasibətlər zəmnində üzərində olan kəsici-deşici alətlə həmkəndlisi X4 ürək nahiyyəsindən 01 dəfə vurmaqla xəsarət yetirmiş və sonuncu aldığı xəsarətdən həmin gün saat 02 radələrində Mingəçevir şəhər mərkəzi xəstəxanasında ölmüşdür. Faktla bağlı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İstintaq zamanı müəyyən olunmuşdur ki, Şəxs Yevlax rayon Əkşəm kəndində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək X5 təhqir etməklə, onun çənə nahiyəsinə yumruqla xəsarət yetirməklə xuliqanlıq etmişdir. Şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinə kifayət qədər şübhələr olduğundan o, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. İstintaq zamanı xx.xx.2024-cü il tarixdə sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə zamanı Şəxs narkotik vasitə olan marixuanadan istifadə etməsi müəyyən olunmuşdur. Odur ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri olduğundan Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılması məsələsinə baxılması və inzibati tənbeh tətbiq edilməsi üçün müvafiq sənədlərin təqdim edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli 345 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, aparılan müayinə zamanı Şəxs narkotik vasitə olan marixuana istifadə etmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Sərxoşluğun müayinəsinə dair 07 aprel 2024-cü il tarixli, 345 №li protokoldan görünür ki, Şəxs narkotik vasitə olan marixuanadan istifadə etməyi müəyyən edilmişdir. 08 aprel 2024-cü il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, Şəxs 08 aprel 2024-cü il tarixdə saat 21.30-da tutulmuşdur . Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi protokolu tərtib etmiş şəxsin və barəsində inzibati icraat aparılan şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini,məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1) və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 09 aprel 2024-cü il tarixdən saat 21:30-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-200/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-200/2024
09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver